Sergey Lavrov

Rusiya XİN başçısının Azərbaycana səfərinin vaxtı bəlli oldu

16
Mariya Zaxarovanın verdiyi məlumata görə, Sergey Lavrov iyulun 11-12-də Azərbaycana səfər edəcək. Danışıqların əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli olacaq.

BAKI, 7 iyul — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov iyulun 11-12-də Azərbaycana səfər edəcək. "Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

Xatırladaq ki, daha əvvəl S.Lavrovun Bakıya iyulun 5-də Yerevanda keçirilmiş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri xarici işlər nazirlərinin görüşündən dərhal sonra gələcəyi gözlənilirdi.

Onu da qeyd edək ki, Rusiya XİN başçısının səfəri zamanı aparılacaq danışıqların əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli olacaq.

16
Teqlər:
brifinq, Mariya Zaxarova, səfər, Azərbaycan, Sergey Lavrov, Rusiya
Əlaqədar
Sergey Lavrovla Mövlud Çavuşoğlunun görüşü keçirilir
Sergey Lavrov haqqında bunları bilirdiz?
Lavrov: Türkiyəyə nə zeytun budağı, nə də başqa budaq uzatmayacağıq
Mövlud Çavuşoğlu Sergey Lavrovla mərcə girdi
Lavrov: Münaqişə tərəfləri güzəştlərin axtarılmasının lehinədirlər
Lavrov: Qarabağ münaqişəsi ilə bağlı yaxın vaxtlarda görüş planlaşdırılır
Lavrov: Ermənistan Dağlıq Qarabağın statusunu birtərəfli qaydada müəyyən etməyəcək
Rusiyanın hərbi polisi Suriyanın şimalında Hələb vilayətində

Rusiya Suriyada hərbi bazalarını genişləndirir. Məqsəd?

4
(Yenilənib 19:08 02.06.2020)
Suriyada əməliyyat məkanının genişlənməsi Rusiyaya regionda vəziyyətin dəyişməsinə daha da səmərəli reaksiya verməyə imkan verəcək

BAKI, 2 iyun — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiya Suriyadakı hərbi bazaların ərazisini artırmaqla beynəlxalq mövqelərini möhkəmləndirir, Aralıq dənizi və Yaxın Şərqdə konstruktiv təsir imkanlarını artırır.

Mayın 29-da Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinə və Müdafiə Nazirliyinə suriyalı nümayəndələrlə əlavə daşınmaz əmlak və su sahələrinin Rusiya hərbi bazalarına verilməsi ilə bağlı danışıqlar aparmaq barədə göstəriş verib. Suriya tərəfi ilə razılığa gələndən sonra bu qurumlar sənədi Rusiyanın adından imzalamalıdır. Bu, impulsiv bir qərar deyil, müəyyən edilmiş strategiyanın davamı və taktikanın inkişafıdır – vəziyyətə və beynəlxalq hüquqa tam uyğun olaraq.

Zamanın çağırışlarına cavab olaraq, Rusiya Aralıq dənizi və Yaxın Şərqdə hərbi-siyasi təsirini artırmalı və Suriyadakı hərbi kontingentini onilliklər boyu qoruyub saxlamalıdır – ilk növbədə, beynəlxalq sabitliyi qorumaq üçün. Bu gün İran qoşunlarının böyük bir hissəsinin ölkədən çıxarılmasından sonra Rusiya qoşunları Suriya torpağında terror təşkilatlarına qarşı uğurla və legitim şəkildə mübarizə aparan yeganə xarici qüvvə olaraq qalır. Taktiki baxımdan Rusiya hərbi obyektlərinin ərazi genişlənməsi Tartusda, Xmeymimdə və ola bilsin ki, ərəb respublikasının digər nöqtələrində təhlükəsizlik perimetrinin etibarlı təmin edilməsi üçün zəruridir.

Suriyada Rusiyanın iki iri hərbi obyekti – Xmeymim aviabazası (burada Rusiyanın aviasiya qrupu müddətsiz yerləşib) və Tartus maddi-texniki təminat məntəqəsi fəaliyyət göstərir. Xatırladım ki, Dəməşqin rəsmi xahişi ilə 2015-ci ilin sentyabrında Xmeymimdə Rusiya Aerokosmik Qüvvələrinin aviasiya qrupu yaradılıb və İŞİD terrorçu qruplaşmasına qarşı hərbi əməliyyat başlayıb. 2017-ci ildə Moskva və Dəməşq daha bir sənəd imzalayıblar və bu sənədə əsasən, Tartusda 11 ədəd Rusiya gəmisi (nüvə reaktorlu sualtı qayıqlar da daxil olmaqla) yerləşə bilər və limanın gəmi təmiri imkanlarının genişləndirilməsi nəzərdə tutulur.

Regional sabitlik

Şübhəsiz ki, Suriya Rusiyanın öz ərazisində – quruda və dənizdə hərbi mövcudluğunun genişləndirilməsini dəstəkləyir. Suriyanın Rusiya ilə qarşılıqlı əlaqəsi həyatın bütün sahələrində sülhə və sabitliyə aparan yoldur və bunu regional oyunçular da çox gözəl başa düşürlər.

Digər tərəfdən, Aralıq dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı donanmasının olması və Amerika qoşunlarının Suriyanın ayrı-ayrı neft hasilatı rayonlarını tutması hərbi-siyasi turbulentliyin və təhlükəsizliyə təhdidin mənbəyi kimi çıxış edir.

İyunun 1-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı Suriyadakı Rusiya hərbi obyektlərinin yerləşdiyi ərazilər yaxınlığında ABŞ tərəfindən hava kəşfiyyatının aparılmasını aqressiv və razılaşmalara zidd adlandırıb. Elə bir həftə olmur ki, Rusiyanın Su-35 təyyarələri ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı donanmasına məxsus kəşfiyyatçı təyyarələrin qarşısını kəsməsin. Rusiya Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, mayda 17 belə epizod baş verib. Bütün hallarda Rusiya aviasiyasının uçuşları hava məkanından istifadənin beynəlxalq qaydalarına uyğun olaraq həyata keçirilib, Su-35 qırıcılarının manevrləri yalnız ABŞ kəşfiyyat təyyarələrinə haraya uçmaq lazım olmadığını işarə edib.

Suriya probleminə toxunan ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri bu günlərdə deyib: "Mənim vəzifəm oranı ruslar üçün bataqlığa çevirməkdir". Rusiyanın hərtərəfli vasitəçiliyi ilə Suriya probleminin nizamlanmasının dördillik müsbət dinamikasını nəzərə alsaq, "bataqlığa çevirmək" məsələsi yaxın perspektivdə çətin ki, reallaşsın. Rusiyanın perspektiv üçün planları son dərəcə aydındır. Prezident Vladimir Putin bir müddət əvvəl bildirib: "Biz regionda öz maraqlarımızı müdafiə etmək üçün oradayıq. Hərbi qulluqçular bizim marağımızda olduğu qədər orada olacaqlar". Güman etmək məntiqlidir ki, yaxın 50 il ərzində Rusiya qoşunlarının çıxarılması planlaşdırılmır, Suriyada əməliyyat məkanının genişlənməsi isə Rusiyaya regionda vəziyyətin dəyişməsinə daha da səmərəli reaksiya verməyə imkan verəcək.

Yeni silah

Əlbəttə ki, Suriya Rusiya silahının sınağı üçün poliqon deyil, amma elə olub ki, məhz Suriya əməliyyatı zamanı qabaqcıl silah nümunələrini yoxlamaq mümkün olub, Rusiya müdafiə sənayesi kompleksinin müəssisələri isə öz məmulatlarını "atəş xəttində" operativ şəkildə təkmilləşdirə biliblər.

Suriya hərbi əməliyyatlar teatrında Rusiyanın Hərbi Dəniz Donanmasının gəmi və sualtı qayıqları ilk dəfə olaraq "Kalibr" qanadlı raketlərini ayrı-ayrılıqda və qruplaşma şəklində Xəzər və Aralıq dənizlərindən terrorçulara qarşı işlədiblər. Rusiyanın uzaqmənzilli aviasiyası Suriyada terrorçulara qarşı ilk dəfə olaraq ən son yüksək dəqiqlikli X-101 raketlərini tətbiq edib.

Suriya Ərəb Respublikasında Su-34 təyyarəsi yüksək effektivliyini sübut edib. Beşinci nəsil Su-57 ağır çox məqsədli qırıcı, yeni T-14 "Armata" tankı, radio-elektron mübarizə sistemləri və digərləri döyüş şəraitində sınaqdan uğurla keçib.

Rusiyanın Suriyadakı ən yeni silahlarının döyüş tətbiqi praktikası potensial xarici alıcıların marağına səbəb olur: Su-34 bombardmançılarını daha da çox ölkə əldə etmək istəyir. Misir, Hindistan, Çin və digər ölkələrlə danışıqlardan sonra Moskva T-14 "Armata" üçün ilkin sifarişləri alıb. Ola bilər ki, Suriya əməliyyatı sonda yalnız qarşılıqlı faydalı (Dəməşq və Moskva üçün) deyil, həm də gəlirli olsun.

Rusiyanın daha bir dəyərli nailiyyəti var. Xüsusi təyinatlı taktikasından, pilotsuz təyyarələrdən və kosmik rabitədən istifadə edən qəddar və fanatik düşmən ilə döyüş zamanı Rusiya qoşunları (gənc mütəxəssislər və yetkin hərbi komandirlər) heç bir təlimdə əldə edilməyən unikal təcrübəni qazanıblar. 2015-ci ildən Suriyaya xeyli sayda rusiyalı hərbçi gedib və onlar real şəraitdə müasir döyüş münaqişəsinin gərginliyini hiss ediblər, kəşfiyyat və rabitənin nə qədər vacib olduğunu dərk ediblər, müxtəlif qüvvələrin və vasitələrin effektivliyini necə təmin etməyi başa düşüblər.

Beləliklə, Rusiyanın sülhün möhkəmləndirilməsi üçün yüksək ixtisaslı mütəxəssislərinin və etibarlı alətlərinin sayı getdikcə artır.

4
Əlaqədar
Rusiya qırıcısı Suriya səmasında ABŞ təyyarəsinin qarşısını kəsib: günahkar kimdir?
“Bumeranq”ın ixrac potensialı – $ 1 mlrd: Rusiya platforması nə ilə unikaldır
Rusiya yeni silahını sınaqdan keçirdi: insana çox az ehtiyacı var
"KamAZ" təkəri üstündə yeriyən “müharibə tanrısı”
Rusiya universal desant gəmiləri tikir: müqaviləni pozan fransızlara meydan oxuyurlar
ABŞ-da etirazlar

ABŞ-da polislər Sputnik-in prodüserinə bir neçə dəfə atəş açıblar - FOTO

5
(Yenilənib 18:37 02.06.2020)
“Rossiya Seqodnya” BİA ABŞ rəhbərliyindən jurnalistlərə qarşı gözyaşardıcı qaz tətbiq edən polislərin hərəkətlərinin araşdırılmasını tələb edib

BAKI, 2 iyun - Sputnik. ABŞ-da polislər press vəsiqəsini təqdim etməsinə baxmayaraq Ağ Evin qarşısında etirazları işıqlandıran Sputnik-in prodüseri Nikol Russelə bir neçə dəfə rezin güllələrlə atış açıb. Bu barədə Sputnik Azərbaycan “RİA Novosti”-yə istinadən xəbər verir.

© Sputnik / Nicole Russell
Sputnik-in prodüseri Nikol Russel

Qeyd edək ki, daha əvvəl Minneapolis polisi məqsədli şəkildə VICE telekanalının çəkiliş qrupu və “RİA Novosti”-nin müxbiri Mixail Turgiyevə qarşı gözyaşardıcı sprey tətbiq edib. Polislər bunu artıq etiraz aksiyası dağıdıldıqdan sonra ediblər.

© Sputnik / Nicole Russell
ABŞ-da polislər Ağ Evin qarşısında etirazları işıqlandıran Sputnik-in prodüseri Nikol Russelə bir neçə dəfə rezin güllələrlə atış açıb

Minnesota qubernatoru Tim Uolts hücuma məruz qalan KİV nümayəndələrindən üzr istəyib. “Rossiya Seqodnya” BİA isə öz növbəsində ABŞ rəhbərliyindən jurnalistlərə qarşı gözyaşardıcı qaz tətbiq edən polislərin hərəkətlərinin araşdırılmasını tələb edib.

5
Əlaqədar
Rusiya ABŞ-a nota verdi
"Yəqin ki, bu, ruslardır": Amerikanın "reallıq pultu" sındırılıb
Senator: Rusiyanın ABŞ-dakı etirazlarda iştirakı barədə deyilənlər feykdir
ABŞ Rusiyanı Minneapolis etirazlarında əli olmaqda günahlandırır
Nyu-Yorkda talan başlayıb, polis əhalini sakitləşdirə bilmir
ABŞ-da Corc Floydun ölümü ilə bağlı mitinqdə etirazçı

Avropa İttifaqı ABŞ-da keçirilən etirazları dəstəklədi

0
(Yenilənib 19:21 02.06.2020)
Borrel eyni zamanda xatırladıb ki, hər bir insanın həyatı qiymətlidir: “Bütün həyatlar vacibdir, qaradərililərin həyatı da, həmçinin önəmlidir”

BAKI, 2 iyun - Sputnik. Avropa İttifaqının (Aİ) diplomatiyasının rəhbəri Jozep Borrel ABŞ-da dinc aksiya keçirənləri dəstəkləyib. Sputnik Azərbaycan “Reuters”-ə istinadən xəbər verir ki, o eyni zamanda aksiyalar zamanı zorakılıq əməllərini də pisləyib.

Qeyd olunur ki, Avropa İttifaqı polislər tərəfindən saxlanılarkən zorakılıq tətbiq olunan qaradərili Corc Floydun ölümünə görə şok keçirib. Borrelin fikincə, bu hadisə hüquq mühafizə orqanları tərəfindən vəzifədən sui-istifadə hallarını göstərir.

“Biz dinc etirazları dəstəkləyirik. Biz istənilən növ irqçiliyi və zorakılığı pisləyirik”, - deyə Borrel ABŞ şəhərlərində baş verən iğtişaşları şərh edərkən vurğulayıb.

Eyni zamanda Avropa İttifaqı ABŞ xalqının birləşəcəyinə və cəmiyyətin yaralarını sağaltmaq qabiliyyətinə inanır.

Borrel eyni zamanda xatırladıb ki, hər bir insanın həyatı qiymətlidir: “Bütün həyatlar vacibdir, qaradərililərin həyatı da, həmçinin önəmlidir”.

Qeyd edək ki, ABŞ-ı sarsıdan iğtişaşlar dalğası Minneapolisdə afroamerikalı Corc Floydun polisin əli ilə öldürülməsindən sonra başlayıb.

Ümumilikdə, Los-Anceles, San-Fransisko, Beverli-Hills, Çikaqo, Orlando, Atlanta, Denver, Qərbi Hollivud və başqaları da daxil olmaqla Amerikanın 40-dan çox şəhəri öz ərazisində komendant saatı tətbiq edib.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Demokrat Partiyasından olan qubernatorları və merləri vəziyyətin nizamlanması üçün Milli Qvardiyanı cəlb etməyə çağırıb.

0
Əlaqədar
Etiraz aksiyaları koronavirusu yaya bilər – Minnesota qubernatoru narahatlığını bildirdi
"Yəqin ki, bu, ruslardır": Amerikanın "reallıq pultu" sındırılıb
Maykl Ceksonun bacısından azərbaycanlı ulduza dəstək
ABŞ Rusiyanı Minneapolis etirazlarında əli olmaqda günahlandırır
Nyu-Yorkda talan başlayıb, polis əhalini sakitləşdirə bilmir