Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyadan iddia: İŞİD-in əsas maliyyə mənbələrindən biri Türkiyədir

© APARusiya Müdafiə Nazirliyinin rəhbərliyi
Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Anotoli Antonov: Əldə etdiyimiz faktlar Türkiyə elitasının cinayətkar dəstə ilə əlbir olduğunu göstərir.

BAKI, 2 dek-Sputnik. Terror bütün dünya üçün təhlükəlidir. Biz İŞİD-in əsas maliyyə mənbələrindən birinin Türkiyə olduğuna əminik.

Sputnik APA-ya istinadən xəbər verir ki, bunu Suriyada İŞİD-in Türkiyəyə neft satması ilə bağlı Rusiyanın əldə etdiyi faktlara dair Rusiya Müdafiə Nazirliyində keçirilən mətbuat konfransında Rusiya müdafiə nazirinin müavini Anotoli Antonov deyib.

Antonov Türkiyə rəsmilərinin İŞİD-lə biznes əlaqələrinin olduğunu iddia edib: "Biz əldə etdiyimiz faktların hələlik bir hissəsini açıqlayırıq. Hansı ki, onlar Türkiyə elitasının cinayətkar dəstə ilə əlbir olduğunu göstərir".

Nazir müavini qeyd edib ki, onların məqsədi Türkiyə prezidenti Ərdoğanın istefa verməsi deyil, terror təşkilatının maliyyələşməsinin qarşısını almaqdır.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının baş əməliyyat idarəsinin rəisi, general-leytenant Sergey Rutskoy isə deyib ki, Suriya və İraqda olan İŞİD-in, həmçinin digər terror təşkilatlarının əsas maliyyə mənbəyi neft satışından əldə edilən gəlirlədir: "Son iki ayda Rusiya hərbi kosmik qüvvələrinin keçirdiyi əməliyyatlar nəticəsində 32 neft emalı kompleksinə və 11 neft emalı zavoduna zərbə endirilib. Bunun nəticəsində terrorçuların neftdən əldə etdiyi gəlir 50 faiz aşağı düşüb. Onların aylıq gəlirləri 3 milyon dollardan 1.5 milyon dollara enib".

Mətbuat konfransında İŞİD-in Suriya və İraqdan oğurladığı neftin Türkiyəyə daşındığı iddia olunan marşrutlar açıqlanıb, videogörüntülər nümayiş olunub.

Xəbər lenti
0