Türkiyə-Rusiya

Türkiyə Rusiya ilə aralarında olan böhrandan əziyyət çəkdiyini etiraf edib

9440
Ərdoğan administrasiyası: "Rusiyaya məxsus "Su-24" təyyarəsi vurulan an Ankara həmin bombardmançının kimə məxsus olduğunu bilmirdi."

BAKI, 14 iyun-Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası Moskva ilə aralarında olan böhrandan hər iki tərəfin əziyyət çəkdiyini bildirib.

Sputnik Trend-ə istinadla xəbər verir ki, Türkiyənin Prezident Administrasiyası Ankaranın Moskva ilə diplomatik kanalları heç vaxt bağlamadığını açıqlayıb.

Administrasiyadan bildiriblər ki, iki ölkənin münasibətlərindəki böhrandan daha çox Ankara və Moskva əziyyət çəkir.

"Türkiyə əvvəl olduğu kimi bəyan edir ki, Rusiyaya məxsus "Su-24" təyyarəsi vurulan an Ankara həmin bombardmançının kimə məxsus olduğunu bilmirdi." — deyə Administrasiyadan bildiriblər.

9440
Teqlər:
Rəcəb Tayyib Ərdoğan, "Su-24" qırıcı təyyarəsi, Türkiyənin Prezident Administrasiyası, Moskva, Ankara, Rusiya, Türkiyə
Əlaqədar
Rusiya və Türkiyə dostlaşaraq Avrasiyaya sahib çıxmalıdır
Türkiyə və Rusiya üçün son şans: başqa yol yoxdur
Rusiya-İran ittifaqına qarşı Türkiyə-İsrail həmrəyliyi
Vladimir Putin: Türkiyə ilə əlaqələri bərpa etmək istəyirik
"Türkiyə və Rusiya bir-biri ilə əməkdaşlığa məhkumdur"