Russian Foreign Minister Sergei Lavrov

Sergey Lavrov: Rusiya Türkiyə dialoqun başlanmasında maraqlıdır

42
(Yenilənib 21:58 17.09.2015)
Rusiya XİN: Suriya münaqişəsinin tənzimlənməsində ümumi marağımız var.

BAKI, 17 sent-Sputnik. Rusiya və Türkiyə Suriyada BMT-nin himayəsi altında siyasi dialoqun başlanmasında maraqlıdır.

Sputnik xəbər verir ki, bunu Soçidə Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Firudin Sinirlioğlu ilə birgə keçirdiyi brifinqdə bildirib.

"Suriya münaqişəsinin tənzimlənməsində ümumi marağımız var. Bu maraq 2012-ci ildə Cenevrə kommunikesində də qeyd edildiyi kimi BMT-nin himayəsi altında siyasi dialoqun başlanmasına yardım etməkdən ibarətdir" — deyə Rusiya XİN başçısı qeyd edib.

42