Пожар

Psixonevroloji dispanserdə dəhşətli yanğın: ölənlərin sayı 23-ə çatıb

70
İlkin versiyaya görə, yanğına səbəb elektrik avadanlığındakı nasazlıq olub.

BAKI.13 dek-Sputnik. Rusiyanın Voronej vilayətində psixonevroloji dispanserdə baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 23-ə çatıb. 

Sputnik Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzinə istinadən xəbər verir ki, ölənlərin əksəriyyəti, əsasən, yataq xəstələri olub.

Yanğın zamanı tibbi personalın xəsarət almadığı qeyd olunur: "Tibbi personaldan 4 nəfər xilas olub. Onlar 55 xəstənin binadan çıxarılmasına kömək ediblər".

Alfyorovka kəndindəki Psixonevroloji İnternatın binası tamamilə yanıb. Xəsarət alanların xəstəxanalarda olduğu bildirilir.

İlkin versiyaya görə, yanğına səbəb elektrik avadanlığındakı nasazlıq olub.

İnsidentlə əlaqədar Rusiya İstintaq Komitəsi araşdırmalara başlayıb.

70
Teqlər:
Rusiya, Fövqəladə Hallar Nazirliyi, Rusiya Fövqəladə Hallar Nazirliyi, Rusiya İstintaq Komitəsi, Voronej, Alfyorovka
Rusiya Dövlət Dumasına seçkilər (2021)

Rusiya Dövlət Dumasına seçkilərlə bağlı MSK iclas keçirdi

305
(Yenilənib 16:00 24.09.2021)
Dumanın aşağı palatasına birmandatlı seçki dairələri üzrə namizədliyini özü irəli sürən 5 şəxs seçilib.

BAKI, 24 sentyabr — Sputnik. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası cümə günü, sentyabrın 24-də keçirdiyi iclasda Dövlət Dumasına seçkilərin baş tutmuş və etibarlı olması barədə protokol qəbul edib. 

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova Dövlət Dumasına keçirilən seçkilərin nəticələrini, mandatların yekun bölgüsünü açıqlayıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Protokolun 100 faizlik emalından sonra federal dairə üzrə Rusiya Dövlət Dumasına beş partiyadan namizədlər seçilib: Vahid Rusiya Partiyası 324 mandat, Rusiya Federasiyası Kommunist Partiyası (KPRF) - 57, Ədalətli Rusiya - həqiqət uğrunda - 27, Rusiyanın Liberal Demokrat Partiyası (LDPR) 21, Yeni insanlar Partiyası -13 mandat qazanıb.

Dumanın aşağı palatasına birmandatlı seçki dairələri üzrə namizədliyini özü irəli sürən 5 şəxs seçilib.

Qeyd edək ki, Rusiya Dövlət Dumasına və 9 subyektin icra orqanlarına seçkilər 17-19 sentyabrda keçirilib. Seçkilərdə seçici fəallığı 51,72 faiz olub.

Moskvada və altı subyektdə - Kursk, Nijeqorod, Yaroslav, Murmansk, Rostov və Sevastopolda distansion elektron səsvermə təşkil olunub.

Eləcə də oxuyun:

305
Teqlər:
Rusiya, Dövlət Duması, seçki, iclas, protokol
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin

İlham Əliyev Putin barədə: "Bizim məqsədlərimiz tamamilə üst-üstə düşür"

200
Azərbaycan Prezidenti İlham Əliyev "Nasionalnaya oborona" jurnalına eksklüziv müsahibəsində həm rusiyalı həmkarı ilə bağlı fikirlərini açıqlayıb, həm də Rusiya xalqına mesaj göndərib.

BAKI, 24 sentyabr — Sputnik. Münasibətlərimizin inkişafına bu cür ton və istiqamət verən Prezident Putin ilə bizik. Son illərdə çox dinamik inkişaf etmiş və yenə inkişaf etməkdə olan bu münasibətlər keyfiyyətcə tamamilə yeni səviyyəyə çatıb. İndi biz bu səviyyəni daha da yüksəltmək üzərində işləyirik. Doğrudur, biz yüksək səviyyəyə çatmışıq, lakin bununla belə, bu gün münasibətlərimizi həm keyfiyyətinə, həm formasına, həm də müxtəlifliyinə görə daha yüksək səviyyəyə çatdırmaq üçün fəal iş gedir. Rusiya Prezidenti ilə bizi çox böyük etimada əsaslanan münasibətlər bağlayır. Siyasətçilər arasında, xüsusən qonşu ölkələrin siyasətçiləri arasında bir-birinə bu cür etimadın olması çox vacibdir. Bizim aramızda məhz bu cür münasibətlər mövcuddur. Bir də, əlbəttə, dərin qarşılıqlı hörmət hissi. Bizim məqsədlərimiz tamamilə üst-üstə düşür.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Nasionalnaya oborona" jurnalına eksklüziv müsahibəsində bildirib.

"Fürsətdən istifadə edib, rusiyalı oxuculara müraciət etmək istərdim ki, onlar Azərbaycan haqqında daha çox bilsinlər, bu ölkənin reallıqlarını, bizim dövlətlərarası münasibətlərin mahiyyətini və xarakterini daha düzgün başa düşsünlər. Bu münasibətlər dostluğa, mehriban qonşuluğa, qarşılıqlı maraqlara, qarşılıqlı dəstəyə əsaslanır və mən həm müharibə dövründə, həm də müharibədən sonra Rusiyadan çoxlu sayda məktub və teleqram alırdım və indiyə qədər alıram. Bunlar dəstək məktubları, təbriklərdir, müəyyən səbəblər üzündən Rusiyaya köçüb getmiş bəzi keçmiş bakılılar da yazır, burada heç vaxt olmayanlar da. Onlar müharibə dövründə bizim ölkəmizə daha müsbət münasibət bəsləməyə başlayıblar", - deyə İlham Əliyev bildirib.

Prezident İlham Əliyev Azərbaycan – Rusiya ikitərəfli münasibətlərin inkişafı məsələsindən də danışıb: "İkitərəfli münasibətlərin bundan sonrakı inkişafı məsələsinə gəldikdə isə, bizdə hər şey müəyyəndir, hazırda artıq iqtisadi, nəqliyyat, enerji, humanitar istiqamətlərə aid altı yol xəritəsi üzrə işləyirik. İndi biz gənclərin mübadiləsi ilə bağlı məsələlər üzərində fəal işləyirik, estafeti vermək üçün yox, bu hələ tezdir, amma hər halda siqnal vermək üçün Rusiya-Azərbaycan Gənclər Forumu keçirməyi planlaşdırırdıq, pandemiya buna bir qədər mane oldu. Ona görə ki, bilirsiniz, vaxt sürətlə keçir, yeni nəsil yetişib, onlar bir-birini bizim bir-birimizi tanıdığımız dərəcədə tanımırlar. Buna görə Azərbaycan və Rusiya vətəndaşlarının gənc nəslinin dostluq və həmrəylik ruhunda böyüməsi vacibdir. Çünki bu, həm bizim üçün, həm də Rusiya üçün böyük dəyərdir, ona görə ki, biz qonşu dövlətlərik.

Qonşular arasında münasibətlər heç də həmişə bizim aramızdakı münasibətlər kimi olmur. Əlbəttə, təvazökarlıqdan uzaq görünsə də deməliyəm ki, bu, ilk növbədə, iki ölkənin prezidentlərinin, onların komandalarının bütün başqa üzvlərinin və ictimaiyyətin xidmətidir. Bir nümunə göstərim: pandemiyadan əvvəlki son ildə Azərbaycana təqribən 1 milyon rusiyalı gəlib. Qısa müddətdə praktiki olaraq iki dəfə artmış bu göstərici komfortluq göstəricisidir. Ona görə ki, insanlar özlərini komfort, öz evindəki kimi hiss etdikləri yerlərə gedirlər. Bir də ki, Azərbaycanda Rusiyaya münasibət həmişə müsbət olub və belə də qalmaqda davam edir".

Prezident qeyd edib ki, Qarabağ regionunda rusiyalı sülhməramlılarının olması nəzərə alınmaqla qarşılıqlı fəaliyyət daha sıx, əlaqələr daha fəal olub: "Təbii ki, bu mövzu da daim gündəmdədir və deməliyəm ki, təqribən bir il tamamilə adi ştat rejimində, asayişin pozulması halları olmadan, əksinə, tam qarşılıqlı anlaşma, qarşılıqlı fəaliyyət şəraitində keçib. Biz rusiyalı sülhməramlıların vəziyyətin sabitləşməsi üzrə fəaliyyətini yüksək qiymətləndiririk. Bu, sabitlik üçün mühüm amildir. Əlbəttə, ümid edirik ki, ermənilərlə azərbaycanlılar arasında bir növ barışıq prosesi də gedəcək. Biz də qonşularıq və bir-birimizin yanından heç yerə getməyəcəyik. Ona görə bu reallıqları düzgün qəbul etmək lazımdır. Əlbəttə, burada da Rusiyanın rolu çox vacibdir və biz görürük ki, bu rol çox müsbətdir.

Siz də qeyd etdiniz ki, burada böyük rus icması var. Onlar ölkəmizin layiqli vətəndaşlarıdır, onlar ikitərəfli əlaqələrin möhkəmlənməsi işində çox böyük rol oynayırlar. Bizdə təhsilin rus dilində olduğu 340-dan çox məktəb, dövlətə məxsus ali təhsil müəssisələrində tədrisin rus dilində olduğu fakültələr var, on minlərlə tələbə və məktəbli rus dilində təhsil alır. Mən bunu da bizim dövlətlərarası münasibətlərin mühüm amili hesab edirəm. Sizin auditoriyanın imkanlarından istifadə edərək rusiyalıları Azərbaycana, Qarabağa, bu gözəl mənzərəli yerlərə gəlməyə, - bizdə pandemiya artıq azalıb, - Azərbaycanı daha yaxşı tanımağa və dostluğumuzu möhkəmləndirməyə dəvət etmək istərdim. Bir də, əlbəttə, rusiyalılara bütün işlərində uğurlar diləyirəm".

Eləcə də oxuyun:

200
Teqlər:
Prezident İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin, müsahibə, münasibət, məqsəd
Nikol Paşinyan, arxiv şəkli

Paşinyan regional kommunikasiyaların açılmasını son dərəcə vacib saydığını bəyan edib

0
(Yenilənib 22:03 24.09.2021)
Ermənistanın Baş naziri deyib ki, kommunikasiyaların açılaması sülh şəraitində inkişafın vacib şərtlərindən biri olan iqtisadi əlaqələrin qurulması üçün fürsət yaradılacaq.

BAKI, 24 sentyabr - Sputnik. Ermənistan regionda dayanaqlı və uzunmüddətli sülhün bərqərar olmasına gətirib çıxaracaq konstruktiv dialoqa hazırdır.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələr zamanı videoformatda etdiyi çıxışında deyib.

"Rusiya Federasiyası Prezidentinin, Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanatın 9-cu bəndində və 11 yanvar 2021-ci il tarixli bəyanatda göstərildiyi kimi regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm. Nəticədə bölgə ölkələri nəqliyyat arteriyaları ilə bir-birinə bağlanacaq. Sülh şəraitində inkişafın vacib şərtlərindən biri olan iqtisadi əlaqələrin qurulması üçün fürsət yaradılacaq", - Paşinyan bildirib.

Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb

BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də regional kommunikasiyaların açılması mövzusuna toxunub. O qeyd edib ki, münaqişə başa çatdığından Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu artıq bəyan edib. Belə bir saziş regionumuzu sülh və əməkdaşlıq regionuna çevirə bilər. Lakin, biz hələ də təklifimizlə bağlı Ermənistandan müsbət reaksiya görməmişik.

İlham Əliyevin sözlərinə görə, sülh və əməkdaşlığa xidmət edən sahələrdən biri nəqliyyat layihələri ola bilər. Bu kontekstdə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaqdır.

"Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır.

Ümid edirik ki, çoxdan gözlənilən sülh, təhlükəsizlik və sabitlik, nəhayət, Cənubi Qafqazda bərqərar olunacaq. Azərbaycan regional sülhə və inkişafa töhfə verən, onun gücləndirilməsinə xidmət edən ardıcıl səylərini davam edəcəkdir", - deyə Azərbaycan Prezidenti əlavə edib.

Həmçinin oxuyun:

Prezident: “Ermənistan döyüş meydanında məğlub edildi və Azərbaycan işğala son qoydu”

 

0