Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putinlə Poroşenko arasında görüşün keçirilməsi gözlənilir

© Sputnik / Alexei Druzhinin / Mediabanka keçidВизит В.Путина в Белоруссию
Визит В.Путина в Белоруссию - Sputnik Azərbaycan
Abunə olmaq
Kiyev hazırda Vladimir Putinlə Pyotr Poroşenko arasındakı görüşün Parisdə “ Normandiya dördlüyü” liderlərinin görüşü çərçivəsində keçirilməsi məsələsinə baxır.

BAKI, 1 okt — Sputnik. Sabah Parisdə Vladimir Putinlə Pyotr Poroşenko arasında  ikitərəfli görüşün keçirilməsi gözlənilir.

Sputnik Ukrayna mətbuatına istinadən xəbər verir ki, Kiyev hazırda Vladimir Putinlə Pyotr Poroşenko arasındakı görüşün Parisdə “Normandiya dördlüyü” liderlərinin görüşü çərçivəsində keçirilməsi məsələsinə  baxır. 

“Bu gün Rusiya tərəfdən iki lider arasında görüş keçrilməsi ilə bağlı təklif var və biz hazırda bu məsələni müzakirə edirik”, — deyə Ukrayna prezidentinin təmsilçisi Konstantin Yeliseyev vurğulayıb.

O belə bir görüşün sabah Parisdə baş tutacağını istisna etməyib.

Qeyd edək ki, “Normandiya dördlüyü” liderləri  Fransa prezidenti Fransua Olland,  Almaniya kansleri Angela Merkel, ukrayna prezidenti Pyotr Poroşenko, Rusiya prezidenti Vladimir Putin  arasında  Parisdə  görüş olacaq.

“Normandiya dördlüyü” bu görüşdə Donbasda keçirilən seçkilər məsələsini Putinin qarşısında qaldıracaqlar.

Xəbər lenti
0