Russian Foreign Minister Sergei Lavrov

Lavrov Bakıya Cənubi Qafqazda vəziyyət ağır olduğu üçün gəlib

36
(Yenilənib 17:41 02.09.2015)
Rusiyalı politoloq: Ermənistanın iqtisadi tənəzzül vəziyyətindən çıxmasına ayrılan vəsaitlər Rusiya üçün əlavə xərclərdir.

BAKI, 2 sent – Sputnik.“Azərbaycan Rusiya üçün xüsusi önəm daşıyan ölkədir. Xüsusən bu, Cənubi Qafqazda vəziyyətin mürəkkəbləşməsi və ABŞ ilə Avropa İttifaqının bu regionda Rusiyanın təsirini azaltmaq cəhdləri ilə bağlıdır. Ona görə də, hesab edirəm ki, Sergey Lavrovun Bakıya səfəri ritual xarakteri deyil, məhz məntiqi xarakter daşıyır”.

Sputnik APA-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya Siyasi İnformasiya Mərkəzinin baş direktoru, politoloq Aleksey Muxin deyib.

Muxin hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi Sergey Lavrovun Bakıya səfəri zamanı müzakirə mövzularından biri olub: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusu olduqca həssas mövzudur. Rusiya ilə Azərbaycan arasında aparılan hər hansı danışıqların sətiraltı məzmunu Dağlıq Qarabağ mövzusudur. Lakin maraqlısı odur ki, Dağlıq Qarabağ mövzusu əslində belə görüşlərdə Rusiya və Azərbaycan arasında müzakirə olunan məsələlərdən mətbuatın və ictimaiyyətin diqqətini yayındırmaq üçün yaxşı vasitədir. Lavrovun keçirdiyi görüşlərdə iki ölkə arasında hərbi-texniki əməkdaşlıq, iqtisadi-ticarət münasibətləri və digər məsələlər də müzakirə olunub”.

Rusiyalı politoloq Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu söyləyib: “Bu münaqişəsinin həlli Rusiyanın xarici siyasətinin prioritetlərindən biridir. Birincisi, ona görə ki, Rusiya Ermənistanın iqtisadi blokada vəziyyətində qalmasını deyil, inkişaf etməsini istəyir. Çünki Ermənistanın iqtisadi blokadada olması Rusiyaya da baha başa gəlir. Rusiya bu ölkənin iqtisadiyyatına milyardlar xərcləyir. Nəzərə alsaq ki, Moskva Qərbin sanksiyaları ilə üz-üzə qalıb, o zaman Ermənistanın iqtisadi tənəzzül vəziyyətindən çıxmasına ayrılan vəsaitlər Rusiya üçün əlavə xərclərdir. Rusiyanı istəməyən qüvvələr bu konfliktin dondurulmuş vəziyyətdə qalmasında maraqlıdırlar. O ki qaldı Moskvanın bu problemin həllinə nə qədər güc sərf etməsinə, onu deyə bilərəm ki, məndə olan məlumata görə, Rusiya Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə böyük diqqət göstərirlər. Lakin Rusiya üçün Ukraynanın cənub-şərqi və Gömrük İttifaqı ilə bağlı yaranan problemlərin həlli daha ön plandadır”.   

36
Teqlər:
Dağlıq Qarabağ münaqişəsi, Rusiya Siyasi İnformasiya Mərkəzi, Aleksey Muxin, Lavrov, Serqey Lavrov, Sergey Lavrov, Rusiya, Azərbaycan
Aleksey Navalnıy, arxiv şəkli

G7 ölkələrinin Navalnı tələbi

1
G7 ölkələrinin - Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ-ın xarici işlər nazirləri Aleksey Navalnının dərhal azad edilməsini tələb ediblər

BAKI, 26 yanvar - Sputnik. G7 ölkələri Rusiya hökumətini bloger Aleksey Navalnını həbsdən azad etməyə çağırıb.

Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən məlumat verir. 

"Biz, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ-ın xarici işlər nazirləri, eləcə də AB-nin yüksək statuslu nümayəndəsi, Aleksey Navalnının saxlanılmasını və siyasi motivli həbsini qətiyyətlə pisləyirik", - nazirlərin bəyanatında deyilir.

"Biz həmçinin minlərlə dinc nümayişçinin və jurnalistlərin saxlanılmasından da narahatıq və Rusiyanı özünün beynəlxalq və daxili öhdəliklərini yerinə yetirməyə, yanvarın 23-də özlərinin sərbəst toplaşma hüququnu reallaşdırmağa cəhd etdiklərinə görə saxlanılanları azad etməyə çağırırıq. Vətəndaşların öz rəylərini ifadə etmək hüuququnu polislər vasitəsilə, güc yoluyla dəf etmək qəbuledilməzdir", - bəyanatda yazılıb.

Nazirlər həmçinin bildiriblər ki, Avropa İnsan Haqları Məhkəməsi Navalnının tutulmasına rəvac verən məhkəmə qərarını da dəstəkləməyib. 

"Rusiya hökumətini qeyri-şərtsiz və dərhal cənab Navalnını azad etməyə çağırırıq... Biz cənab Navalnının, etirazçıların və jurnalistlərin həbsdən azad olunmaları barədə beynəlxalq çağırışlara Rusiyanın necə reaksiya verəcəyini, eləcə də cənab Navalnının zəhərlənməsinə görə cinayət işinin necə araşdırılacağını nəzarətdə saxlayacağıq", - nazirlər bildiriblər. 

Qeyd edək ki, yanvarın 23-də Rusiyanın müxtəlif şəhərlərində razılaşdırılmamış etiraz aksiyaları keçirilib. İnsanları mitinqlərə Navalnının tərəfdarları səsləyiblər. Saxlanılanlara hökumət nümayəndələrinə qarşı zorakılıq, yolların bağlanması, xuliqanlıq və sanitariya qaydalarının pozulmasına görə bir neçə cinayət işi açılıb. 

Aleksey Navalnı isə yanvarın 17-də Şeremetyevo aeroportunda həbs olunub. Həmin gün o, uzun müddət Almaniyada zəhərlənmədən müalicə aldıqdan sonra vətəninə qayıtmışdı.

1
Teqlər:
Rusiya, azadlıq, tələb, nazirlər, G7, Aleksey Navalni

Putin prezident Baydenlə ilk dəfə danışdı, ABŞ-ın arzusunu yerinə yetirdi

9
(Yenilənib 23:17 26.01.2021)
Vladimir Putin Cozef Baydenlə ABŞ prezidenti qismində ilk dəfə telefonla danışıb. ABŞ-ın təşəbbüsü ilə baş tutan danışıqda Baydenin arzusunda olduğu məsələ həllini tapıb

BAKI, 26 yanvar - Sputnik. Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş dövlət başçısı Cozef Baydenlə bu gün telefonla danışıb. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Co Baydenin mətbuat katibib Cen Psakinin sözlərinə görə, telefon danışığı ABş tərəfinin təşəbbüsü ilə baş tutub.

Putin həmkarını ABŞ prezidenti postunda işə başlaması münasibətilə təbrik edib. 

Kremlin məlumatına görə, Putin dünyada təhlükəsizlik və sabitliyin qorunmasına görə məsuliyyətləri nəzərə alınmaqla Rusiya ilə ABŞ-ın münasibətlərinin normallaşmasının hər iki ölkənin, eləcə də bütün dünyanın xeyrinə olacağını vurğulayıb. 

Psakinin sözlərinə görə, ABŞ tərəfinin əsas niyyətlərindən biri Strateji Hücum Silahlarına dair Müqavilənin (SHS-3) 5 il müddətinə uzadılması olub. Prezidentlər müqavilənin uzadılması barədə razılığa gəliblər.

Həmçinin dövlət başçıları koronavirus pandemiyasına qarşı mübarizədə, eləcə də ticari-iqtisadi əlqələr daxil olmaqla digər sahələrdə də əməkdaşlıq imkanlarını müzakirə ediblər. Beynəlxalq və ikitərəfli gündəmin aktual məsələləri də müzakirə obyekti olub.

Qeyd edək ki, SHS-3 silahlanmanın məhdudlaşdırılması ilə bağlı Rusiya və ABŞ arasında qüvvədə olan yeganə müqavilədir. 5 fevral 2011-ci ildə qüvvəyə minmiş müqavilənin müddəti 5 fevral 2021-ci il tarixində başa çatacaq. Əgər müqavilə yenilənməsə, artıq dünyada bu iki böyük nüvə gücünün silah arsenallarını məhdudlaşdıran heç bir sənəd mövcud olmayacaq

9