Vladimir Putin

Rusiya Prezidenti keçmiş arvadının evliliyindən danışdı

102
Vladimir Putin: "Bilmirəm, şəxsi həyatımdan bəhs etməliyəm, ya yox. Amma onu bilirəm ki, bunu etsəm, pulun dəyəri, yaxud da neftin qiymətləri oynaya bilər"

BAKI, 14 apr — Sputnik. "Əvvəlki həyat yoldaşımla münasibətlərim çox yaxşıdır. Hətta əvvəlkindən daha yaxşı".

Sputnik xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin, hazırda davam edən canlı yayımda, vətəndaşların "Qəzetlər keçmiş həyat yoldaşınız Lyudmilanın yenidən evləndiyini yazıb. Sizin yanınızda nə vaxt biz First Lady görəcəyik?" sualını cavablandırarkən deyib.

"Bilmirəm, şəxsi həyatımdan bəhs etməliyəm, ya yox. Amma onu bilirəm ki, bunu etsəm, pulun dəyəri, yaxud da neftin qiymətləri oynaya bilər", — Kreml başçısı əlavə edib.

O qeyd edib ki, insanların onun şəxsi həyatında nələrin baş verdiyini bilmək istədiyinin fərqindədir: "Amma bu, çox da əhəmiyyətli deyil. Həyatımdan məmnunam. Hər şey yaxşıdır. Amma bəlkə də gələcəkdə bu marağınızı nəzərə alaram".

Xatırladaq ki, bundan əvvəlki canlı yayında analoji suala cavabında Putin demişdi: "Əvvəlcə keçmiş yoldaşım Lyudmilaya birini tapıb onu ərə verməliyəm. Yalnız ondan sonra özümü düşünə bilərəm".

102
Teqlər:
Lyudmila, canlı yayım, Vladimir Putin, Rusiya Prezidenti
Əlaqədar
Kreml Vladimir Putinlə Nursultan Nazarbayevin nədən danışdığına aydınlıq gətirdi
İlham Əliyev Vladimir Putinə zəng edib
Putin: Əsədə sığınacaq vermək, Snoudenə sığınacaq verməkdən asandır
Əhməd Davudoğlu Vladimir Putinə cavab verdi
Putin: “Suriyada hələ bütün imkanlarımızdan istifadə etməmişik”