TIR

Rusiya İŞİD-in neft qaçaqmalçılığının marşrutunu açıqladı

152
(Yenilənib 17:53 25.12.2015)
Sergey Rudskoy: Suriyada terrorçular tərəfindən oğurlanan neft İraqa, oradan da Türkiyəyə aparılır.

BAKI, 25 dek-Sputnik. Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Suriyadan terrorçuların neft qaçaqmalçılığının yeni marşrutunu açıqlayıb.

Sputnik-in məlumatına görə, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi general-leytenant Sergey Rudskoy bu gün keçirdiyi brifinqdə İŞİD-çilərin nefti oğurlayaraq Türkiyəyə qaçırdığını deyib:

"Suriyada terrorçular tərəfindən oğurlanan neft İraqa, oradan isə Türkiyəyə aparılır."

Rudskoy Rusiya aviasiyasının zərbələrindən yayınmağa cəhd edən terrorçuların neft qaçaqmalçılığının hərəkət marşrutunu dəyişdiyini açıqlayıb.

Onun sözlərinə görə, neftlə dolu avtomobillər İŞİD-in nəzarətində olan Deyr-Ez-Zor əyalətindən keçərək sərhədyanı yaşayış məntəqələri olan Quna və Tell-Sfuk vasitəsi ilə İraqın Mosul və Zako bölgələri istiqamətində hərəkət edir.

152
Teqlər:
Zako, Tell-Sfuk, Quna, Deyr-Ez-Zor, Sergey Rudskoy, Rusiya Silahlı Qüvvələri, Mosul, İraq, Rusiya, Türkiyə, İŞİD
Əlaqədar
İŞİD-in tərkibində döyüşən dağıstanlıların sayı açıqlandı
Rusiya Bakıya getmək adı ilə İŞİD-ə qoşulan cütlüyü axtarır
İŞİD-in itirdiyi ərazilərin xəritəsi yayınlanıb
Türkiyəyə daşınan neft İŞİD-dən yox, Şimali Kürdüstandan alınır
Kreml Ərdoğanın İŞİD-dən neft almasına aydınlıq gətirdi
Sputnik V peyvəndi, arxiv şəkli

"Rusiya pul dalınca qaçmır": Avropada "Sputnik-V" peyvəndinin müdafiəsinə qalxdılar

13
(Yenilənib 17:59 18.01.2021)
Qərb "hekayəçiləri" illərdir Rusiyanın elm sahəsindəki inkişafını inkar etdiklərindən, indi bu ölkənin peyvənd yaratdığını eşidəndə təəccüblənirlər.

BAKI, 18 yanvar — Radio Sputnik. Rusiya koronavirus pandemiyasının qarşısını almağa qadir dərman hazırlayıb; "Monde diplomatique" fransız qəzetinin ispan nəşrinin yazdığına görə, Qərbdə rus elmi ilə bağlı cəhalət hökm sürür.

"Qərbin "Sputnik-V" peyvəndinin yaradılmasına laqeyd və şübhəli yanaşması Rusiyanın elmi ənənələri haqqında məlumatsızlıqdan irəli gəlir. "Dil, mədəni və siyasi fərqliliklərdən qaynaqlanan bu cəhalət Rusiyadakı təşəbbüslərə şübhə ilə yanaşır", – deyə jurnalist vurğulayır.

O qeyd edib ki, preparatın işlənib-hazırlanması Rusiyadakı elmi axtarışların bütöv bir tarixi elmi inkişaf zəncirinin nəticəsidir. Jurnalistin sözlərinə görə, Qərb "hekayəçiləri" illərdir Rusiyanın elm sahəsindəki inkişafını inkar etdiklərindən, indi bu ölkənin peyvənd yaratdığını eşidəndə təəccüblənirlər.

"ABŞ və Avropa Şurası kimi əczaçılıq laboratoriyalarının öz dərmanlarına astronomik qiymətlər qoyduğu ölkələrdən fərqli olaraq, Rusiya pul dalınca qaçmır", – deyə Federiko Kusko qeyd edir.

Onun sözlərinə görə, hazırda müxtəlif ölkələrdə "Sputnik-V" ilə bağlı geniş yayılmış bu cür şübhələr 50 ildən sonra heç kimin yadına düşməyəcək.

13
Xankəndi şəhərinə mənzərə, arxiv şəkli

Ermənistan rəsmilərinin Qarabağda siyasiləşmiş bəyanatları gərginlik yaradır

15
(Yenilənib 16:29 18.01.2021)
"Ona görə də biz indi Azərbaycan və Ermənistan rəhbərliyi arasında əlaqənin yaranmasına, inam atmosferinin yaranmasına xüsusi önəm veririk".

BAKI, 18 yanvar — Sputnik. "Ermənistan rəsmilərinin Qarabağda siyasiləşmiş bəyanatları gərginlik yaradır. Məncə, bundan qaçmaq daha yaxşı olardı". Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov 2020-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

"Biz artıq 44 günlük müharibədən öncə Qarabağdan və ya Qarabağla bağlı verilən emosional bəyanatlara şahid olmuşuq: "Yeni müharibə - yeni ərazilər". Bilirsiniz necə? Söz material gücə çevrilir. Bu halda müxtəlif tərəflərdən sözlər neqativ material gücə çevrildilər. Ona görə də biz indi Azərbaycan və Ermənistan rəhbərliyi arasında əlaqənin yaranmasına, inam atmosferinin yaranmasına xüsusi önəm veririk. Mən ümid edirəm ki, emosiyalar ikinci plana keçiriləcək", - deyə Lavov qeyd edib.

15
Uşaqlar, arxiv şəkli

İnsan alverinin hər üç qurbanından biri uşaqdır

0
(Yenilənib 17:58 18.01.2021)
Videoçarxı izləməklə insan alveri cinayətindən zərər çəkmiş şəxslərə yardım məqsədilə fəaliyyət göstərən "qaynar xətt", dünyada insan alverindən gələn gəlirin məbləği və digər detallar barədə məlumatları əldə etmək olar.

BAKI, 18 yanvar — Sputnik. İnsan alveri insan hüquqlarının ciddi pozuntusu və cinayətin ağır formalarından biridir. Həm milli, həm də transmilli cinayət xarakteri daşıyan "insan alveri" istismar məqsədilə insanların cəlb edilməsi, daşınması, hədələyərək, güc tətbiq edərək qorxudulması, oğurlanması, aldadılması kimi üsullarla insana qarşı zorakılıq kimi başa düşülür.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, aşkar olunan qurbanlar arasında uşaqların faiz nisbəti artmaqdadır: hər üç qurbandan biri uşaqdır.

İnsan alverinə qarşı mübarizə məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən maarifləndirici videoçarx hazırlanıb.

Videoçarxı izləməklə insan alveri cinayətindən zərər çəkmiş şəxslərə yardım məqsədilə fəaliyyət göstərən "Qaynar xətt", dünyada insan alverindən gələn gəlirin məbləği və digər detallar barədə məlumatları əldə etmək olar.

https://www.facebook.com/prokurorluq/videos/118373910083559

0