Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İlham Əliyev "Qazprom"un rəhbəri ilə nədən danışıb?

© Photo : Azərbaycan Prezidentinin rəsmi internet səhifəsiPrezident İlham Əliyev Rusiya Federasiyasının “Qazprom” Şirkətinin direktorlar şurasının sədri Viktor Zubkovu qəbul edib
Prezident İlham Əliyev Rusiya Federasiyasının “Qazprom” Şirkətinin direktorlar şurasının sədri Viktor Zubkovu qəbul edib - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikasının prezidenti martın 8-də Rusiya Federasiyasının "Qazprom" Şirkətinin direktorlar şurasının sədrini qəbul edib.

BAKI, 8 mart-Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 8-də Rusiya Federasiyasının "Qazprom" Şirkətinin direktorlar şurasının sədri Viktor Zubkovu qəbul edib.

Sputnik prezident.az- istinadla xəbər verir ki, görüşdə Azərbaycanla Rusiya arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, münasibətlərin bundan sonra da genişlənəcəyi əminliklə qeyd edilib.

Söhbət zamanı ölkələr arasında iqtisadi, o cümlədən energetika sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Rusiya Federasiyasının müxtəlif neft-qaz şirkətləri, eləcə də "Qazprom" arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

Görüşdə, həmçinin V. Zubkovun da iştirak edəcəyi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumunun əhəmiyyətindən danışılıb, tədbirin beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından önəmi qeyd olunub.

Xəbər lenti
0