Rusiya Dövlət Dumasının komitə sədri və MDB Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri Leonid Slutskinin MSK sədri Məzahir Pənahovla görüşü

Rusiya Dumasından Azərbaycandakı seçkilərə dəstək

495
(Yenilənib 00:14 02.11.2015)
Leonid Slutski: Azərbaycanda keçirilən seçkilərdə ilbəil daha böyük irəliləyişlərə nail olunur.

BAKI, 1 noyabr — Sputnik. Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının komitə sədri və MDB Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri Leonid Slutski noyabrın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

Sputnik MSK-nın məlumatına istinadən xəbər verir ki, Rusiyalı qonağı salamlayan MSK sədri Məzahir Pənahov Milli Məclisə seçkilər günündə keçirilən görüşdən məmnunluğunu ifadə edib. Eyni zamanda vurğulayıb ki, rəhbərlik etdiyi qurum hər zaman beynəlxalq təşkilatlarla əməkdaşlığa, qarşılıqlı faydalı münasibətlərə əhəmiyyət verir.
Leonid Slutski qeyd edib ki, gün ərzində müşahidə etdiyi seçki məntəqələrində heç bir qanun pozuntusu qeydə alınmayıb, seçicilərin sərbəst şəkildə öz iradələrini ifadə etdiyinin şahidi olub. Bu günkü seçkilər bir daha göstərdi ki, Azərbaycanda keçirilən seçkilərdə ilbəil daha böyük irəliləyişlərə nail olunur.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb.

495
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putin Navalnının filminə münasibət bildirdi - VİDEO

31
(Yenilənib 17:52 25.01.2021)
Dərhal sualınıza cavab vermək istəyirəm. Orada mənim əmlakım kimi göstərilənlərdən heç biri nə mənə, nə də mənim qohumlarıma məxsus deyil və heç vaxt da olmayıb.

BAKI, 25 yanvar — Sputnik. Rusiya Prezidenti Vladimir Putin rusiyalı tələbələrlə onlayn görüşdə bildirib ki, Aleksey Navalnının Qelencikdəki "Saray" haqqında filmini izləməyib, çünki onu izləməyə vaxtı yoxdur. Lakin köməkçilərinin hazırladığı seçmə videolara göz gözdərib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Dərhal sualınıza cavab vermək istəyirəm. Orada mənim əmlakım kimi göstərilənlərdən heç biri nə mənə, nə də mənim qohumlarıma məxsus deyil və heç vaxt da olmayıb. Heç vaxt", - deyə Putin qeyd edib.

O qeyd edib ki, filmdə onun tanışları, sabiq həmkarları, "hansısa uzaq qohumları"nın adları çəkilir: "Lakin mənim heç vaxt görmədiyim adamların da adı çəkilir. Bu informasiya 10 ildən çox müddətdir ki, yayılır, indi isə bu məlumatları birləşdiriblər və bunlarla bizim vətəndaşlarımızın beynini yumaq istəyiblər".

 

31
Vitali Milonov

Rəsmi Bakı rusiyalı deputatın adını "qara siyahı"ya salıb

28
(Yenilənib 16:13 25.01.2021)
"Dövlət Dumasının üzvünün belə bir məsuliyyətsiz və Rusiya Federasiyasının rəsmi mövqeyinə uyğun gəlməyən davranışı ölkələrimiz arasında münasibətlərə kölgə salmaq cəhdidir"

BAKI, 25 yanvar — Sputnik. "Rusiya Dövlət Dumasının hakim "Vahid Rusiya" Partiyasından olan üzvü, qatı ermənipərəst mövqeyi ilə tanınan Vitali Milonovun erməni KİV-ə müsahibəsi zamanı Azərbaycan dövlətinə və xalqına qarşı qəbuledilməz ifadələr işlətməsini qəti şəkildə pisləyirik".

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

"Məlum olduğu kimi, Dövlət Dumasının üzvü Vitali Milonov Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini pozaraq, ölkəmizin işğaldan azad olunmuş ərazisinə qeyri-qanuni səfər etdiyi üçün onun adı Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına əlavə edilib. Rusiya Dövlət Dumasının üzvü Vitali Milonovun Azərbaycan əleyhinə atdığı növbəti təxribatçı addımı Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə ziddir.

Dövlət Dumasının üzvünün belə bir məsuliyyətsiz və Rusiya Federasiyasının rəsmi mövqeyinə uyğun gəlməyən davranışı ölkələrimiz arasında münasibətlərə kölgə salmaq cəhdidir. Onun bu çıxışı, həmçinin Rusiya da daxil olmaqla bölgə ölkələrinin uzun illərdir davam edən düşmənçiliyə son qoyulması və xalqlar arasında sülh, əmin-amanlıq və əməkdaşlığın təmin olunması istiqamətində atdığı addımlara xələl gətirir.

Azərbaycan və Rusiya arasında strateji xarakterli tərəfdaşlıq münasibətləri hər iki ölkə prezidentlərinin sıx təmasları ilə intensiv şəkildə inkişaf etməkdədir. Dövlət Dumasının üzvü statusundan istifadə edərək bu münasibətlərə xələl gətirmək cəhdləri qəbuledilməzdir və uğursuzluğa düçardır", - nazirlikdən bildirilib.

28
Teqlər:
"qara siyahı", deputat, Duma, Azərbaycan XİN

Xırdalanda partlamış evin dağıntıları altından qadın meyiti çıxarılıb

0
(Yenilənib 00:34 26.01.2021)
Dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb. Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızı olduğu bildirilir.

BAKI, 26 yanvar - Sputnik. Xırdalanda partlayışda həlak olan qadının nəşi dağıntılar altından çıxardılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Xırdalanda baş verən partlayışda 1988-ci il təvəllüdlü Aytən Tacəddin qızı Musayeva faciəli şəkildə dünyasını dəyişib. Bu barədə Sputnik Abşeron MRX-nın direktoru Mehriban Qaralova məlumat verib. O, bildirib ki, Xırdalanda baş vermiş hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan biri uşaqdır.

Partlayış zamanı xəsarət alanlardan biri Musayev Vüsal Firuddin oğlunun həyat yoldaşı Aytən Musayeva dağıntılar altından ölü tapılıb. Onun azyaşlı qızının axtarışları davam edir. Oğlu 10 yaşlı Musayev Firuddin Vüsal oğlu və həyat yoldaşı xəstəxanada müalicə alırlar.

Partlayış zamanı xəsarət alanlar 1983-cü il təvəllüdlü Musayev Vüsal Firuddin oğlu, onun 10 yaşlı oğlu, 2009-cu il təvəllüdlü Musayev Firuddin Vüsal oğlu, 8 yaşlı qızı, 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı, Musayeva Ziyafət Qafar qızı və Gözəl Səmədovadır.

Dağıntılar altından çıxarılan digər şəxslər 1968-ci il təvəllüdlü Ələzova Simayə Mövlud qızı, 2006-cı il təvəllüdlü Şükürzadə Xədicə Bəxtiyar qızı,  1989-cu il təvəllüdlü Əliyev Emil Arif oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Arif Əbülfəz oğludur. 

Qeyd edək ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal əraziyə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ axtarış-xilasetmə əməliyyatı davam edir.

 

0