Rusiya prezidenti Vladimir Putin

Putin İstanbula gedəcəkmi?

21
Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov, Kreml başçısının türkiyədə keçiriləcək Ümumdünya Humanitar Forumunda iştirak edib-etməyəcəyi məsələsinə aydınlıq gətirib

BAKI, 20 may — Sputnik. Rusiya prezidenti Vladimir Putin işlərinin çox olması səbəbindən, İstanbulda keçiriləcək Ümumdünya Humanitar Forumunda iştirak etməyəcək.

Sputnik RİA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, forumda Rusiya başqa səviyyədə təmsil olunacaq.

Xatırladaq ki, Humanitar Məsələlərə Dair Dünya Sammiti mayın 23-24-də Türkiyənin İstanbul şəhərində keçiriləcək. BMT-nin baş katibi Pan Gi Mun dünya liderlərini təşkilatın 70 illik tarixində ilk dəfə təşkil olunan dünya sammitində iştirak etməyə çağırıb.

21
Teqlər:
Dmitry Peskov, Ümumdünya Humanitar Forumu, Türkiyə, İstanbul, Vladimir Putin, Rusiya Prezidenti
Əlaqədar
Putinin Yunanıstana səfərinin məqsədi bəlli oldu
Putin: İran tərəfdən nüvə təhdidi yoxdur
Vladimir Putin: Barak Obama ləyaqətli insandır
Kreml Vladimir Putinlə Nursultan Nazarbayevin nədən danışdığına aydınlıq gətirdi
Putin Vaşinqton sammitini niyə boykot etdi?
Putin Obamanı rus aviasiyasının Suriyadan çıxdığına dair məlumatlandırdı