NATO. Arxiv şəkli

Rusiyadan NATO-ya cavab: "Müharibənin acı fəsadlarını yaxşı xatırlayırlar"

131
(Yenilənib 11:16 13.07.2016)
"Tezliklə Avropanın siyasi elitası dəyişiləcək və Varşava müzakirələri "sabiqlərin sammiti" kimi tarixdə qalacaq"

BAKI, 11 iyul — Sputnik. "Şimal Atlantika Alyansı mücərrəd təhlükəyə qarşı qüvvələrini birləşdirir". NATO-nun Varşava sammitinin nəticələrinə münasibət bildirən, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova belə deyib.

Onun sözlərinə görə, sammitin nəticələri ətraflı öyrəniləcək: "Amma ilkin rəy bundan ibarətdir ki, NATO yenə də qeyri-müəyyən düşmənə qarşı qüvvələrini birləşdirməkdə davam etməkdədir. Real təhlükələrə qarşı beynəlxalq oyunçularla birgə səy göstərmək əvəzinə, yenə də "Şərqdən ola biləcək təhlükəyə" qarşı alyansın dumanlı mübarizə çağırışları başa düşülən deyil".

"Vaşinqiton və Brüssel qüvvələrini Şərqi Avropaya cəmləyib. Burada müasir hava hücumlarından müdafiə sistemləri yerləşdirilir", — Zaxaraova bildirib.

XİN sözçüsü qeyd edib ki, Rusiyanın sıxışdırılması, hərbi ritorikanın artması kimi məsələlərə iyulun 13-də keçiriləcək Rusiya-NATO Şurasının iclasında aydınlıq gətirliməlidir.

"Varşava sammitində səslənən fikirlər "soyuq müharibə" ritorikası ilə səsləşir". Bunu isə Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Kaonstantin Koçayev deyib.

"Şimal alyansı Baltikyanı ölkələr və Polşada çoxsaylı hərbi hissələr yerləşdirməyə, eyni zamanda hərbi ritorikanı davam etdirməklə yanaşı, bəyan ediblər ki, Rusiya ilə dialoqa həmişə hazırdırlar", — Koçayev əlavə edib.

Onun sözlərinə görə, NATO-nun indiki davranışları "soyuq müharibə" dövrünün məşhur "nə qədər biz güclüyük, deməli təhlükəsizlikdə olacağıq" məntiqinə uyğundur: "Çörçilin Fultondakı çıxışı ilə başlamış "soyuq müharibə"nin acı fəsadlarını Avropada yaxşı xatırlayırlar və bu qitənin dövlətləri yenidən bunun alovlanmasını istəmir".

"Ancaq çox böyük ehtimalla demək olar ki, tezliklə Avropanın siyasi elitası dəyişiləcək və Varşava müzakirələri "sabiqlərin sammiti" kimi tarixdə qalacaq", — Koçayev bildirib.

Komitə sədri əlavə edib ki, Rusiya sərhədində dörd batalyonun yerləşdirilməsi münasibətlərin pozulması ilə nəticələnə bilər.

Qeyd edək ki, iyulun 8-9-da NATO-nun Varşavada keçirilən sammitində Alyansın Baltik ölkələrində və Polşada dörd çoxmillətli batalyon, eyni zamanda hava hücumdan müdaifə sistemləri quraşdırılması qərara alınıb.

Baş katib Yens Stoltenberq deyib ki, Moskva ilə münasibətlər "müdafiə və dialoq" prinsipinə əsaslanır. Bununla yanaşı, üzv ölkələrin liderləri vurğulayıblar ki, Moskvanın davranışlarından asılı olaraq NATO ölkələri Rusiya ilə konstruktiv münasibətlər qumaqda maraqlıdır.

131
Teqlər:
Rusiya-NATO Şurası, Varşava sammiti, Şimal Atlantika Alyansı, Şərqi Avropa, Mariya Zaxarova, NATO, Rusiya
Əlaqədar
NATO-nun sammiti başlayıb
NATO Rusiyanın "qulağının dibinə" yaxınlaşdı
"NATO daxilində böhran başladığının şahidi olacağıq"
Rusiyadan NATO-ya ismarıc: "Şərəf sözü veririk ki..."
Rusiya NATO-ya qarşı 3 yeni hərbi birlik yaradır
NATO-Rusiya gərginliyi kritik həddə