Telman İsmayılov

Telman İsmayılovun müflis elan olunmasına dekabrda baxılacaq

10
Moskva Arbitraj Məhkəməsi "Moskva Bankı"nın iş adamı Telman İsmayılovun müflis elan edilməsi və borclarının restrukturizasiyası barədə müraciətinə baxılmasını dekabrın 21-nə kimi təxirə salıb.

BAKI, 30 noy-Sputnik. Moskva Arbitraj Məhkəməsi "Moskva Bankı"nın iş adamı Telman İsmayılovun müflis elan edilməsi və borclarının restrukturizasiyası barədə müraciətinə baxılmasını dekabrın 21-nə kimi təxirə salıb.

Sputni-in məlumatına görə, bu gün məhkəmə "Moskva Bankı"nın Telman İsmayılovun qeydiyyat ünvanını müəyyənləşdirmək üçün Federal Miqrasiya Xidmətinə sorğu göndərmək barədə vəsatətini təmin edib. Məhkəmənin sədri Pavel Markov bildirib ki, təqdim olunan materiallarda T. İsmayılovun yaşadığı ünvanla bağlı ziddiyyətli məlumatlar var. Sənədlərin bir hissəsində onun Moskva şəhərində, digər hissəsində Moskva vilayətindəki Skolkovo qəsəbəsində qeydiyyatda olduğu göstərilir. Bununla əlaqədar məhkəmə işə baxana kimi borclu tərəfin ünvanının dəqiqləşdirməsini vacib hesab edib.

"Moskva Bankı" AST qrupunun sahibi T. İsmayılovun müflis elan olunması üçün Arbitraj Məhkəməsinə iddia təqdim edib. Oktyabrın 1-də arbitraj məhkəməsinə daxil olan iddiada deyilir ki, 2012-ci ilin sentyabrından 2014-cü ilin fevralına kimi bank "Ruslayın" MMC və Hollandiyanın "Tropicano Finance B.V." şirkətlərinə üç dəfə ümumi məbləği 230 milyon dollar olan kredit ayırıb. Hər iki şirkət AST ilə əlaqəlidir və pulu alan T. İsmayılov kreditin müəyyən olunmuş müddətdə qaytarılacağı barədə şəxsən təminat verib. İddiaya əsasən nə faizlər, nə də əsas borc ödənilməyib. Nəticədə T. İsmayılovun bu ilin 1 oktyabrına yığılan borcu 286,4 milyon dollar təşkil edib. "Moskva Bankı" T. İsmayılovun bu müddətdə maliyyə öhdəliklərini yerinə yetirmədiyinə görə onun ödəmək iqtidarında olmadığını bildirib. Bununla əlaqədar bankın hüquqşünasları Arbitraj Məhkəməsindən vətəndaşın borclarının restrukturizasiyası prosedurunu aparmağı xahiş ediblər.

10

Tu-160 raket daşıyıcısının havada yanacaqdoldurma prosesi - maraqlı video

22
(Yenilənib 11:09 15.01.2021)
Uzaq mənzilli aviasiya pilotları təyyarələrini 6000 metrdən artıq yüksəklikdə və saatda təxminən 600 kilometr sürətlə İl-78 hava tankerinə yaxınlaşdırıb.

Ümumiyyətlə, uçuş hazırlığının bu ən mürəkkəb elementini yerinə yetirmək üçün yalnız təcrübəli pilotlara icazə verilir, lakin bu dəfə manevrlərdə gənc zabitlər də iştirak edib. Təlimlərə ümumilikdə beş Tu-160 və Il-78 təyyarəsi cəlb olunub.

22
Ermitaj muzeyinə mənzərə, arxiv şəkli

Dünyaca məşhur muzey saxtakarlıqda ittiham olunur

21
(Yenilənib 00:26 17.01.2021)
Kolleksiyaçı Rujnikov Ermitaj muzeyindəki bir çox eksponatın orijinal olmadığını bildirib. Üstəlik, onun fikrincə, ötən ilin noyabrından davam edən sərgidə də məşhur əsərlərin kobud, saxta versiyaları nümayiş olunur.

BAKI, 17 yanvar — Sputnik. Dünyanın ən məşhur və böyük muzeyi olan Ermitaj muzeyi "Faberge - İmperator Məhkəməsinin zərgərləri" sərgisində saxtakarlığa yol verməkdə günahlandırılır.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, muzeyin direktoru Mixail Piotrovskiyə ünvanlanan saxtakarlıqla bağlı iddialar kolleksiyaçı Andrey Rujnikovun açıq məktubunda bildirilib. O qeyd edib ki, Ermitaj, Pavlovsk və Peterhof kolleksiyalarına aid olan həqiqi eksponatlarla yanaşı nümayiş etdirilən əsgərin siqaret yandırdığı heykəlcik Savitskinin Fersman Muzeyindəki heykəlinin kobud bənzəridir.

Bundan başqa, kolleksiyaçı muzeydəki bir çox eksponatın orijinal olmadığını bildirib. Onun sözlərinə görə, sadalanan əsərlər XX əsrə yox, XXI əsrə aiddir. O, eyni zamanda, ekspozisiyada iştirak edən saxtakarların siyahısını xeyli uzada biləcəyini qeyd edib.

İddialar əsasında hazırda Ermitajda araşdırmalara başlanılıb. Sərgi ötən il noyabrın 25-də başlayıb və bu il martın 14-dək davam edəcək.

21
Teqlər:
saxtakarlıq, Ermitaj, muzey

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

0
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

0