Вице-президент США Джозеф Байден прибыл в Киев

Co Bayden: Rusiyaya qarşı sanksiyalar gücləndirilə bilər

168
(Yenilənib 16:07 19.09.2015)
Ukraynada korrupsiya ilə bağlı vəziyyət dəyişməsə, rəsmi Vaşinqton bu ölkəyə dəstəyini dayandıra bilər.

BAKI, 19 sent — Sputnik. Ukraynada korrupsiya ilə bağlı vəziyyət dəyişməsə, rəsmi Vaşinqton bu ölkəyə dəstəyini dayandıra bilər.

Sputnik xəbər verir ki, Ukrayna prezidenti Pyotr Poroşenko və baş nazir Arsen Yasenyuka bu xəbərdarlığı ABŞ-ın vitse-prezidenti Co Bayden edib.

Ukrayna mediasının yazdığına görə, ABŞ vitse-prezidentinin müşaviri Maykl Karpenter hansı növ hədədən söz getdiyini açıqlamasa da, xəbərdarlığın çox sərt olduğunu bildirib.

Vitse-prezident həmçinin bəyan edib ki, Rusiyaya qarşı sanksiyalar asanlıqla gücləndirilə bilər, çünki sanksiyalar 10 ballıq şkala üzrə hələlik 3-cü səviyyədədir.

Bu il iyunun 19-da amerikalı senatorlar ABŞ-ın Ukraynaya hərbi yardımını əks etdirən qanunu təsdiq ediblər. Sənəddə rəsmi Kiyevə ABŞ tərəfindən atıcı silahlar və qumbaraatanların verilməsinə razılıq əksini tapıb.

168
Teqlər:
Arsen Yasenyuka, Pyotr Poroşenko, Co Bayden, ABŞ, Ukrayna, Rusiya