Европарламент

Avropa Parlamenti Vladimir Putinə qarşı yeni sanksiyalar tələb edir

36
(Yenilənib 12:53 09.03.2016)
Ukraynalı pilot Nadia Savçenkonun qanunsuz həbsinə görə Rusiya prezidenti Vladimir Putin və digər 28 şəxsə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.

BAKI, 9 mart —Sputnik. Avropa Parlamentinin üzvləri Rusiya prezidenti Vladimir Putinə qarşı sanksiyanın tətbiqi ilə bağlı Avropa Komissiyasına məktubla müraciət ediblər.

Sputnik "Azadlıq radiosu"na istinadən xəbər verir ki, avropalı parlamentarilər Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogerinini ukraynalı pilot Nadejda Savçenkonun qanunsuz həbsinə görə Rusya prezidenti Vladimir Putin və digər 28 şəxsə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.

Martın 8-də 57 deputatın imzaladığı müraciətdə Rusiya vətəndaşları və rusiyapərəst separatçılar, Savçenkonun qanunsuz siyasi qərarla oğurlanaraq Rusiyaya aparılması və qondarma ittihamlarla məhkəməyə cəlb edilməsində ittiham olunurlar.

Deputatlar Putinlə yanaşı, Rusiya təhlükəsizlik xidmətinin direktoru Aleksandr Bortnikov, Dövlət Dumasındakı xarici məsələlər üzə komitənin rəhbəri Aleksey Puşkov və Ukraynanın şərqindəki separatçıların lideri İgor Plotnitskini qara siyahıya salmağa çağırırlar.

Onlar Rusiya prezidenti və daha 28 nəfərə ukraynalı pilot Nadejda Savçenkonun qanunsuz saxlanılması ilə bağlı sanksiyaların tətbiq edilməsini istəyiblər.

Deputatlar rusiyalı məmurların və Ukraynanın cənub-şərqindəki Rusiyaya meylli üsyançıların N. Savçenkonun oğurlanması ilə bağlı siyasi qərarın verilməsində və ona qarşı ittihamların irəli sürülməsində məsuliyyət daşıdıqlarını bildiriblər.

57 deputatın imzaladığı məktubda Putinlə yanaşı Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovun, Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin rəhbəri Aleksey Puşkovun və özünü "Luqansk Xalq Respublikası"nın rəhbəri elan etmiş İqor Plotnitskinin adları yer alıb. Parlamentarilərin fikrincə, həmin şəxslərin Avropa İttifaqı ölkələrinin ərazisinə daxil olmasını qadağan edilməli və Avropada onlar məxsus mülkiyyəti müsadirə olunmalıdır.

36
Teqlər:
Luqansk Xalq Respublikası, Aleksey Puşkov, Rusiya Federal Təhlükəsizlik Xidməti, İgor Plotnitski, Nadia Savçenko, Federica Mogerini, Avropa PArlamenti, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Dövlət Duması, Avropa Birliyi Komissiyası, Vladimir Putin, Avropa İttifaqı
Əlaqədar
"Qərbdən sanksiyaların ləğvini xahiş etməyəcəyik"
Qərb Rusiyaya qarşı sanksiyaları yumşalda bilər, o şərtlə ki...
Putin: Türkiyəyə qarşı sanksiyalar genişləndiriləcək
Rusiyaya qarşı sanksiyaların vaxtı uzadıldı
Rusiyaya qarşı sanksiyalar daha 6 ay uzadılacaq