Komiaviatrans aviaşirkətinin təyyarəsi

Rusiyanın 3 aviaşirkəti Azərbaycana uçuşlar üçün icazə alıb

51
"YuTeyr", "Taymır" və "Komiaviatrans" aviaşirkətlərinin təyyarələri Bakıya və Lənkərana uçuşlar təşkil edəcəklər.

BAKI, 1 mart-Sputnik. Rusiyanın 3 aviadaşıyıcısı iki marşrut üzrə Azərbaycana reyslərin həyata keçirilməsi üçün icazə alıb.

Sputnik Trend-ə istinadla xəbər verir ki, bu barədə məlumatı Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin saytı yayıb.

"YuTeyr" aviaşirkəti həftədə 4 dəfə olmaqla Kazan-Bakı mütəmadi sərnişin reyslərinin yerinə yetirilməsi üçün icazə alıb.

"Taymır" aviaşirkəti həftədə 1 dəfə olmaqla Kazan-Bakı uçuşlarının icrası üçün icazə alıb.

"Komiaviatrans" aviaşirkəti isə həftədə 2 dəfə olmaqla Yekaterinburq-Lənkəran marşrutu üzrə reyslərin təşkili üzrə icazə alıb.

51
Teqlər:
Yekaterinburq-Lənkəran, Kazan-Bakı, Rusiya, aviaşirkət, Komiaviatrans, Taymır, YuTeyr
Əlaqədar
Gəncə-Naxçıvan reysi üzrə təyyarə bileti bahalaşdı
AZAL təyyarə biletlərini 99 avroya endirib
Təyyarə sərnişinləri eyni ölçülü yük çantaları daşımalı olacaqlar
Tibbi maskada olan qızlar, arxiv şəkli

Koronavirusla mübarizəyə həsr olunmuş beynəlxalq fotomüsabiqə elan olunub

6
Müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

BAKI, 23 noyabr — Sputnik. Rusiyanın TASS agentliyinin təşkilatçılığı ilə "Koronavirusla mübarizəyə həsr olunmuş xəbərlər üzrə foto mükafatları" müsabiqəsi elan olunub.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

Bu, COVID-19 pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş beynəlxalq fotomüsabiqədir. Təqdim edilən fotoşəkillər yalnız pandemiya ilə əlaqəli olmalıdır. Müsabiqənin şərtlərinə görə yalnız əvvəllər mediada yayımlanan fotoşəkillər keçərlidir.

Birinci yerin qalibinə 10 min dolları veriləcək.

Ətraflı məlumat almaq və müraciət etmək üçün https://npacontest.com/ ünvanına daxil olun

6
Teqlər:
müsabiqə, COVID-19, Koronavirus
Российские миротворцы в Карабахе, фото из архива

Rusiyalı zabit Qarabağda minaya düşdü - RƏSMİ

108
(Yenilənib 19:58 23.11.2020)
Hadisə nəticəsində həmçinin 4 erməni separatçının yaralandığı və 1 azərbaycanlı zabitin həlak olduğu bildirilir. Həlak olan azərbaycanlı zabit korpus komandirinin müavini, polkovnik Babək Səmidlidir.

BAKI, 23 noyabr — Sputnik. Rusiya sülhməramlı kontingentinin zabiti Qarabağda mina partlaması nəticəsində yaralanıb. Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Məlumata əsasən, mina partlaması nəticəsində yaralanmış rusiyalı zabit Bakıya hərbi hospitala gətirilib. Onun həyatına təhlükə yoxdur.

Hadisə nəticəsində həmçinin 4 erməni separatçıının yaralandığı və 1 azərbaycanlı zabitin həlak olduğu bildirilir. Həlak olan azərbaycanlı zabit korpus komandirinin müavini, polkovnik Babək Səmidlidir.

İnsident Tərtərin Suqovuşan kəndi ərazisində baş verib.

108
Teqlər:
hərbi hospital, polkovnik, zabit, mina
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində

Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını ucaldıb - VİDEO

17
(Yenilənib 21:04 23.11.2020)
Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.

Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

Ağdam rayonu Ermənistan silahlı qüvvələri tərəfindən noyabrın 20-də üçtərəfli bəyanatın şərtlərinə əsasən azad edilib.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 9-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

17
Teqlər:
Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Cümə məscidi, Üçtərəfli bəyanat, Azərbaycan bayrağı, Ağdamın azad olunması