Funeral of pilot Oleg Peshkov killed in Syria

Türkiyənin vurduğu Su-24 təyyarəsinin pilotu dəfn edilib

20
Lipetskdə keçirilən dəfn mərasimində 10 mindən çox adam iştirak edib.

BAKI, 2 dek-Sputnik. Türkiyə tərəfindən vurulan Rusiyanın Su-24 təyyarəsinin pilotu Oleq Peşkov dəfn edilib.

Sputnik-in məlumatına görə, Lipetskdə keçirilən dəfn mərasimində 10 mindən çox adam iştirak edib.

Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə Peşkova "Rusiya qəhrəmanı" adı verilib. Medalı onun həyat yoldaşına Rusiya Hava-Kosmik Qüvvələrinin baş komandanı təqdim edib.

Türkiyənin hava məkanını pozan Rusiyaya məxsus Su-24 təyyarəsi Suriya ilə sərhəddə vurulub. Oleq Peşkovun cənazəsi Türkiyədən Rusiyaya noyabrın 30-da gətirilib.

20
Teqlər:
Su-25, Suriya, pilot, Rusiya, Rusiya Hava-Kosmik Qüvvələri, Oleq Peşkov, Türkiyə