Открытие экспозиции фотографий А.Стенина

Andrey Stenin adına fotomüsabiqə işlərin qəbulunu başa çatdırdı

1
Andrey Stenin adına beynəlxalq fotojurnalistika müsabiqəsi dünyanın 71 ölkəsindən gənc fotojurnalistlərin işlərini toplayıb. Müsabiqənin beynəlxalq coğrafiyası bütün beş qitəni əhatə edir

BAKI, 23 mar — Sputnik. "Rossiya seqodnya" BİA-nın YUNESKO işləri üzrə RF komissiyasının əqidəsi altında keçirdiyi Andrey Stenin adına beynəlxalq fotojurnalistika müsabiqəsi dünyanın 71 ölkəsindən gənc fotojurnalistlərin işlərini toplayıb. Müsabiqənin beynəlxalq coğrafiyası bütün beş qitəni əhatə edir. Bura Avropa, Şimali və Cənubi Amerika, Yaxın Şərq, Hindistan, Avstraliya və Cənub-Şərqi Asiya ölkələri daxildirlər. 

Nominasiyalar arasında verilən işlərin miqdarına görə ən populyar nominasiyalar "Mənim ölkəm", "Portret. Zəmanəmizin qəhrəmanı" və "Dünyanın rəngləri. Həyatın harmoniyası" olublar. Qaliblər elan olunması və mükafatlandırma mərasimi 2016-cı ilin avqustunda olacaq. Qaliblər pul mükafatları və öz işlərini Rusiya və xaricdə nümayiş etdirmək imkanı qazanacaqlar. 

 «Bu il biz beynəlxalq iştirakçıların coğrafiyasında rekord göstərdik — bütün 5 qitənin fotoqrafları müsabiqədə iştirak etdilər. Bu onu göstərir ki, müsabiqə Rusiya və beynəlxalq ictimaiyyət tərəfindən yaxşı qarşılanır. Biz iştirakçılara minnətdarıq və onlara uğurlar arzulayırıq», — deyə "Rossiya seqodnya" BİA-nın Fotoinformasiya birləşmiş departamentinin direktoru Aleksandr Ştol bildirib.

Müsabiqəyə işlərin təxminən 60%-i Rusiyadan təqdim olunub. 

Müsabiqənin mükafat fondu "Mənim ölkəm", "Portret. Zəmanəmizin qəhrəmanı", "Dünyanın rəngləri. Həyatın harmoniyası", "Əsas xəbərlər" və "İdman" nominasiyalarının hər birində ilk üç yer üşçün 50, 35 və 25 min Rusiya rubludur. Mükafatın xüsusi mükafatı olan "Qran-pri" münsiflər heyəti tərəfindən müəyyən olunur və 500 min rubldur. 

Andrey Stenin adına beynəlxalq fotojurnalistika müsabiqəsinin məqsədi gənc fotoqrafların dəstəklənməsi və müasir fotojurnalistikanın hədəflərinə ictimai diqqətin cəlb olunmasıdır. 

Andrey Stenin adına beynəlxalq fotojurnalistika müsabiqəsi 2016-cı ildə iri Rusiya və beynəlxalq KİV-in, informasiya agentliklərinin, fotoictimaiyyətin dəstəyi ilə keçirilir. Müsabiqənin baş informasiya tərəfdaşları bunlardır: «Россия-Культура» ümumrusiya dövlət telekanalı, KP.ru infomasiya portalı, ЖурДом və Russian Photo portalları. 

Müsabiqənin beynəlxalq informasiya tərəfdaşları bunlardır: Askanews informasiya agentliyi, Antara foto agentliyi, EFE, EBС informasiya agentlikləri,  Independent Media mediaholdinqi,  Notimex informasiya agentliyi, RT telekanalı və portalı,  The Royal Photographic Society, Shanghai United Media Group (SUMG), Xinhua informasiya agentliyi. Sahəvi informasiya tərəfdaşları qismində iştirak edirlər: Fotoqrafiya Akademiyası,  ГеоФото agentliyi, Photo-study.ru portalı, Rusiya fotojurnalistlər ittifaqı, Moskva jurnalistlər birliyi, Tələbə və gənclər KİV-in birliyi, YOung JOurnalists informasiya portalı, Vizual sənətlər məktəbi və "Uqliçdə fotoparad" festiivalı.


1