Meyvə-tərəvəz

Rusiya Türkiyəyə qarşı sanksiyanı yumşaltdı

54
(Yenilənib 18:52 19.05.2016)

BAKI, 19 may — Sputnik. "Rusiya Türkiyədən idxal edilən qida məhsullarını tamamilə qadağan etməyəcək". Sputnik RİA-ya istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Federal baytarlıq və Bitkiçilik xidmətinin rəhbəri Sergey Dankvert deyib.

Onun sözlərinə görə, türk tərəfi ixrac etdiyi məhsulların təmizliyinə və keyfiyyətinə dair Rusiyaya zəmanət verib: "Türkiyədən idxal edilən qida məhsulları keyfiyyət baxımdan tələb edilən şərtlərə cavab verməlidir".

"Bu istiqamətdə istər rus, istərsə də türk tərəfi birlikdə çalışır. İrəliləyiş əldə olunduğunu söyləyə bilərəm", — Dankvert bildirib.

Xatırladaq ki, Rusiya hökuməti 1 yanvar 2016-cı ildən etibarən Türkiyədən portağal, naringi, üzüm, alma, armud, şaftalı, çiyələk, pomidor, soğan, kələm, xiyar və s. məhsulların idxalını qadağan etmişdi.

54
Teqlər:
Sergey Dankvert, meyvə, sanksiya, Rusiya, Türkiyə
Əlaqədar
Avropada yeni dalğa: "Rusiyaya qarşı sanksiyalara son qoyulsun!"
İran neft hasilatının həcmini sanksiya qədərki səviyyəyə çatdırıb
Avropa Yayım Birliyi Ermənistanı sanksiya ilə hədələyib
Dmitri Roqozin: Sektoral sanksiyalar zamanı Azərbaycan Rusiyanı fəal şəkildə dəstəklədi
Putin: Türkiyəyə qarşı sanksiyalar genişləndiriləcək
İran sanksiyalardan sonra: nələr olacaq?
Ceyhun Bayramov və Sergey Lavrov, arxiv şəkli

Azərbaycan Rusiya XİN başçıları Qarabağla bağlı məsələni müzakirə ediblər

1
(Yenilənib 19:19 15.01.2021)
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

BAKI, 15 yanvar — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən daxil olan məlumatda bildirilir.

"Nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı son vəziyyəti, eləcə də 11 yanvar 2021-ci il tarixində Moskvada imzalanmış birgə bəyanatdan irəli gələn məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər", - deyə məlumatda bildirilir.

1

Rəsmi Moskva Bakı Yerevanı dialoqa çağırdı

54
(Yenilənib 13:58 15.01.2021)
Rusiya XİN: Biz Azərbaycan və Ermənistan ziyalıları arasında birbaşa dialoqun qurulmasını, həmçinin iki ölkənin birgə humanitar tədbirlərinin keçirilməsini hər şəkildə alqışlayırıq.

BAKI, 15 yanvar — Sputnik. "Azərbaycan və Ermənistan ziyalıları arasında birbaşa dialoqun qurulmasını, həmçinin iki ölkənin birgə humanitar tədbirlərinin keçirilməsini hər şəkildə alqışlayırıq".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

"Biz Azərbaycan və Ermənistan ziyalıları arasında birbaşa dialoqun qurulmasını, həmçinin iki ölkənin birgə humanitar tədbirlərinin keçirilməsini hər şəkildə alqışlayırıq. Bizim fikrimizcə, bu cür təşəbbüslər sülh, inam, qarşılıqlı anlaşma atmosferinin formalaşmasına yardım edir. Bu cür addımlar həm Azərbaycan, həm də erməni xalqının və prinsipcə bütün Cənubi Qafqaz regionunun, deməli həm də Rusiya Federasiyasının xeyrinə olar", -deyə Rusiya XİN rəsmisi qeyd edib.

"Əgər Bakı və Yerevan bu istiqamətdə hərəkət etmək üçün səmimiyyət nümayiş etdirirlərsə, Rusiya tərəfi bu cür humanitar aksiyaları dəstəkləyər", - deyə Zaxarova əlavə edib. 

54
Teqlər:
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Mariya Zaxarova, Azərbaycan, Ermənistan, Yerevan, Bakı, rəsmi Moskva, Moskva, Rusiya