Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Milyonlarla iranlı rus dilini öyrənmək istəyir

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidRus dili dərsləri
Rus dili dərsləri - Sputnik Azərbaycan
Abunə olmaq
İran və Rusiya universitetləri arasında müqavilə imzalanıb. Razılaşmaya əsasən, bir milyondan çox iranlı tələbə rus dilini pulsuz öyrənmək imkanı əldə edəcək.

BAKI, 26 may — Sputnik. İranın "Azad" Universiteti ilə Rusiyanın "Sinergiya" Universiteti arasında təhsil sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb. Sputnik RİA-ya istinadən xəbər verir ki, müqaviləyə əsasən bir milyondan çox iranlı tələbə rus dilini pulsuz öyrənmək imkanı əldə edəcək.

"Razılığa əsasən İran universiteti tələbələrinin rus dilini öyrənmək üçün pulsuz kursa daxil olması ayrıca maddə olaraq, nəzərdə tutulub. Nəticədə isə bir milyondan çox iranlı tələbə rus dilini pulsuz öyrənmək imkanı əldə edəcək", — deyə, "Sinergiya" Universitetinin məsələ ilə bağlı yaydığı məlumatda vurğulanıb.

İranın Azad Universiteti 1982-ci ildə yaradılıb. Bu ali təhsil ocağında 1,7 milyon tələbə oxuyur. "Sinergiya" isə 1995-ci ildə təsis edilib.

Xəbər lenti
0