December 17, 2015. Russian President Vladimir Putin at the 11th annual news conference at the World Trade Center on Krasnaya Presnya

Vladimir Putinin “canlı yayım”ları

24
(Yenilənib 12:21 14.04.2016)
Bu gün Rusiya prezidenti Vladimir Putin növbəti dəfə canlı yayımda vətəndaşların suallarına cavab verəcək.

BAKI, 13 apr — Sputnik. 2001-ci il dekabrın 24-də Rusiya prezidenti Vladimir Putin ilk dəfə olaraq rusiyalılarla canlı efir vasitəsilə ünsiyyət qurub. Bu canlı yayım zamanı Rusiya prezidenti vətəndaşların 47 sualına cavab verib. Canlı yayım 2 saat 20 dəqiqə sürüb.

2002-ci il dekabrın 19-da keçirilən ikinci canlı ünsiyyət zamanı Rusiya vətəndaşları Vladimir Putinə 51 sual veriblər. Canlı yayım 2 saat 37 dəqiqə davam edib. 

2003-cü il dekabrın 18-də keçirilən üçüncü canlı yayım zamanı rusiyalılar prezidentə 69 sual veriblər. Ünsiyyət 2 saat 50 dəqiqə davam edib. 

2005-ci il sentyabrın 27-də Vladimir Putin 2 saat 54 dəqiqə ərzində rusiyalıların 60 sualına cavab verib.

2006-cı il oktyabrın 25-də keçirilən canlı ünsiyyət də 2 saat 54 dəqiqə davam edib. Rusiya prezidenti həmin vaxt ərzində vətəndaşların 55 sualına cavab verib.

2007-ci il oktyabrın 18-də Rusiya dövlət başçısı 3 saat 3 dəqiqə ərzində vətndaşların 69 sualına cavab verməli olub.

2008-ci il dekabrın 4-də artıq baş nazir olan Vladimir Putin 2 saat 30 dəqiqə ərzində rusiyalıların 46 sualına cavab verə bilib. 

2009-cu il dekabrın 3-də baş nazir Vladimir Putin 4 saat 1 dəqiqə ərzində xalqla canlı ünsiyyət qurub. O, bu vaxt ərzində 80 suala cavab verib.

2010-cu il dekabrın 16-da keçirilən canlı ünsiyyət proqramı 4 saat 25 dəqiqə davam edib. Baş nazir Vladimir Putin bu vaxt ərzində 88 suala cavab verib.

2011-ci il dekabrın 11-də keçirilən canlı yayım zamanı baş nazir Vladimir Putin 4 saat 33 dəqiqə ərzində vətəndaşların 90 sualına cavab verib.

2013-cü il aprelin 25-də prezident Vladimir Putin 4 saat 47 dəqiqə ərzində rusiyalıların suallarına cavab verib. 

2014-cü il aprelin 17-də keçirilən canlı yayım zamanı prezident Vladimir Putinə artıq videosuallar da vermək mümkün olub. Ukrayna hadisələrinə görə bu canlı yayıma əvvəlkilərdən daha böyük maraq göstərilib.

Nəhayət, 2015-ci il aprelin 16-da 13-cü canlı yayım keçirilib. Prezident Vladimir Putin 3 saat 57 dəqiqə ərzində vətəndaşların 74 sualına cavab verib.

24