Putin və Ərdoğan

Putinlə Ərdoğan Türkiyədəki çevriliş cəhdini müzakirə ediblər

104
Rusiya tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Vladimir Putin Türkiyədə iyulun 16-da gecə hakimiyyət çevrilişinə cəhdin yolverilməz olduğunu söyləyib

BAKI, 17 iyul — Sputnik. Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Vladimir Putin Türkiyədə iyulun 16-da gecə hakimiyyət çevrilişinə cəhdin yolverilməz olduğunu söyləyib.

Rusiya prezidenti türkiyəli həmkarına baş verən hadisələrdə həyatlarını itirən insanlara görə dərin hüznlə başsağlığı verib, Türkiyədə sabitliyin bərqərar olmasını arzulayıb.

Putun qeyd edib ki, məhdudlaşdırıcı tədbirlər aradan qaldırıldıqdan sonra Türkiyəyə turist axını artıb: "Əminəm ki, Türkiyə tərəfi hazırkı sadə olmayan şəraitdə maksimal dərəcədə Rusiya vətəndaşlarının təhlükəsizliyini təmin edəcək".

Ərdoğan isə təhlükəsizliyin təmin olunması ilə bağlı bütün addımların atılacağını söyləyib. Dövlət başçıları yaxın vaxtlarda görüşəcəklərini bir daha təsdiqləyiblər.

104
Teqlər:
prezidentlər, Vladimir Putin, telefon danışığı, Rusiya, Rəcəb Tayyib Ərdoğan, Türkiyə
Mövzu:
Türkiyədə hərbi çevriliş cəhdi (36)
Əlaqədar
Yunanıstana qaçan qiyamçıların helikopteri Türkiyəyə qaytarılıb
Con Kerri: Əvvəlcə Türkiyə Gülənlə bağlı dəlilləri göstərsin
Türkiyə ABŞ-ın İncirlikdəki hərbi bazasını bağladı
Türkiyə Böyük Millət Məclisində fövqəladə toplantı keçirilir
İŞİD Fransa terrorunun məsuliyyətini öz üzərinə götürdü
Kreml

Rəsmi Moskva Ermənistan-Azərbaycan sərhədində baş verənlərə münasibət bildirib

211
(Yenilənib 15:53 14.07.2020)
Hər iki tərəfi təmkinli olmağa və atəşkəs rejimi ilə bağlı üzərinə götürdükləri öhdəliyə riayət etməyə çağırırıq

BAKI, 14 iyul — Sputnik. Kreml Ermənistan və Azərbaycan sərhədində atışmalardan dərindən narahatdır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Valdimri Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz Ermənistan-Azərbaycan sərhədindəki atışmalardan dərin narahatıq. Hər iki tərəfi təmkinli olmağa və atəşkəs rejimi ilə bağlı üzərinə götürdükləri öhdəliyə riayət etməyə çağırırıq", - deyə Peskov Kremldə bu ölkələrin sərhədində baş verənləri necə dəyərləndirirlər sualına cavab olaraq bildirib.

"Biz artıq müxtəlif səviyyələrdə bəyan etmişik, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi nizamlanma prosesində vasitəçilik səylərini göstərməyə hazırdır. Bilirsiniz ki, Xarici İşlər naziri Lavrovun Bakı və Yerevandan olan həmkarları ilə intensiv telefon danışıqları baş tutub. Ona görə də hər iki tərəfi bir daha təmkinli olmağa çağırırıq", - deyə Peskov qeyd edib.

Qeyd edək ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Hər iki tərəfin itki verdiyi bildirilir. Belə ki, hücumun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Bu gün Müdafiə nazirinin müavini Kərim Vəliyev bildirib ki, iki sutka ərzində onlara sarsıdıcı atəş zərbələri endirilmişdir: "Onların 100-dək canlı qüvvəsi məhv edilib, çoxlu sayda texnika, döyüş texnikası, nəqliyyatı mühüm obyektlər darmadağın olunub və məhv edilib. Bu gün səhər saatlarında döyüş zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olub", o bildirib.

Erməni silahlı qüvvələrinin hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun aşağıda adları çəkilən hərbi qulluqçuları da şəhid olub:

1) Mayor Əhmədov Namiq Hajan oğlu

2) Mayor Novruzov Anar Gülverdi oğlu

3) Gizir Zeynallı İlqar Ayaz oğlu

4) Gizin Babayev Yaşar Vasif oğlu

5) Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu.

 

211
Rusiyada təcili yardım avtomobilində tibb işçisi, arxiv şəkli

Rusiyada koronavirusa yoluxanların sayı 740 minə yaxınlaşır

8
(Yenilənib 14:07 14.07.2020)
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 13,1 milyonu keçib, 573 mindən çox adam isə virus səbəbilə ölüb.

BAKI, 14 iyul — Sputnik. Bir sutka ərzində Rusiyada 6248 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 175 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 739947-yə çatıb. Rusiyada pandemiya yayılandan 11614 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 8804 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 512825-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 13,1 milyonu keçib, 573 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

8
Mövzu:
Dünyanı cənginə almış bəla

Şəhid general-mayorla doğulduğu Qəbələdə izdihamlı vida

0
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan qəhrəman hərbçimiz, general-mayor Həşimov Poladın nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib.

General-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmanca şəhid olub. Onun nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib. Məmləkətinə onunla vidalaşmaq imkanı yaradılıb.

Qeyd edək ki, şəhidimiz sabah paytaxtdakı İkinci Fəxri Xiyabanda son mənzilə yola salınacaq.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu, bu gün isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub.

0