Dmitri Medvedyev - Rusiyanın baş naziri

"Qərbdən sanksiyaların ləğvini xahiş etməyəcəyik"

448
Dmitri Medvedev: "Bu sanksiyalar Rusiyaya güclü təsir göstərməyib. İnkişaf edirik, sağıq və sağ qalacağıq. Rusiyanın siyasi mövqeyini dəyişə bilməyiblər"

BAKI, 15 fev — Sputnik. "Rusiya Qərbdən sanksiyaların ləğv olunmasını xahiş etməyəcək". APA-nın məlumatına görə, bunu Rusiya baş naziri Dmitri Medvedev "Time" jurnalına müsahibəsində deyib.

O bildirib ki, Qərb dövlətləri özləri sanksiyaları dayandıracaq: "Özləri gəlib deyəcəklər ki, bütün bunlara son qoyaq, çünki bundan heç kim qazanmayıb, əksinə hamıya pis təsir edir".

D. Medvedev əlavə edib ki, bu sanksiyalar Rusiyaya güclü təsir göstərməyib: "İnkişaf edirik, sağıq və sağ qalacağıq. Rusiyanın siyasi mövqeyini dəyişə bilməyiblər".

448
Teqlər:
Qərb dövlətləri, Dmitri Medvedev, Qərbdən sanksiyalar, Rusiya
Əlaqədar
Qərb Rusiyaya qarşı sanksiyaları yumşalda bilər, o şərtlə ki...
Vladimir Putin: Rusiya iqtisadiyyatından fəlakət gözləməyin
Rusiya Türkiyəyə güzəştli qaz satışını dayandırdı
BMT: Rusiya iqtisadi böhrana sürüklənir