Büyük Vatan Savaşı / Mi-8

Rusiya Ermənistana döyüş helikopterləri göndərib

1972
(Yenilənib 14:34 08.12.2015)
İrəvan yaxınlığında olan Erebuni bazasına 7 ədəd Mi-24 və Mi-8 helikopteri göndərildi, ilin sonunadək daha bir qrup helikopter göndəriləcək.

BAKI, 8 dek-Sputnik. Rusiya Ermənistandakı hərbi bazalarından birini hücum və yük helikopterləri ilə zənginləşdirir.

Sputnik-in məlumatına görə, Rusiyanın Müdafiə Nazirliyindən verilən açıqlamada İrəvan yaxınlığında olan Erebuni bazasına 7 ədəd Mi-24 və Mi-8 helikopteri göndərildiyi bildirilib.

Bu bazaya bu ilin sonuna qədər daha bir qrup helikopterin də göndəriləcəyi xəbər verilib. Bundan sonra "hava qrupu"nun uçuşları planlaşdırılıb.

Rusiyanın 1995-ci ildə qurulan Erebuni bazasında 1998-ci ildən bəri MiG-29 bombardımançı təyyarələri var. Bununla yanaşı Rusiyanın, Ermənistanda Türkiyə sərhəddinə yaxın Gümrü şəhərində də bir hərbi bazası var.

1972
Teqlər:
Gümrü, helikopter, Erebuni, Mi-8, Mi-24, MiG-29, İrəvan, Türkiyə, Rusiyanın Müdafiə Nazirliyi, Ermənistan, Rusiya