Moskva metropoliteninin Tekstilşiki stansiyasının girişindəki insan izdihamı

Moskva metrosunda yanğın baş verib

25
(Yenilənib 16:34 08.07.2016)
Sərnişinlərin mənzil başına çatması üçün pulsuz avtobuslar işə düşüb.

BAKI, 8 iyul — Sputnik. Bu gün səhər Moskva metrosunda texniki problem yaşanıb. Nəticədə qatarların "Kotelniki" stansiyasından "Kuzminki" stansiyasına hərəkəti dayandırılıb.

Sputnik İnterfax-a istinadən xəbər verir ki, hadisəyə səbəb "Vıxino" yerüstü stansiyasında baş verən yanğın olub. Təxminən 100 kvadrat metr ərazi yanıb. Xəsarət alan olmasa da, stansiyanın inzibati ofisində elektrik kabeli yanıb.

Sərnişinlərin mənzil başına çatması üçün pulsuz avtobuslar işə düşüb.

25
Teqlər:
Kuzminki, Kotelniki, Vıxino, metro, Moskva, yanğın
Əlaqədar
Metro aşdı, 20 sərnişin ağır yaralandı
Bakının mərkəzində dəhşətli yanğın
Tuneldə yanğın 80-dən çox qatar reysinin ləğvinə səbəb olub
Erməni hərbçiləri, arxiv şəkli

Rusiyalı hərbi ekspert: "Ermənistan Qarabağ müharibəsi zamanı hərbi cinayət törədib"

48
(Yenilənib 14:29 02.03.2021)
Ermənistan tərəfindən Azərbaycana raket zərbələri vurulan zaman yaradılan uçuş tapşırıqlarının hərbi obyektləri deyil, məhz şəhərləri vurması nəzərdə tutulurdu

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 2 mart — Sputnik. Ermənistan Qarabağ müharibəsi zamanı raket sistemlərindən Azərbaycan şəhərlərini vurmaq üçün istifadə edib. Beynəlxalq hüquq baxımından bu, hərbi cinayətdir. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Natsionalnaya oborona" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko "Sputnik"də canlı yayım zamanı bildirib.

"Çoxları deyirlər ki, müharibə zamanı bu və ya digər tərəf bir-birlərinin mülki obyektlərini vurub. Lakin burada çox önəmli nüans var. Əməliyyatlar döyüş zonasında gedən zaman vəziyyətdən asılı olaraq bu və ya digər silah sisteminin tətbiq edilməsi barədə qərar hərbi hissə və bölüyün komandiri tərəfindən verilir. Ona görə də bu vaxt döyüş əməliyyatları zonasında mülki obyektlərin vurulmasını istisna etmək olmaz", - deyə Koretçenko qeyd edib.

Rusiyalı ekspert vurğulayıb ki, raket sistemlərinə, xüsusilə operativ-taktiki sistemlərinə gəldikdə isə bunun üçün ölkə rəhbərliyinin razılığı lazımdır: "Bundan sonra hərbçilər uçuş tapşırığını hazırlayırlar. Bu uçuş tapşırığı raketin kompüterinə daxil edilir, hazırlıq görülür və raket buraxılır. Buna görə də Ermənistan tərəfindən Azərbaycana raket zərbələri vurulan zaman yaradılan uçuş tapşırıqlarının hərbi obyektləri deyil, məhz şəhərləri vurması nəzərdə tutulurdu. Nəzərə alsaq ki, müasir raket kompleksi hədəfə dəydiyi zaman böyük dağıntılara səbəb olur, Azərbaycanın iki şəhərinə Ermənistanın operativ taktiki raketlərlə hücum etməsi müharibə cinayətidir. Bu aksiyaların heç bir bəraəti ola bilməz".

48
Teqlər:
cinayət, hərbi, Ermənistan, Azərbaycanlı, Qarabağ, Sputnik, müsahibə, İqor Korotçenko
Little Big qrupunun üzvləri Sofya Tayurskaya və İlya Prusikin, arxiv şəkli

“Little Big” qrupunun sabiq solistinin meyitini tapdılar

9
(Yenilənib 13:49 02.03.2021)
Musiqi karyerasından əlavə, Kastelyanos tədbirlərdə aparıcılıq edər və filmlərdə çəkilərdi. “Little Big” qrupunun Rusiyada və Avropada qazandığı populyarlığın artmasına baxmayaraq, sənətçi 2016-cı ildə qrupdan ayrılmışdı.

BAKI, 2 mart — Sputnik. “Little Big” qrupunun sabiq üzvü Anna Kastelyanos evində ölmüş vəziyyətdə tapılıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər veriri ki, 40 yaşlı müğənninin meyitini Sankt-Peterburq şəhərindəki mənzilində könüllü aşkarlayıb. Onun ölüm səbəbi açıqlanmır.

Qeyd edək ki, Kastelyanos üçüncü qrup əlil idi, son yarım ildə isə o, yataq xəstəsi olmuşdu.

Musiqi karyerasından əlavə,  Kastelyanos tədbirlərdə aparıcılıq edər və filmlərdə çəkilərdi. “Little Big” qrupunun Rusiyada və Avropada qazandığı populyarlığın artmasına baxmayaraq, sənətçi 2016-cı ildə qrupdan ayrılmışdı.

 

9
Teqlər:
Rusiya, meyit, ölü, müğənni
Ehtiyatda olan hərbiçilərin cəbhəyə yolanması, arxiv şəkli

İlham Əliyev hərbi xidmətlə bağlı sərəncam imzalayıb

0
(Yenilənib 18:37 02.03.2021)
Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalanıb.

BAKI, 2 mart - Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Sərəncama əsasən, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

2020-ci il oktyabrın 30-dək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2021-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılırlar.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görməlidir.

0
Teqlər:
Prezident İlham Əliyev, prezident İlham Əliyev, İlham Əliyev