Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya aviaşirkəti Azərbaycana uçmaqdan imtina etdi

© Photo : pataparat.livejournal.comRusiyanın "Ruslayn" aviaşirkətinə məxsus təyyarə
Rusiyanın Ruslayn aviaşirkətinə məxsus təyyarə - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın "Ruslayn" aviaşirkəti Azərbaycana uçuşlar yerinə yetirməkdən imtina edib.

BAKI, 2 iyun-Sputnik. Rusiyanın "Ruslayn" aviaşirkəti Azərbaycana uçuşlar yerinə yetirməkdən imtina edib.

Sputnik "APA-Economics"ə istinadla xəbər verir ki, bununla bağlı müvafiq qərar iyunun 1-də qəbul olunub.

Paralel olaraq, aviaşirkət Ermənistana, Ukraynaya və Özbəkistana uçmaqdan da imtina edib.

"Ural Hava Yolları" da bəzi MDB və Avropa ölkələrinə, habelə Monqolustan və Çinə uçmaq niyyətində deyil.

Ümumilikdə iyunun 1-dən Rusiyanın bəzi aviaşirkətləri 113 ölkəyə uçuşları dayandırıb.

Ekspertlər hesab edir ki, qərarın qəbul olunmasına səbəb qeyd edilən istiqamətlərə tələbatın az olmasıdır.

Xəbər lenti
0