Рамзан Кадыров. Архивное фото

Ramzan Kadırov turistləri Qafqaza çağırdı

15
Çeçenistanın başçısı: Qafqaz və Ukraynanın Krım regionu əvvəllər Türkiyə, Tunis və digər ölkələrə istirahətə gedən rusiyalı turistlər üçün alternativ variant ola bilər.

BAKI, 14 aprel-Sputnik. Çeçenistan rəhbəri Ramzan Kadırov hesab edir ki, Qafqaz və Ukraynanın Krım regionu əvvəllər Türkiyə, Tunis və digər ölkələrə istirahətə gedən rusiyalı turistlər üçün alternativ variant ola bilər.

Sputnik-in məlumatına görə, Kadırov bu barədə "Instagram" səhifəsində yazıb.

"Vladimir Putin əmindir ki, Türkiyə rəhbərliyi turistlərin təhlükəsizliyini təmin etməyə cəhd göstərəcək, belə ki, bu, büdcəyə böyük gəlir mənbəyidir, lakin turistlərin həyatı üçün heç bir zəmanət yoxdur. O, çimərliyində turistlərin güllələndiyi Tunisi buna misal gətirib. Əlbəttə, istirahət üçün alternativ var. Bu ilk növbədə bizim Qafqaz və Krımdır" — Kadırov bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bu gün canlı bağlantıda vətəndaşların suallarını cavablandırarkən Misir və Türkiyədə istirahət etməyin nə dərəcədə təhlükəsiz olduğu barədə suala cavabında deyib ki, hazırda Türkiyədə istirahət etmək təhlükəlidir: "Türkiyənin cənubunda faktiki olaraq müharibə gedir. Demək olar ki, hər həftə terror baş verir. Harada zəmanət var ki, bizim vətəndaşlarımız orada təhlükəsizlikdə olacaqlar?".

Misirlə bağlı Putin əlavə edib: "Biz Misirdə baş verənləri görürük. Bizim adamlara ora səfər etməyin təhlükəli olduğu barədə deməmək hüququmuz yoxdur".

O, Rusiya ilə Misir arasında bu sahədə müzakirələrin açılmalı olduğunu qeyd edib: "Biz Misir hakimiyyəti ilə birlikdə elə yollar, təyyarə xidməti də daxil olmaqla, tapmalıyıq ki, bizim vətəndaşlarımızın səyahətləri təhlükəli olmasın".

Rusiya Prezidenti istirahət üçün Krım və Qafqazın daha etibarlı və təhlükəsiz olduğunu deyib.

15
Teqlər:
Rusiya prezidenti Vladimir Putin, Misir, Krım, Tunis, Türkiyə, Qafqaz, Çeçenistan Respublikasının rəhbəri, Çeçenistan, Çeçenistan lideri