Moskvada Kreml

Rusiya iki həftəyə Türkiyəyə qarşı bütün embarqoları götürəcək

54
(Yenilənib 10:59 01.07.2016)
Bununla yanaşı, Türkiyəyə gedəcək rus turistlərin təhlükəsizliyi məsələsi rəsmi Moskvanı ciddi düşündürür

BAKI, 30 iyun — Sputnik. Ötən ilin noyabrında Rusiyanın "Su-24" təyyarəsinin türk qırıcısı tərəfindən vurulması ilə kəskinləşən münasibətlərədn sonra, Ankaranın əlaqələri bərpa etmək istəyinə Moskva pozitiv yanaşdı. Dialoqun bərpa edilməsində həlledici faktor prezident Rəcəb tayyib Ərdoğanın Moskvanın yeddi aydır gözlədiyi üzrxahlığı etməsi oldu.

Bunun ardınca iki ölkə lideri arasında 40 dəqiqədən çox davam edən telefon danışığı zamanı ikitərəfli əlaqələrin bütün istiqamətlərinin yaxın perspektivdə tezliklə barpa edilməsi üçün təxirəsalınmaz addımların atılması ilə bağlı prinsipial razılıq eldə edildi. Artıq Rusiya Prezidentinin göstərişindən sonra hökumət turizm sahəsində Türkiyəyə qarşı tətbiq edilmiş inzibati məhdudiyyətlərin aradan qaldırılması üçün hərəkətə keçib.

İki ölkə liderinin yaxın vaxtlarda görüşünün razılaşdırılması isə heç də az əhəmiyyət kəsb etməyən faktordur. Sonuncu dəfə prezidentlər noyabr ayında Antalyada baş tutan "Böyük iyirmilik" sammitində bir araya gəlmişdilər.

Rusiya Prezidentinini sözçüsü Dmitri Peskov deyib ki, dövlət başçılarının görüşü diplomatik kanallar vasitəsi ilə müəyyənləşdiriləcək. Türkiyə mətbuatının verdiyi məlumata görə, Ərdoğan və Putinin sentyabrın 4-5-də Çində keçiriləcək "Böyük iyirmilik" samiti zamanı təması gözlənilir.

Kremlin mətbuat xidmnətinin yaydığı məlumata görə, iki ölkəninin xarici siyasət idaralərinin rəhbərlərinin Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iyulun 1-də Soçidə keçiriləcək iclasında görüşü olacaq.

Az əhəmiyyət kəsb etməyən bir faktı da vurğulamaq lazımdır ki, İstanbul aeroportunda baş vermiş terorr aktından sonra baş nazir Dmitri Medvedyev qlobal terorrizmlə mübarizədə iki ölkənin əməkdaşlığnın zəruri olduğunu vurğulayıb. "Bu cinayəti qəti şəkildə pisləyirik. Baş vermiş hadisə bir daha göstərdi ki, dünya ictimaiyyəti beynəlxalq terorrizmlə mübarizədə səylərini birləşdirməlidir", — Medvedyevin türkiyəli həmkarı Binəli Yıldırıma göndərdiyi teleqramda deyilir.

Baş nazirin müavini Arkadi Dvorkoviç isə deyib ki, Türkiyə mallarına embarqonun aradan qaldırılması ilə yanaşı, bu ölkəyə yaxın vaxtlarda çarter reyslərinin bərpa edilmsi də baş tutacaq.

Hələ ki Rusiyanını turizm agentlikləri yeniliyə səbrlə yanaşır. Baxmayaraq ki, Türkiyənin istirahət mərkəzlərində heç vaxt terror aktı törədilməyib, amma bunun baş verməyəcəyinə yüz fazili zəmanət də yoxdur.

"Türkiyənin turizm zonalarında olmasa da, hər halda son vaxtlar digər ərazilərdə bir sıra terror hadisələri baş verib. Təhlükəsizlik məsələsi rus turistlərin bu istiqaməti seçməsi üçün vacib amillərədn biridir", — Rusiya Turizm Sənayesi İttifaqının mətbuat katibi İrina Tyurina Sputnik-ə açıqlamasında belə deyib.

"Kommersant" qəzeti isə xəbər verir ki, Rusiya hökuməti artıq sanksiyaların götürülməsi istiqamətində addımlar atmağa başlayıb. Türk tikinti şirkətlərinin əvvəlki templə layihələrini davam etmələri, təxminən iki həftədən sonra mümkün olacaq. Elə bu müddət ərzində də idxal olunan ərzaq məhsullarına qoyulan qadağa aradan qaldırılacaq.

Putin və Ərdoğan
© AP Photo / Burhan Ozbilici

Xatırladaq ki, iki ölkə arasında münasibətlər ötən ilin noyabr ayında pozulub. Həmin vaxt Türkiyə sərhədlərini pozduğu iddia olunan Rusiyanın "Su 24" qırıcısı Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulub.

Rusiya prezidenti Vladimir Putin bu addıma çox kəskin reaksiya verərək, bunu "arxadan vurulan zərbə" kimi qiymətləndirmişdı. Türkiyə tərəfi bunu ölkənin hava məkanının pozulduğu üçün etdiyini desə də, Rusiya tərəfi bu iddiaları rədd edir. Həmin vaxtdan rəsmi Moskva Ankaraya qarşı kəskin sanksiyalar tətbiq etməyə başlayıb.

İyunun 27-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Su-24" hərbi təyyarəsinin pilotunun vurulması ilə bağlı Rusiya prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib və ölən pilotun ailəsindən üzr istəyib. Ərdoğan məktubunda Rusiyanı Türkiyənin dostu və müttəfiqi adlandırıb.

54
Teqlər:
İrina Tyurina, Arkadi Dvorkoviç, "Böyük iyirmilik", "Su-24" təyyarəsi, embarqo, Dmitri Medvedyev, Putin, sanksiya, Ərdoğan, Rusiya, Türkiyə
Əlaqədar
Ölkədə ikiqat bayram sevinci yaşanır
İstanbul terroru ilə bağlı yeni fakt ortaya çıxdı
Türkiyədə daha iki dəhşətli terrorun qarşısı alındı
Rusiya-Türkiyə münasibətləri "Suriya düyünü"nə ilişəcəkmi?
"İstanbul terroru elə planlanmışdı ki, baş tutmaması mümkün deyildi"
Türkiyəli millət vəkili: "Bircə çıxış yolumuz qalıb..."
Son 10 il ərzində Türkiyədə baş verən terror hadisələrinin xronologiyası
Azərbaycan və Ermənistan bayraqları, arxiv şəkli

Azərbaycan erməni rəsmiləri Moskvada yeni görüş keçirəcək Gündəm açıqlandı

67
(Yenilənib 10:49 26.01.2021)
Rusiya tərəfindən danışıqlarda Aleksey Overçuk, Azərbaycan tərəfindən Şahin Mustafayev, Ermənistan tərəfindən isə Mqer Qriqoryan iştirak edəcək.

BAKI, 26 yanvar — Sputnik. Sabah Moskvada Rusiya, Ermənistan və Azərbaycanın Baş nazirlərinin müavinləri görüş keçirəcək. Sputnik Azərbaycan "RBK"-ya istinadən xəbər verir ki, onlar Cənubi Qafqazda nəqliyyat yollarının tikintisini müzakirə edəcək.

Məlumatı nəşrə Rusiya və Ermənistan hökumətlərindən olan mənbələr təsdiqləyiblər.

Belə ki, Rusiya tərəfindən danışıqlarda Aleksey Overçuk, Ermənistan tərəfindən Mqer Qriqoryan, Azərbaycan tərəfindən isə Şahin Mustafayev iştirak edəcək.

"RBK" Overçukun nümayəndəsi, Ermənistan və Azərbaycan hökumətlərinə sorğu göndərib. Rusiya Dəmir Yollarının rəsmisi məlumatı şərh etməkdən imtina edib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

67
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putin Navalnının filminə münasibət bildirdi - VİDEO

33
(Yenilənib 17:52 25.01.2021)
Dərhal sualınıza cavab vermək istəyirəm. Orada mənim əmlakım kimi göstərilənlərdən heç biri nə mənə, nə də mənim qohumlarıma məxsus deyil və heç vaxt da olmayıb.

BAKI, 25 yanvar — Sputnik. Rusiya Prezidenti Vladimir Putin rusiyalı tələbələrlə onlayn görüşdə bildirib ki, Aleksey Navalnının Qelencikdəki "Saray" haqqında filmini izləməyib, çünki onu izləməyə vaxtı yoxdur. Lakin köməkçilərinin hazırladığı seçmə videolara göz gözdərib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Dərhal sualınıza cavab vermək istəyirəm. Orada mənim əmlakım kimi göstərilənlərdən heç biri nə mənə, nə də mənim qohumlarıma məxsus deyil və heç vaxt da olmayıb. Heç vaxt", - deyə Putin qeyd edib.

O qeyd edib ki, filmdə onun tanışları, sabiq həmkarları, "hansısa uzaq qohumları"nın adları çəkilir: "Lakin mənim heç vaxt görmədiyim adamların da adı çəkilir. Bu informasiya 10 ildən çox müddətdir ki, yayılır, indi isə bu məlumatları birləşdiriblər və bunlarla bizim vətəndaşlarımızın beynini yumaq istəyiblər".

 

33
Yerevanda etirazlar, arxiv şəkli

Yerevanda gərginlik, Ermənistan XİN-də kütləvi istefa dalğası

0
Nəşr yazır ki, Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Baş nazir Nikol Paşinyanla da münasibətləri hamar deyil. Belə ki, Ayvazyan nazir təyin olduğu qısa zaman ərzində dəfələrlə Baş nazirin fikirləri ilə razı olmadığını bildirib.

BAKI, 26 yanvar — Sputnik. Ermənistan Xarici İşlər Nazirliyində (XİN) kütləvi şəkildə istefa ərizəsi təqdim edən peşəkar diplomatların sayı artır. Sputnik Azərbaycan Ermənistanın "Past" qəzetinə istinadən xəbər verir ki, Ermənistan XİN-ə onlarla istefa ərizəsi təqdim olunub.

"XİN rəsmisi qəzetə müsahibəsində qeyd edib ki, istefalar Ermənistan rəhbərliyinin anlaşılmaz xarici siyasəti və Paşinyanın bir sıra siyasi xadimləri səfir təyin etmək istəyi ilə bağlıdır. Yəni təcrübəli və peşəkar diplomatlar Nikol Paşinyanın bu sahədə siyasi və "biabırçı dərəcədə zəif" təyinatlarından narazıdırlar.

Nəşr yazır ki, Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Baş nazir Nikol Paşinyanla da münasibətləri hamar deyil. Belə ki, Ayvazyan nazir təyin olduğu qısa zaman ərzində dəfələrlə Baş nazirin fikirləri ilə razı olmadığını bildirib.

"Bizdə olan məlumata görə, yaxın vaxtlarda Ayvazyanın özünün də istefası mümkündür", - deyə nəşr yazır.

0
Teqlər:
istefa, XİN, Ermənistan