Moskvada mitinq

Rusiya müxalifəti küçələrə axışıb

56
Aksiyada Vladimir Putinin idarəetmə siyasətinə etiraz edilib.

BAKI, 21 sen — Sputnik. Rusiyada müxaliflər yenidən küçələrə axışıb. Müxalifətçi lider Aleksey Navalniy tərəfdarları paytaxt Moskvada prezident Vladimir Putin əleyhinə aksiya keçirib.

Aksiyada Vladimir Putinin idarəetmə siyasətinə etiraz edilib. Aleksey Navalniy çıxışında, müxalif lider və keçmiş Baş nazir müavini Boris Nemtsovun ölümünə diqqət çəkib.

Navalniy, Kremlə yaxın yerdə öldürülən Nemtsov cinayətinin arxasında, Çeçenistan prezidenti Ramzan Kadırovun olduğunu iddia edib.

56
Teqlər:
Nemtsov cinayəti, Boris Nemtsovun ölümü, Moskvada mitinq, Ramzan Kadırov, Boris Nemtsov, Vladimir Putin, Aleksey Navalniy, Moskva, Rusiya