Karelya faciəsi

Rusiyanı matəmə qərq edən faciənin ilginc təfərrüatları

24
(Yenilənib 14:40 21.06.2016)
Karelyanın uşaq dəşərgəsində qayıqların aşması nəticəsində 14 uşaq həyatını ititirb. İyunun 20-də Moskva və Karelyada matəm elan olunub.

Rusiyanı matəmə qərq edən faciənin ilginc təfərrüatları
BAKI, 20 iyun — Sputnik. İyunun 18-də Rusiya Federasiyasının Karelya Respublikasında "Park-otel Syamozero" uşaq dəşərgəsinin qayıqları su hövzəsində fırtınaya düşüb. Üç qayıqda 47 yeniyetmə məktəbli və 4 təlimatçı olub. Qayıqlar çevriləndə havanın soyuq və suyun küləkli olması yeniyetmələrin sahilə üzüb çıxmasına imkan verməyib, nəticədə 14 uşaq həyatını ititirb.

Sputnik xəbər verir ki, hazırda fövqəladə hallar qrupu Karelyada axtarışları davam etdirir. Baş vermiş faciə ilə bağlı 5 nəfər həbs olunub ki, onları 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

İstintaq komissiyasının təmsilçisi Vladimir Markinin hadisə ilə bağlı deyib: "Artıq istintaqa belə məlumat daxil olub ki, düşərgəyə fırtına olacağı ilə bağlı xəbərdarlığın edilməsini əsas gətirən uşaqlar gölə gəmi gəzintisini təxirə salmağı xahiş ediblər, amma təlimatçıların təkidindən sonra onlar məcbur olub gəzintiyə razılıq veriblər".

Qeyd edək ki, uşaqları qayıqlarda müşayət edən 4 nəfərlə yanaşı "Park-otel Syamozero" Səhmdar Cəmiyyətinin direktoru Yelena Reştova da cinayət məsuliyyətinə cəlb olunub. Öz növbəsində cəmiyyət sədri bildirib ki, fırtına xəbərdarlığına baxmayaraq uşaqların səyahətə aparılması barədə onun məlumatı olmayıb.

Uşaq hüquqları müdafiəçisi Pavel Astaxov isə Sputnik-ə deyib ki, uşaqları müşayət edənlər təcrübəli şəxslər yox, pedaqoji kollecin tələbələri olublar: "47 nəfər yeniyetmə üçün 17-19 yaşlarında cəmi dörd təlimatçı ayrılıbmış. Onlar nə vaxtdan təlimatçı olublar? Onlar necə başqalarının həyatını xilas edə bilərdilər?".

Rusiyanın Fövqəladə Hallar Nazirliyi bildirib ki, səfər marşrutu onlarla razılaşdırılmayıb və təlimata uyğun nəzərdə tutulmuş istiqamətdə aparılmayıb: "Belə olsaydı, uşaqlar peşəkar səviyyədə müşayət olunardılar ki, bu da itkinlərin sayının belə həddə olmasına gətirib çıxarmazdı".

Rusiya Turizm Sənayesi İttifaqının vitse-prezidenti Yuruy Barızkin də məsələ ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, belə faciənin baş verməsi hazırda Dövlət Dumasında baxılmaq ərəfəsində olan turizm üzrə ekskursiya təlimatçılarının attestasiyadan keçirilməsini nəzərdə tutan qanunun qəbulunu tezləşdirməyi şərtləndirir.

"Bütün ölkə üzrə uşaq sağlamlıq düşərgələrində geniş miqyaslı yoxlama tədbirləri həyata keçirilməlidir". Bunu isə Rusiya Federasiya Şurasının Konstitusiya qanunvericiliyi komitəsinin sədr müzvivi Yelena Mizulina deyib. O, hesab edir ki, Syamozero gölündə uşaqlarım ölümü ilə nəticələnmiş faciəyə görə regional hakimiyyətlər məsuliyyət daşıyır.

"İlk növbədə bu faciənin düşərgə əməkdaşlarının səhlənkarlığı və başdansoyuqluğu, yaxud da bədbəxt hadisə olması araşdırılacaq ", — deyə Mizulina jurnalistlərə bildirib.

Onun sözlərinə görə, əgər müəyyən edilsə ki, uşaqlar fırtına baş verən vaxt gölə aparılıblar, bu, ciddi qanun pozuntusu kimi qiymətləndiriləcək: "Bütün federal dairələr kimi, Karelya da uşaq düşərgələrində təhlükəsizliyin təmin edilməsinə görə birbaşa məsuliyytə daşıyır".

"2016-cı ilin mövsümünün belə faciə ilə başlaması təəssüf doğurur. Dövlət məhz bu il uşaqların yay tətilini yüksək səviyyədə təşkil edilməsi məqsədi ilə vacib layihələr həyata keçirib, bir sıra düşərgələr təmir olunub, bəziləri isə yenidən tikilib. Buna gərə, mən əminəm ki, hökümətin təşəbbüsü ilə bütün ölkə üzrə uşaq sağlamlıq düşərgələrində ciddi yoxlamalar haytata keçirilməlidir. Ehtimal etmək olar ki, Karelya rəsmiləri faciə baş verən düşərgənin uşaqları qəbul etməyə hazırlıq səviyyəsini, personalın nə dərəcədə öz işinin öhdəsindən gələ biləcəyini yoxlamayıb", — deyə Mizulina əlavə edib.

İstisna edilmir ki, "Park-otel Syamozero" uşaq dəşərgəsindəki oxşar vəziyyət Rusiyanın digər regionlarında da var. Senator bütün düşərgələrin tezliklə yoxlamaya cəlb olunmasını tələb edib.

İndi məlum olur ki, sən demə valideynlər keçən il də pis şərait ucbatından uşaqlarının istirahətini yarımçıq kəsərək, "Park-otel "Syamozero"dan çıxarıblarmış və o zaman edilmiş şikayətlərə əhəmiyyət verilməyib. Hətta keçən il düşərgədə qidalanma elə bərbad vəziyyətdə olubmuş ki, uşaqlardan biri evlərinə "Məni bu cəhənnəmdən xilas edin" məzmununda məktub göndəribmiş. Valideynlər uşaqların dedikləri əsasında Karelya prokurorluğuna müracitə etsələr də, onların şikayətləri havadan asılı qalıb.

Artıq düşərgə bağlanıb və dəhşətli faciədən xilas olan uşaqlardan 12 nəfər hospitallarda yerləşdirilib. Onların hamısı ciddi travma alıb. Həlak olmuş uşaqların dəfn mərasimi Moskvada bu həftənin cümə axşamı keçiriləcək. Faciə ilə bağlı Moskva və Karelyada iyunun 20-də matəm elan olunub.

24
Teqlər:
uşaq dəşərgəsi, "Park-otel Syamozero", Karelya Respublikası, Rusiya Federasiyası, faciə
Əlaqədar
"Azərsu"da faciə baş verib
Ana və körpəsinin faciəli sonu
“Günəşli” faciəsi şahidlərin gözü ilə...
Aleksandr Lukaşenko: Xəzərdəki faciə belarusluları qəlbən sarsıtdı
Bakı metrosunda faciə baş verib
Gecə klubu faciəsi baş nazirin istefasına səbəb oldu
 Rusiyada epdimioloji vəziyyət

Vaksini tapıblar, amma xeyri yoxdur: bir gündə 586 nəfər öldü

12
(Yenilənib 16:03 19.01.2021)
Rusiyada pandemiya yayılandan 66623 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3002026-ya çatıb.

 

BAKI, 19 yanvar — Sputnik. Son bir sutka ərzində Rusiyada 21734 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 586 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 3612800-ə çatıb. Rusiyada pandemiya yayılandan 66623 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3002026-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 95.5 milyonu keçib, 1,04 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

12
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Sputnik V peyvəndi, arxiv şəkli

"Rusiya pul dalınca qaçmır": Avropada "Sputnik-V" peyvəndinin müdafiəsinə qalxdılar

20
(Yenilənib 17:59 18.01.2021)
Qərb "hekayəçiləri" illərdir Rusiyanın elm sahəsindəki inkişafını inkar etdiklərindən, indi bu ölkənin peyvənd yaratdığını eşidəndə təəccüblənirlər.

BAKI, 18 yanvar — Radio Sputnik. Rusiya koronavirus pandemiyasının qarşısını almağa qadir dərman hazırlayıb; "Monde diplomatique" fransız qəzetinin ispan nəşrinin yazdığına görə, Qərbdə rus elmi ilə bağlı cəhalət hökm sürür.

"Qərbin "Sputnik-V" peyvəndinin yaradılmasına laqeyd və şübhəli yanaşması Rusiyanın elmi ənənələri haqqında məlumatsızlıqdan irəli gəlir. "Dil, mədəni və siyasi fərqliliklərdən qaynaqlanan bu cəhalət Rusiyadakı təşəbbüslərə şübhə ilə yanaşır", – deyə jurnalist vurğulayır.

O qeyd edib ki, preparatın işlənib-hazırlanması Rusiyadakı elmi axtarışların bütöv bir tarixi elmi inkişaf zəncirinin nəticəsidir. Jurnalistin sözlərinə görə, Qərb "hekayəçiləri" illərdir Rusiyanın elm sahəsindəki inkişafını inkar etdiklərindən, indi bu ölkənin peyvənd yaratdığını eşidəndə təəccüblənirlər.

"ABŞ və Avropa Şurası kimi əczaçılıq laboratoriyalarının öz dərmanlarına astronomik qiymətlər qoyduğu ölkələrdən fərqli olaraq, Rusiya pul dalınca qaçmır", – deyə Federiko Kusko qeyd edir.

Onun sözlərinə görə, hazırda müxtəlif ölkələrdə "Sputnik-V" ilə bağlı geniş yayılmış bu cür şübhələr 50 ildən sonra heç kimin yadına düşməyəcək.

20
Dağıdılmış Füzuli şəhərinə mənzərə

Türk Şurası da azad olunmuş ərazilərin bərpasında iştirak etmək niyyətindədir

0
Milli Məclisin Sədri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev ilə görüşüb

BAKI, 19 yanvar — Sputnik. Yanvarın 19-da Milli Məclisin Sədri Sahibə Qafarova Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyevanın təmsil olunduqları nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sədr qeyd edib ki, bu təşkilatlar xalqlarımız arasında əlaqələrin daha da dərinləşməsinə layiqli töhfələr verir.

Türkdilli dövlətlər arasında əməkdaşlığı təşviq etmək məqsədi ilə yaradılmış Türk Şurası qarşıya qoyulan hədəflərə çatmaq istiqamətində məqsədyönlü və uğurlu addımlar atır.

Bildirilib ki, bu gün ölkələrimizin liderləri arasında nümunəvi dostluq münasibətləri formalaşıb. Dövlət başçılarımızın siyasi iradəsi, ortaq köklərimizə sərgilədikləri hörmət və qayğı yüksək təqdirəlayiq olmaqla yanaşı, hər kəs üçün örnək təşkil edir.

Nümayəndə heyəti üzvlərinin Azərbaycanın işğaldan azad olunmuş bölgələrinə səfərlərini yüksək qiymətləndirən Spiker müzəffər ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində əldə etdiyi uğuru böyük tarixi hadisə kimi dəyərləndirib. Milli Məclisin Sədri vurğulayıb ki, Azərbaycan Ordusu öz Zəfəri ilə münaqişənin həllinə dair bir çox beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan hüquqi sənədlərin, o cümlədən, BMT-nin müvafiq qətnamələrinin icrasını həyata keçirdi, ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Sahibə Qafarova Vətən müharibəsində Azərbaycana verdiyi dəstəyə görə Türk Şurasının Baş katibinə təşəkkür edib.

Bildirilib ki, bu qurum təkcə türk dövlətlərini bir araya gətirməklə kifayətlənmir, həmçinin digər dövlətlər və regionlar arasında da körpü rolunu oynamağı hədəfləyir. Milli Məclis qanunverici orqan olaraq, bundan sonra da Şura çərçivəsində inteqrasiya proseslərinin daha da dərinləşməsinə dəstək verəcək. Çünki bu təşkilat öz fəaliyyətində ortaq tarix, dil, kimlik və mədəniyyət kimi dəyərlərə əsaslanır.

Spiker ötən ilin aprelində Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilmiş Şuranın fövqəladə iclasını xatırlayaraq, qurumun koronavirusa qarşı mübarizə işinə də töhfə verdiyini söyləyib.

Sədr milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsində Türk Şurası ilə birlikdə TÜRKPA, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu kimi qurumların fəaliyyətindən danışaraq, bildirib ki, bu təşkilatlar ölkələrimiz arasında iqtisadi, elm, təhsil, mədəniyyət və digər sahələrdə mövcud olan əməkdaşlığın dərinləşməsində yaxından iştirak edir.

Görüşdə səmimi qəbul üçün nümayəndə heyəti adından minnətdarlığını bildirən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə münasibəti ilə Milli Məclisin Sədrini və xalqımızı təbrik edib. Bu uğuru bütün Türk dünyasını birləşdirən Zəfər kimi dəyərləndirib.

Qonaq ölkəmizə səfər çərçivəsində nümayəndə heyəti üzvlərinin Ağdam və Fizuli bölgələrində erməni işğalçıları tərəfindən törədilmiş vandalizmin şahidi olduqlarını söyləyib. O, işğaldan azad olunmuş ərazilərin bərpasında Türk Şurasının da iştirak etmək niyyətində olduğunu bildirib.

Qonaq təmsil etdiyi təşkilatın bundan sonra da türkdilli xalqlar naminə beynəlxalq müstəvidə fəaliyyətini daha da genişləndirəcəyini deyib. Vurğulanıb ki, bu gün 10-dan çox dövlət Türk Şurası ilə daha yaxından əməkdaşlıq etmək niyyətindədir.

Görüşdə TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva çıxış edərək təmsil etdikləri təşkilatlarda görülən işlər və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verərək, ölkəmizlə əməkdaşlığın daha genişləndirilməsi istiqamətində gələcək planları barədə fikirlərini bölüşüblər.

Görüşdə həmçinin Türk dünyasını təmsil edən təşkilatlarla əməkdaşlığın perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər barədə danışılıb.

0