Mövlud Çavuşoğlu

Sergey Lavrov: Mövlud Çavuşoğlu ilə danışılacaq çox mövzu var

32
Türkiyə və Rusiya xarici işlər nazirləri Belqradda görüşəcək.

BAKI, 2 dek-Sputnik. Dekabrın 3-4-də isə Belqradda keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısında Türkiyə və Rusiya xarici işlər nazirlərinin görüşü baş tuta bilər.

Sputnik xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verib.

Lavrov "Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun görüşmək təklifini rədd etməyəcəyəm, NATO və Rusiya arasında danışılacaq çox mövzu var, biz bunları müzakirə etməyə hazırıq" — deyə bildirib.

Toplantıda Azərbaycan xarici işlər Naziri Elmar Məmmədyarov da iştirak edəcək.

32
Teqlər:
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Rusiya xarici işlər naziri Sergey Lavrov, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Elmar Məmmədyarov, Xarici İşlər Nazirliyi, ATƏT Xarici İşlər Nazirləri Şurası, NATO, Mövlud Çavuşoğlu, Sergey Lavrov, Rusiya, Türkiyə
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putin Konstitusiyaya düzəlişləri təsdiqlədi

10
(Yenilənib 18:59 03.07.2020)
Rusiya Prezidenti Vladimir Putin Konstitusiya düzəlişlər üzrə səsverməyə və onu dəstəkləməsinə görə rusiyalılara təşəkkür edib

BAKI, 3 iyul — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ümumrusiya səsverməsi zamanı rusiyalı seçicilərinin 3/4 -nün dəstəklədiyi düzəlişlərin Konstitusiyaya daxil edilməsi ilə bağlı sərəncam imzalayıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Xatırladaq ki, Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) Konstitusiyaya düzəlişlər üzrə ümumrusiya səsverməsinin nəticələrini təsdiqləyib.

İyulun 1-i keçirilən seçkilər zamanı seçici fəallığı 67,97% olub. Seçicilərin 77,92% Rusiya Federasiyası Konstitusiyasına düzəlişlərin edilməsini dəstəkləyib.

Rusiya Federasiyası Konstitusiyasına dəyişikliklərin əlavə edilməsi üzrə ümumi Rusiya üzrə səsvermə 22 aprel tarixinə təyin edilmişdi, amma ölkədə epidemioloji vəziyyətə görə daha sonraya təxirə salınmışdı. Daha sonra Rusiya Prezidenti Vladimir Putin səsvermənin 1 iyulda keçiriləcəyini bəyan etmişdi. İyunun 25-dən 30-na qədər keçən və məsafədən təşkil edilən səsvermədə isə iki pilot regionun – Moskva və Nijeqorod vilayətlərinin sakinləri iştirak edə biliblər.

Konstitusiyaya dəyişikliklər nəticələrin rəsmi elan olunduğu gündən etibarən qüvvəyə minəcək.

Ötən gün isə Rusiya Prezidenti Vladimir Putin Konstitusiya düzəlişlər üzrə səsverməyə və onu dəstəkləməsinə görə rusiyalılara təşəkkür edib. "Əleyhinə səs verənləri anlayıram, həll edilməmiş xeyli sayda problemlərimiz var. Bu həqiqətdir", - deyə Putin qeyd edib.

O vurğulayıb ki, indi düzəlişlərin lehinə səs verən vətəndaşların etimadını doğrultmaq üçün hər şeyi etmək lazımdır.

Putin qeyd edib ki, SSRİ-nin dağılmasından sonra az vaxt keçib, siyasi sistem də daxil olmaqla, müasir Rusiya formalaşma mərhələsindədir: "Biz çox şeydə hələ də həssasıq, xalq dilində desək, "tələsik edilib". Ölkəni, onun bütün institutlarını gücləndirmək üçün daxili sabitliyə və zamana ehtiyacımız var".

10
Moskvada koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital

Rusiyada yoluxma tendensiyası azalır - Amma hələ yüksək rəqəmlər var

2
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 667883-ə çatıb. Rusiyada pandemiya yayılandan 9859 nəfər COVID-19-dan vəfat edib.

BAKI, 3 iyul — Sputnik. Bir sutka ərzində Rusiyada 6718 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 176 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 667883-ə çatıb. Rusiyada pandemiya yayılandan 9859 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 8915 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 437893-ü keçib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 10,6 milyonu keçib, 516 mindən çox adam isə virus səbəbilə ölüb.

2
 Braziliyada epidemioloji vəziyyət

Virusdan ölənlərin sayı daha bir milyon artdı

0
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 4 iyul — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 11 078 760-a çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 525 191 nəfər vəfat edib, 5 875 364 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 2 milyon 794 min 321 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 666 941 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0