Eşton Karter

Pentaqon şefi: Rusiya ilə müharibə istəmirik, amma...

315
(Yenilənib 10:04 08.11.2015)
Eşton Karter: Rəsmi Moskva Avropada münaqişələrə rəvac verir.

BAKI, 8 noy — Sputnik. ABŞ Rusiya ilə müharibə istəmir, nə "soyuq", nə də "isti". Lakin biz özümüz və müttəfiqlərimizin maraqlarını müdafiə etməkdə davam edəcəyik.

Sputnik xəbər verir ki, bunu Pentaqonun rəhbəri Eşton Karter bəyan edib.

Onun sözlərinə görə, rəsmi Moskva Avropada münaqişələrə rəvac verir. "Ukrayna və Gürcüstanın suverenliyi pozulub, Baltikyanı ölkələr hədələnir. Suriyada isə Rusiya vətəndaş müharibəsinin oduna yağ tökür" — deyən Karter Rusiyanın Suriya münaqişəsində konstruktiv rol oynayacağını da istisna etməyib.

315
Moskvada tibb işçiləri, arxiv şəkli

Qonşu ölkədə bir gündə 300-dən çox şəxs öldü

22
(Yenilənib 12:46 21.10.2020)
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1447335-ə çatıb. Rusiyada pandemiya yayılandan 24952 nəfər COVID-19-dan vəfat edib.

BAKI, 21 oktyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 15700 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 317 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1447335-ə çatıb. Rusiyada pandemiya yayılandan 24952 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1096560-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 40,7 milyonu keçib, 1,2 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

22
Xarici İşlər naziri Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramov Moskvaya səfər edib

43
Xatırladaq ki, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan da Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya tərəfi ilə məsləhətləşmələrin həyata keçirilməsi məqsədilə Moskva şəhərinə işçi səfər edib. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan da Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.

43
Fərzəli Həsənov, arxiv şəkli

Cəbrayıllı köçkün: "Kəndimizi atəşə tutan Hadrut azad olunanda sevincim yerə-göyə sığmadı"

2
Dünən azad edilmiş Xocavəndin Daşbaşı kəndində 1993-cü ilin avqustunda ermənilər Azərbaycan əsgərlərini amansızlıqla qətlə yetiriblər. Cəbrayıllı köçkün Fərzəli Həsənovun xalası oğlu da həmin postda həlak olub.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 21 oktyabr — Sputnik. "Cəbrayıl işğaldan azad edilən gün mənim telefonum saatlarla susmadı. Mən Cəbrayıla bağlı adamam"...

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) dosenti Fərzəli Həsənov əslən Cəbrayılın Papı kəndindəndir. Elə uşaqlıq, gənclik illəri də orada keçib.

Kəndinə bütün ürəyi ilə bağlı olan F.Həsənov Papı kəndinin tarixini də araşdırıb: "Dilçi alim Qəzənfər Kazımovun sözlərinə görə, "papı" sözünün mənası cənnət qapısı deməkdir. Başqa ensklopedik mənbələrdə isə Papı kəndini Füzulinin Babı kəndi ilə eyniləşdirirlər. Ancaq Babı kəndində yaşayanlar bir tayfa olub, İrandan gələrək Füzulidə məskən salıblar. Onların dinlə konfliktləri olub. Bizim kəndimizdə isə məscid var idi. Bizim kəndimizin tarixi 1830-cu illərə dayanır. Mənim nənəm Papı kəndinin əsasını qoyan Hacı İmamverdinin nəvəsi idi. Yəni, araşdırmalarım sübut edirdi ki, biz papılılar, Babı kəndində yaşayanlarla eyni tayfadan deyilik".

Orta məktəbi Cəbrayılda bitirən F.Həsənov Bakıda Texniki Universitetə daxil olur. Universitetdə seçilən tələbələrdən olduğu üçün ona iş də təklif edilir və burada işləməyə başlayır.

Ancaq 1993-cü ilin avqustunda yenidən Cəbrayıla qayıtmalı olur.

Həmin ilin avqust ayının 15-də Xocavənd rayonun "Daşbaşı" postunda xalası oğlu həlak olur: "Çox qəribə idi. Post mühasirəyə alınmış, 21 nəfər əsgər vəhşicəsinə, işgəncə ilə öldürülmüşdü. Bəzilərinin başları, qolları bədənlərindən ayrılmış, gözləri çıxarılmışdı. Meyitlərin üstündən isə zəncirli traktorla keçmişdilər. Mənim xalam oğlu da orada şəhid olmuşdu. Bu gün də fikirləşəndə mənə qəribə gəlir. Bütün bir postu necə müharisəyə alıb, əsgərləri necə tərksilah edə bilmişdilər... Axı hamısı işgəncə ilə öldürülmüşdü. Mən də dayımı götürüb, Böyük Mərcanlıya gəldim. Atam burada məktəb direktoru idi, anamla da elə burada evlənmişdi. Böyük qardaşım isə Çərəkəndə kolxoz sədri işləyirdi"...

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

F.Həsənov danışır ki, Papı kəndi dəniz səviyyəsindən 450 metr hündürlükdə olub. Hadrutdan atılan "Qrad" mərmiləri Papı kəndinin üzərindən digər kəndlərə də düşürdü.

"Rayonda çox gözəl evimiz vardı. Layihəsini mən çəkmişdim, qardaşım da kolxoz sədri olduğu üçün evimiz çox gözəl və rahat idi. Ancaq ermənilər kəndimizi hədəfə aldığı üçün qardaşım anamı Böyük Mərcanlıya gətirmişdi. Atam isə evimizi qoyub çıxmaq istəmirdi. Deyirdi "qələt edir ermənilər". Maraqlısı bilirsiniz nədir, biz kəndimizə gedəndə yolda əsgərlər bizə deyirdilər ki, Papı, Horolu kəndləri ermənilər tərəfindən tutulub. Atamı düşünürdüm. Qayıdıb, Şükürbəyli kəndinə gəldim. Orada sakinlərlə danışanda bildim ki, onların Cəbrayıldan xəbəri yoxdur. Başqa bir yol tapıb kəndimizə getdim. Sakitlik idi, atam da həyətdə oturub çay içirdi. Yəni biz kəndimizi bilərəkdən, istəyərəkdən tərk etməmişdik. Kəndimizi qorumaq üçün əsgərlər yox idi. Sakinlər çarəsiz qalıb evlərini tərk edirdilər".

Müsahibimiz deyir ki, həmin dövrlərdə Azərbaycan Ordusu çox zəif olub. Hadrut dəfələrlə kəndlərdən atəşə tutulsa da, uğursuz olub. Hətta bir dəfə kəndlərə "Qrad" yığılıb ki, gecə Hadrut atəşə tutulacaq. Səhər məlum olub ki, atılan "Qrad" mərmisinin biri də Hadruta zərər verməyib, heç ora düşməyib.

"Ordumuz çox naşı idi. Düzdür, çox illər keçdi aradan. Ancaq indi bizim gənclər təhsilli hərbçilərdir. Bizim xalq ağıllı xalqdır. Bizim hərb sahəsində mütəxəssislərimiz yetişir", - deyə Həsənov bildirib.

Onun sözlərinə görə, Hadrut işğaldan azad edildiyi gün sevinci yerə-göyə sığmayıb. Hər zaman Hadrutdan kəndlərin atəşə tutulduğunu deyən F.Həsənov bildirib ki, Hadrutun işğaldan azad olunması ordumuzun güclü olduğunu sübut edir.

"Hadrut azad edildisə, demək qələbə bizimdir. Hadrut dəniz səviyyəsindən 1000-1500 metr hündürlükdədir. Bu da o deməkdir ki, çox kəndlərin açarı Hadrutdur. Düzdür gənclərimiz şəhid olur. Amma torpağın azadlığı üçün bu olmalıdır. O gün bir şəhid anasının məktubu çıxdı qarşıma. Ölkə prezidentinə yazmışdı ki, "yalvarıram, müharibəni dayandırma". Çox kövrəldim...", - deyən həmsöhbətimiz bildirir ki, əgər bu gün ona Cəbrayılda yaşamaq təklif edilsə, düşünmədən gedər.

2
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə