Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyədən rus turistlər üçün böyük güzəşt

CC0 / 3dman_eu / turistRusiyalı turistlər Türkiyədə gül-çiçəklə qarşılandı
Rusiyalı turistlər Türkiyədə gül-çiçəklə qarşılandı - Sputnik Azərbaycan
Abunə olmaq
Turizm şirkətləri ruslara yönəlik 40 faizlik endirim paketləri təklif edir. Rusiyada isə Türkiyəyə uçmaq üçün təyyarə çatışmır.

BAKI, 11 iyul — Sputnik. Türkiyənin turizm şirkətləri rus turistlər üçün populyar istiqamətlərə olan reyslərin və turpaketlərin qiymətlərini aşağı endirib. Sputnik xəbər verir ki, bu barədə "Kommersant" Rusiya Turoperatorlar Assosiasiyasına istinadla məlumat yayıb.

Antalya - Sputnik Azərbaycan
CƏMİYYƏT
Turistləri ovsunlayan Antalya: bu qeydlər işinizə yarayacaq

Təşkilatın məlumatına görə, son altı gün ərzində az-çox populyar olan kurortlar 10-11% ucuzlaşıb. "Onlinetour"un nümayəndəsi İqor Blinovun sözlərinə görə, Tunisə səfərlərin orta qiyməti 40%-ə qədər ucuzlaşıb.

Qiymətlərin aşağı düşməsi digər kurortlarda da müşahidə olunur. Rusiyanın Turizm Sənayesi İttifaqının nümayəndəsi İrina Tyurina deyib ki, Kiprin populyarlığı 30%, Tunisin 15%, Yunanıstanın isə 5% aşağı düşüb.
Nəşrin verdiyi məlumata görə, sözügedən kurortların cazibədarlığının aşağı düşməsi Türkiyəyə turizm səfərlərinin yenidən populyarlaşması ilə bağlıdır.

Türkiyəyə turist səfərlərinə tələbatın yüksəlməsinə baxmayaraq, çarter reyslərinin çatışmaması və ya bu reyslərin təşkilinin yubanması səbəbindən bu ölkəyə turist səfərlərinin qiyməti kifayət qədər yüksəkdir.

Türkiyə mediası isə bu ölkənin turizmçilərinin Rusiyanın turizm şirkətləri üçün turpaketlərin qiymətini endirdiyini açıqlayıb. Türkiyənin əksər turizm şirkətləri rusiyalı turistlər üçün xüsusi endirim paketləri təklif edir. Bu paketlərin əksəriyyətində ruslara 40-%-ə qədər endirim təklif olunur.

Ural Airlines aviaşirkətinə məxsus Airbus А319 təyyarəsi - Sputnik Azərbaycan
RUSİYA
Rusiyadan Türkiyəyə turist axını: aviareyslər çatdırmır

Bu əlverişli imkandan yararlanmaq istəyən rus turistləri isə, təyyarəyə bilet tapa bilməmələri məyus edir. Türkiyəyə turist axınını müşahidə edən aviaşirkətlər, bu ölkəyə biletləri astronomik qiymətə satır. Bununla belə, Rusiyanın şəhərlərindən artıq sentyabrın ortalarına qədər Türkiyəyə heç bir birbaşa aviareysə bilet yoxdur.

Qeyd edək ki, son illərdə Türkiyə turizmi rusiyalı turistlərinin hesabına daha da rövnəqlənmişdi. Amma iki ölkə arasında yaranmış Su-24 olayı ilə bağlı böhran Kremlin Türkiyəyə turist səfərlərinin təşkili ilə bağlı bir sıra qadağalar tətbiq etməsi ilə nəticələnmişdi.

Rusiya prezidenti Vladimir Putinin 30 iyun tarixli fərmanı ilə iki məhdudiyyət — Türkiyəyə turlar təşkil etməkdən çəkinmək və çarter aviadaşımaların qadağan edilməsi aradan qaldırılıb.

Xəbər lenti
0