Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putinlə Ərdoğan arasında telefon danışığı baş tutdu

© Sputnik / Aleksey DruzhininPutin və Ərdoğan
Putin və Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Telefon danışığının 40 dəqiqə davam etdiyini və olduqca pozitiv keçdiyini deyib

BAKI, 29 iyun — Sputnik. Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Sputnik-in məlumatına görə, bu barədə Türkiyənin NTV telekanalı Prezidentə yaxın mənbələrə istinadən xəbər yayıb.

Putin və Ərdoğan - Sputnik Azərbaycan
RUSİYA
Ərdoğanın Putinə məktubunun tam mətni açıqlandı: "Bağışlayın..."

Mənbə telefon danışığının 40 dəqiqə davam etdiyini və olduqca pozitiv keçdiyini deyib. Danışığın detalları barədə yaxın saatlarda rəsmi məlumat yayılacağı gözlənilir.

Axırıncı dəfə ötən ilin noyabrında liderlər Antalyada keçirilən böyük 20-lik sammitində görüşüblər. Bu hadisədən bir neçə gün sonra iki dövlət arasında təyyarənin vurulması ilə bağlı insident yaşanmışdı.

Həftənin əvvəlində isə Ərdoğan ölkələr arasında pisləşən münasibətləri düzəltmək üçün təyyarəyə görə üzr istəmiş və pilotun ölümündən kədərləndiyini bildirmişdi. Türkiyənin baş naziri Binəli Yıldırım isə Ankaranın buna görə təyyarəçinin ailəsinə kompensasiya ödəyəcəyini demişdi.

Kremldə Ərdoğanın məktubu münasibətlərin normallaşması baxımından vacib hesab edilib. Bununla belə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bütün problemləri bir neçə günə həll etmək mümkün olmayacaq.

Xəbər lenti
0