Pxenyan

Rusiyada hidrogen bombası həyəcanı

211
(Yenilənib 19:12 06.01.2016)
Vladimir Putin Pxenyanın hidrogen bombasını sınaqdan keçirməsi barədə məlumatın dəqiqliyini yoxlamaq barədə göstəriş verib.

BAKI, 6 yan-Sputnik. Şimali Koreyanın bu gün səhər  ilk dəfə hidrogen bombasını sınaqdan keçirməsi ilə bağlı verdiyi açıqlamaya Rusiya da ciddi təpki göstərib.  Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Şimali Koreyanın həmləsinin beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının qərarlarının əleyhinə olduğunu, Kremlin, Rusiya prezidenti Vladimir Putinin mütəxəssisələrə məsələ ilə bağlı araşdırmalar üçün təlimat verdiyini açıqlayıb.

Mariya Zaxarova  deyib ki, Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsi ilə bağlı xəbərlər təsdiqlənsə, bu, Pxenyanın nüvə silahlarını artırma yolunda atdığı yeni bir addım mənasını daşıyır. Bu da beynəlxalq hüquq və BMT TŞ-nin qərarının kobud şəkildə pozulması deməkdir.

"İstər sınaqdan keçirilmiş olsun, ya da olmasın, yüksək  hərbi və siyasi cəbhələşmə potensialını reallaşdıra biləcək hər hansı davranış Koreya yarımadasındakı gərginliyi ciddi surətdə artıra bilər" — deyən Zaxarova tərəflərə səbrli olmağı tövsiyə edib. "Bu mərhələdə bütün maraqlı tərəfləri ən yüksək səviyyədə təmkinli olmağa və Asiyanın cənub-şərqində nəzarətdən kənarda qalacaq bir böhrana yol açacaq addımlardan qaçmağa çağırırıq. Altıtərəfli görüşlər çərçivəsində Koreya yarmadasındakı problemlərin aradan qaldırılmasında və regionda sülh və təhlükəsizliyin təmin olunması məsələsində etibarlı bir sistemin qurulması üçün sürətli bir şəkildə dialoq təşkil etməyin tərəfdarı olduğumuzu bir daha qeyd edirik."

Kremlin mətbuat katibi Dmitri Peskov da deyib ki, Şimali Koreyanın hidrogen bombasından istifadə etdiyinə dair xəbərlər Rusiyanı kifayət qədər narahat edir: "Pxenyanın hidrogen bombasını sınaqdan keçirdiyinə dair  xəbərlər Moskvanı həddindən artıq narahat edir."

Peskov həmçinin bildirib ki, "Rusiya prezidenti Vladimir Putin, xəbərlər təsdiqlənəcəyi təqdirdə mütəxəssislərə məsələni araşdırmaları və seysmoloji stansiya ölçülərinin göstəriciləri də daxil olmaqla bütün stansiyalarındakı məlumatları diqqətli şəkildə təhlil etmək istiqamətində təlimat verib".

Digər tərəfdən Rusiya Federaiya Şurasının xarici əlaqələr komitəsinin sədri Konstantin Kosaçev hidrogen bombasının sınaqdan keçirilməsinin  BMT TŞ tərəfindən qəbul edilən Nüvə Sınaqlarının Qadağan Olunması üzrə Müqaviləyə (CTBT) zidd olduğunu və Rusiyanın təhlükəsizliyinə ciddi surətdə təsir edəcəyini deyib.

Rusiyanın bu addımı qulaqardına vurmayacağını qeyd edən Kosaçev, özünün Facebook səhifəsində verdiyi açıqlamada, "Şimali Koreyanın Rusiya ilə sərhəddi var. Pxenyanla Vladivostok şəhəri arasındakı məsafə 700 kilometrdən azdır. Bu səbəbdən Şimali Koreya Demokratik Xalq Respublikasının bu bölgədəki fəaliyyətləri Rusiyanın milli təhlükəsizliyinə ciddi şəkildə təsir göstərəcək" — deyib.

BMT TŞ-nın qərarlarının tətbiq olunması üçün Rusiyanın əlindən gəldiyini etdiyini vurğulayan Kosaçev, "ancaq müzakirə mövzusu "xırmanda yabalaşmaq" olduğunda, ikili standart tətbiq olunmamalıdır" deyə bildirib.

Digər tərəfdən Rusiyanın beynəlxalq təşkilatların Vyana ofisindəki daimi nümayəndəsi Vladimir Voronkov, Rusiyanın Şimali Koreyanın hidrogen  bombasını sınaqdan keçirməsini qınadığını və bunu beynəlxalq hüququn pozulması kimi qəbul etdiklərini bildirib.

Sputnik-ə açıqlama verən Voronkov "Rusiya bu cür sınaqları qınayır. Bu həm də beynəlxalq hüququ açıq-aydın pozmaq deməkdir" — deyib.

Bu arada Rusiya Federasiya Şurasının Müdafiə və təhlükəsizlik Komitəsinin sədr müavini Frants Klintseviç isə deyib: Hidrogen bombasının sınaqdan keçirilməsinə dair xəbərlər doğrudursa, bu, Koreya yarımadasındakı və bütün dünyadakı vəziyyəti ciddi mənada ağırlaşdıracaq.  Bütün dünya BMT TŞ-nin nəzarəti altında beynəlxalq təhlükəsizlik məsələsinə yeni bir baxış ortaya qoymağa istiqamətlənməlidir. Bu vəziyyət qlobal təhlükəsizliyin təmin olunması üçün başda Rusiya və ABŞ olmaqla lider ölkələrin üzərinə düşən məsuliyyəti artırır. Bəlkə də dünya yeni bir təhlükə ilə qarşı-qarşıyadır. Buna zəruri reaksiya verilməlidir."

Rusiya Strateji Raket Qoşunları Baş Qərargahının sabiq rəisi, general-polkovnik Viktor Yesin isə deyib ki, Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsi xəbərləri ilə bağlı təşviş bu ölkənin nə edəcəyi bəlli olmayan rejimə görədir.

"Cənubi Koreya və Yaponiya ilə münasibətlər gərginləşsə, Pxenyan rejimi nüvə silahını tətbiq edə bilər. Bu, isə çox böyük qorxu yaradır" — deyə Yesin əlavə edib.

211
Teqlər:
Viktor Yesin, Rusiya Federasiya Şurasının Müdafiə və təhlükəsizlik Komitəsinin sədr müavini Frants Klintseviç, Şimali Koreya Demokratik Xalq Respublikası, BMT Təhlükəsizlik Şurası, BMT, Vyana, Vladimir Voronkov, facebook, bomba, Nüvə Sınaqlarının Qadağan Olunması üzrə Müqavilə, hidrogen, Konstantin Kosaçev, Yaponiya, Şimali Koreya, Prezident, prezident, Rusiya, Vladimir Putin, Moskva, Dmitri Peskov, Mariya Zaxarova, Pxenyan
Əlaqədar
Şimali Koreyadan dünyanı heyrətə salan növbəti addım
Şimali Koreya hidrogen bombasına malikdir
Şimali Koreya Cənubi Koreyaya dostluq əlini uzadıb
BMT baş katibi ilk dəfə olaraq Şimali Koreyaya səfər edəcək
Koreya yarımadasında sülh danışıqları aparılır
Şimali Dakotada qitələrarası ballistik raketlərin idarəetmə obyekti, arxiv şəkli

Co Bayden gəlsə, Strateji Hücum Silahları Haqqında Müqaviləni uzadacaqlar

10
(Yenilənib 23:19 20.10.2020)
Kremldən ABŞ-ın SHS-3 müqaviləsi ilə əlaqədar bəyanatını şərh edərkən bildiriblər ki, Moskva Vaşinqtonla strateji sabitliklə bağlı təmaslarını davam etdirir. Amerikaşünas Konstantin Bloxin Sputnik radiosunun efirindən bu məsələ barədə öz fikirlərini səsləndirib.

BAKI, 20 oktyabr — Sputnik. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Vaşinqton Vladimir Putinin SHS-3-ün (Strateji Hücum Silahları Haqqında Müqavilənin) daha bir il uzadılması təklifindən imtina etsə də, Moskva hər bir halda Amerika tərəfi ilə təmasların davam edəcəyinə ümid bağlayır.

Qeyd edək ki, bir qədər bundan əvvəl Ağ Ev Putinin mövcud müqavilənin yeni şərt irəli sürülmədən daha bir il uzadılması təklifini rədd edib.

"Biz ümid edirik ki, istənilən halda Amerika tərəfi ilə təmaslar davam edəcək. Ümumilikdə, əlbəttə ki, Prezidentin də qeyd etdiyi kimi, müqavilənin uzadılması bizə vaxt qazandıra bilərdi. Qazanacağımız bu əlavə 12 ay ərzində silahlanmaya nəzarət məsələsi ilə bağlı substantiv və ciddi danışıqlar aparmaq mümkün idi", – deyə Peskov bildirib.

O, bütün dünyanı qlobal sabitlik və təhlükəsizliyin bu "məhək daşı"ndan məhrum etməyin çox fəlakətli nəticələrə gətirib çıxaracağını da vurğulayıb.

"Buna görə də biz hər bir halda Amerika tərəfinin bu sənədin müddətini uzatmağa hazır olduğunu eşitmək istərdik ", – deyə Prezidentin mətbuat katibi qeyd edib.

Onun sözlərinə görə, hələlik bu sahədə gözlənilən inkişaf müşahidə olunmur, ancaq bu heç də o demək deyil ki, "təmasları tamamilə dayandırmaq lazımdır".

Rusiya Elmlər Akademiyası Təhlükəsizlik Araşdırmaları Mərkəzinin aparıcı tədqiqatçısı, amerikaşünas, politoloq Konstantin Bloxin Sputnik radiosu-nun efirində bildirib ki, müqavilənin taleyi daha çox ABŞ-da bu yaxınlarda keçiriləcək prezident seçkisində kimin qalib gələcəyindən asılıdır.

"Əvvəla, Respublikaçılar Partiyasının namizədi Donald Tramp Çinə nifrət edir və SHS-3-ü birbaşa Çinlə əlaqələndirir. İkincisi, ənənəvi olaraq Respublikaçılar Partiyası silahlanma üzərində nəzarəti dağıtmaq istəyir. Xatırladıram ki, Corc Buş (oğul) administrasiyası dövründə amerikalılar Anti-Ballistik Raket Sistemi (ABM) Müqaviləsindən, Tramp özü isə Orta və Qısa Mənzilli Raketlər və Açıq Səma müqavilələrindən imtina edib. Odur ki, Tramp seçkilərdə qalib gəlsə, ABŞ-ın SHS-3-dən çəkilmə ehtimalı olduqca yüksəkdir", – deyə Konstantin Bloxin bildirib.

Əgər Demokrat Partiyasının namizədi Cozef Bayden qalib gələrsə, o halda ekspertin fikrincə, müqavilənin uzadılması ehtimalı var.

"Ənənəvi olaraq, Demokrat Partiyası ruslarla strateji sabitlik mövzusunda danışıqlar aparmağın tərəfdarıdır. Xatırladım ki, mövcud müqavilənin müddətini Medvedev administrasiyası ilə Obama administrasiyası uzatmışdı. Ancaq kim qalib gəlirsə-gəlsin, bir neçə ayda yeni bir müqavilə bağlamaq, demək olar ki, mümkün deyil. Buna görə də mövcud müqavilənin müddətini ən azı bir il uzatmaq lazımdır ki, həmin dövrdə yenisi qəbul olunsun", – deyə ekspert bildirib.

Qeyd edək ki, SHS-3 silahlanmanın məhdudlaşdırılması ilə bağlı Rusiya və ABŞ arasında qüvvədə olan yeganə müqavilədir. 5 fevral 2011-ci ildə qüvvəyə minmiş müqavilənin müddəti 5 fevral 2021-ci il tarixində başa çatacaq. Əgər müqavilə yenilənməsə, artıq dünyada bu iki böyük nüvə gücünün silah arsenallarını məhdudlaşdıran heç bir sənəd mövcud olmayacaq.

10
Vaşinqtonda Rusiya səfirliyi, arxiv şəkli

Rusiya səfirliyi ABŞ-ın ittihamlarını rədd edib

19
(Yenilənib 23:09 20.10.2020)
"Aydın məsələdir ki, bu cür xəbərlərin reallıqla heç bir əlaqəsi yoxdur və yalnız Amerika cəmiyyətində rus fobiyasını gücləndirməyə, "ifritə ovu", "casus maniyası" adı altından təqiblərə başlamağa haqq qazandırmağa xidmət edir".

BAKI, 20 oktyabr — Sputnik. Rusiyanın Vaşinqtondakı səfirliyi ABŞ-ın Rusiya vətəndaşlarına qarşı irəli sürdüyü bütün dünyada hakerlik fəaliyyəti və sabitliyi pozmaqla bağlı ittihamlarına qəti şəkildə öz etirazını bildirib.

Xatırladaq ki, bir qədər əvvəl ABŞ Ədliyyə Nazirliyi və Federal Təhqiqatlar Bürosu digər ölkələrin infrastrukturuna zərər vermək məqsədilə bir sıra kiberhücumlarda və zərərli proqramların yayılmasında iştirak etdiyi iddia olunan altı Rusiya vətəndaşına qarşı ittiham irəli sürmüşdü. Onlar, xüsusilə, 2017-ci ildə "NotPetya" virusunun yayılmasında günahlandırılırdı. Bu şəxslərin Rusiya Kəşfiyyat Baş İdarəsinin əməkdaşları olduğu və Cənubi Koreyada keçirilən olimpiada oyunları zamanı kiberhücumlar təşkil etdikləri də iddia olunur. Təxminən eyni vaxtda İngiltərə də bəyan etmişdi ki, Rusiya kəşfiyyatı təxirə salınmadan əvvəl Tokio Olimpiya Oyunlarının təşkilatçılarına qarşı da kiberhücum planlaşdırırmış.

"Aydın məsələdir ki, bu cür xəbərlərin reallıqla heç bir əlaqəsi yoxdur və yalnız Amerika cəmiyyətində rus fobiyasını gücləndirməyə, "ifritə ovu ", "casus maniyası" adı altından təqiblərə başlamağa haqq qazandırmağa xidmət edir. Bütün bunlar artıq bir neçə ildir ki, Vaşinqtonun siyasi həyatının xüsusiyyətinə çevrilib. ABŞ səlahiyyətliləri bir zamanlar praqmatik xarakter daşıyan Rusiya-Amerika münasibətlərini davamlı olaraq məhv edir və əhali arasında süni şəkildə Rusiya və onunla əlaqəli hər şey haqqında pis təsəvvür formalaşdırır", – deyə səfirlik nümayəndəsi bildirib.

Diplomat onu da əlavə edib ki, Rusiyanın heç vaxt bütün dünyada stabilliyi pozmaq kimi niyyəti olmayıb, olmayacaq da.

"Bu, bizim xarici siyasətimizə, milli maraqlarımıza, eyni zamanda, dövlətlərarası münasibətlərin qurulması prinsiplərinə uyğun deyil", – deyə o əlavə edib.

Xarici İşlər Nazirliyindəki mənbədən bildirilib ki, ABŞ və Böyük Britaniyanın müxtəlif hücumlarda, o cümlədən, Tokio Olimpiadasının təşkilatçılarına qarşı kiberhücumlarda Rusiya hakerlərinin iştirakı ilə bağlı ittihamları tamamilə əsassızdır və daxili auditoriyaya yönəlib.

19
Elektrik yarımstansiyası, arxiv şəkli

Azərbaycanda yeni istilik elektrik stansiyalarının tikilməsinə ehtiyac yaranıb

0
(Yenilənib 00:22 21.10.2020)
"Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

BAKI, 21 oktyabr — Sputnik. "Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVt·st təşkil edib.

P.Şahbazov bildirib ki, qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir:

"2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırılır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan "Şimal-2" elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə "Qobu" elektrik stansiyası hesabına əldə ediləcək".

Nazirin fikrincə, həmçinin bu prosesdə "Azərenerji" ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək: "Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var".

0