Московский международный аэропорт Домодедово

Moskvanın "Domodedovo" hava limanında yanğın baş verib

13
(Yenilənib 12:14 03.09.2015)
Yanğın səbəbindən 12 daxili və 4 beynəlxalq aviareys təxirə salınıb.

BAKI, 3 sent-Sputnik. Moskvanın "Domodedovo" hava limanında yanğın baş verib.

Sputnik xəbər verir ki, yanğın səbəbindən 12 daxili və 4 beynəlxalq aviareys təxirə salınıb. Bunlar Anapa (2 reys), Samara, Kazan, Sankt-Peterburq, Stavropol, Soçi, Həştərxan, Rostov, Krasnodar və Çeboksarı, o cümlədən Moldova, Monteneqro, Ukrayna və Azərbaycan istiqamətində yerinə yetirilməli olan uçuşlardır.

Məlumata görə, yanğın nəticəsində güclü tüstülənmə baş verib. İlkin ehtimallara görə, yanğının baş verməsinə səbəb tikinti materiallarının saxlanıldığı mərtəbədə olan elektrik naqillərindəki nasazlığın baş verməsidir.

Hadisə zamanı 3 mindən artıq insan təxliyyə olunub.

İlkin məlumatlara görə, xəsarət alan yoxdur.

Son məlumatlara əsasən, yanğın söndürülüb, hava limanı fəaliyyətini bərpa edib.

13