Rusya Devlet Başkanı Vladimir Putin Federal Meclis'e hitap ediyor.

Rusiya prezidenti: NATO-nu genişləndirmək Qərbin ən böyük səhvidir

393
Vladimir Putin NATO sərhədlərinin Şərqə tərəf genişləndirilməsi və qlobal Hava Hücumundan Müdafiə Sisteminin yaradılmasını Qərbin ən böyük səhvi adlandırıb.

BAKI, 11 yan-Sputnik. "NATO sərhədlərinin Şərqə tərəf genişləndirilməsi və qlobal Hava Hücumundan Müdafiə Sisteminin yaradılması Qərbin ən böyük səhvidir".

Sputnik APA-ya istinadla xəbər verir ki, bunu Almaniyanın "Bild" nəşrinə müsahibəsində Rusiya prezidenti Vladimir Putin bildirib.

"Biz hər şeyi düzgün etmədik. 25 il bundan öncə Berlin divarı dağılsa da, Avropanın parçalanmasının qarşı alınmadı, görünməyən divarlar isə sadəcə şərqə tərəf çəkildi" — deyə o qeyd edib.

Rusiya prezidentinin fikrincə, bu, gələcəkdə qarşılıqlı ittihamlar, anlaşılmazlıqlar və böhranlar üçün zəmin yaradıb: "Berlin divarı söküləndən sonra NATO-nun Şərqə doğru genişlənməyəcəyini deyirdilər. Lakin NATO-nun infrastrukturu şərqdə inkişaf etməyə başladı və nəticədə genişlənmə baş verdi".

393
Teqlər:
Berlin, NATO, prezident, Rusiya prezidenti Vladimir Putin, Rusiya, Vladimir Putin, Bild
Əlaqədar
NATO-da 29-cu ölkə
Yusuf Çınar: Deyəsən Putin Türkiyənin NATO üzvü olduğunu unudub
Elmar Məmmədyarov NATO-nun toplantısına qatılacaq
NATO-dan qorxu dolu bəyanat
NATO-dan Rusiyaya gecikmiş çağırış
Rusiyada koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital, arxiv şəkli

Rusiyada bir gündə 500-dən çox adam koronavirusdan öldü

9
(Yenilənib 15:15 25.11.2020)
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2162503-ə çatıb. Rusiyada pandemiya yayılandan 37538 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1660419-a çatıb.

BAKI, 25 noyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 23 675 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 507 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2162503-ə çatıb. Rusiyada pandemiya yayılandan 37538 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1660419-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 59,8 milyonu keçib, 1,41 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

9
Teqlər:
ÜST, korona virusu, Koronavirus, epidemiya, COVID-19, Rusiya
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

Ərdoğan Qarabağa görə Putinə zəng vurdu

68
(Yenilənib 09:58 25.11.2020)
Həmçinin Türkiyə Prezidenti Ermənistan tərəfinin razılaşmada göstərilən məsuliyyətlərindən yayınmasına izn verilməməsinin vacibliyini də qeyd edib.

BAKI, 24 noyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə zəng vurub.

Sputnik Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, iki ölkənin liderləri Türkiyə ilə Rusiya arasında ticari həcmin artırılması, Dağlıq Qarabağ, Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər.

Ərdoğan Dağlıq Qarabağda Türkiyənin Rusiya ilə birlikdə quracağı Müştərək Mərkəzin qısa zamanda fəaliyyətə başlamasını gözlədiklərini vurğulayıb.

Həmçinin Türkiyə Prezidenti Ermənistan tərəfinin razılaşmada göstərilən məsuliyyətlərindən yayınmasına izn verilməməsinin vacibliyini də qeyd edib.  

Ərdoğan Minsk qrupu həmsədrlərinin sülh üçün atılan addımları tənqid etmələrini anlamadığını da dilə gətirib.   

68
Teqlər:
telefon zəngi, Vladimir Putin, Rəcəb Tayyip Ərdoğan, Azərbaycan, Rusiya, Türkiyə, Qarabağ
Kənd məktəbi, arxiv şəkli

Ucqar kəndlərdə məktəblərin azkomplektli formada fəaliyyətinə yol veriləcək

0
(Yenilənib 08:09 26.11.2020)
Bu, Prezident İlham Əliyevin dünən təsdiqlədiyi "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanunda əksini tapıb.

BAKI, 25 noyabr — Sputnik. Ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol veriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin dünən təsdiqlədiyi "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanunda əksini tapıb.

Qanuna əsasən, şagirdlərin sayı az olan ibtidai siniflərdən komplekt siniflər təşkil olunacaq.

0
Teqlər:
ümumtəhsil məktəbləri, "Təhsil haqqında" Qanun, Prezident İlham Əliyev, məktəb