Надежда Савченко в Международном аэропорте Борисполь

Rusiya Prezidenti ukraynalı pilot Nadejda Savçenkonu əfv etdi

36
(Yenilənib 17:34 25.05.2016)
Ukraynada 14 il həbs cəzasına məhkum edilmiş Rusiya vətəndaşları Yevgeni Yerofeyev və Aleksandr Aleksandrov da ölkəsinə təhvil verilib

BAKI, 25 may — Sputnik. Rusiya prezidenti Vladimir Putin 22 illik həbs cəzasına məhkum edilmiş ukraynalı pilot Nadejda Savçenkonu əfv edib. Sputnik-in məlumatına görə, Kremlin mətbuat katibi Dmitri Peskov, Putinin Savçenkonun əfv edilməsi ilə bağlı qərarı imzaladığını açıqlayıb.

Peskov deyib ki, Putin bu qərarı Savçenkonun ölümünə səbəb olduğu rus jurnalistlərin ailələrinin istəyinə əsasən verib. "Öldürülən jurnalistlərin ailələri Putindən Savçenkonu insanlıq naminə əfv etməyi xahiş edib" — deyə Peskov bildirib.

Peskov həmçinin Ukraynada 14 il həbs cəzasına məhkum edilmiş Rusiya vətəndaşları Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovun ölkəyə ekstradisiya edildiyini də xəbər verib. Amma o, Putinin ekstradisiya olunmuş şəxslərlə görüşməyəcəyini deyib.

Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko bildirib ki, Yerofeyev və Aleksandrovun ölkəyə gətirilməsi, Savçenkonun isə Ukraynaya verilməsi məhbusların dəyişdirilməsi kimi qəbul edilməməlidir: "Bu, Ukrayna və Rusiyanın Məhkum olunmuş şəxslərin verilməsi haqqında Avropa Xartiyasını ratifikasiya etməsi ilə bağlıdır".

Qeyd edək ki, Rusiyanın Rostov vilayətindəki Donetsk Şəhər Məhkəməsi bu ilin martında rus jurnalistlərin ölümündə və Rusiya sərhədlərinin pozulmasında günahlandırılan Savçenkoya 22 il həbs cəzası vermişdi.

36
Teqlər:
ukraynalı pilot, Nadejda Savçenko, əfv, Rusiya Prezidenti, Vladimir Putin, həbs cəzası
Əlaqədar
Putin İstanbula gedəcəkmi?
Putinin Yunanıstana səfərinin məqsədi bəlli oldu
Putin: İran tərəfdən nüvə təhdidi yoxdur
Putin canlı yayımda: suallarınız varmı?
Putin türk xalqı üçün yas tutur
Rusiyada koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital, arxiv şəkli

Rusiyada bir gündə 500-dən çox adam koronavirusdan öldü

7
(Yenilənib 15:15 25.11.2020)
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2162503-ə çatıb. Rusiyada pandemiya yayılandan 37538 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1660419-a çatıb.

BAKI, 25 noyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 23 675 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 507 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2162503-ə çatıb. Rusiyada pandemiya yayılandan 37538 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1660419-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 59,8 milyonu keçib, 1,41 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

7
Teqlər:
ÜST, korona virusu, Koronavirus, epidemiya, COVID-19, Rusiya
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

Ərdoğan Qarabağa görə Putinə zəng vurdu

64
(Yenilənib 09:58 25.11.2020)
Həmçinin Türkiyə Prezidenti Ermənistan tərəfinin razılaşmada göstərilən məsuliyyətlərindən yayınmasına izn verilməməsinin vacibliyini də qeyd edib.

BAKI, 24 noyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə zəng vurub.

Sputnik Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, iki ölkənin liderləri Türkiyə ilə Rusiya arasında ticari həcmin artırılması, Dağlıq Qarabağ, Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər.

Ərdoğan Dağlıq Qarabağda Türkiyənin Rusiya ilə birlikdə quracağı Müştərək Mərkəzin qısa zamanda fəaliyyətə başlamasını gözlədiklərini vurğulayıb.

Həmçinin Türkiyə Prezidenti Ermənistan tərəfinin razılaşmada göstərilən məsuliyyətlərindən yayınmasına izn verilməməsinin vacibliyini də qeyd edib.  

Ərdoğan Minsk qrupu həmsədrlərinin sülh üçün atılan addımları tənqid etmələrini anlamadığını da dilə gətirib.   

64
Teqlər:
telefon zəngi, Vladimir Putin, Rəcəb Tayyip Ərdoğan, Azərbaycan, Rusiya, Türkiyə, Qarabağ
Xəritə, arxiv şəkli

Tsakurinin Hünərli, Quşçubabanın isə Baharlı adlandırılması təsdiqlənib

0
Prezident "Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında" qanunu təsdiq edib.

 

BAKI, 25 noyabr — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında" qanunu təsdiq edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, qanuna əsasən, Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılıb.

Prezident İlham Əliyev həmçinin "Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında" qanunu təsdiq edib.

Qanuna əsasən, Azərbaycan Respublikasının Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılıb.

0
Teqlər:
təsdiq, qanun, Xocavənd, Xocalı