Russian Foreign Minister Sergei Lavrov

Sergey Lavrovun Azərbaycana səfəri başlayıb

31
(Yenilənib 17:42 01.09.2015)
Rusiyanın xarici işlər naziri Azərbaycan və regionla bağlı məsələlərə aydınlıq gətirəcək.

BAKI, 1 sent-Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana işgüzar səfəri başlayıb. 

Bu barədə Sputnik-ə Rusiyanın Azərbaycandakı səfirliyindən bildirilib.

Səfər zamanı Azərbaycan və Rusiya arasında münasibətlərin ikitərəfli və çoxtərəfli formatının müxtəlif aspektləri, Dağlıq Qarabağ münaqişəsinin həlli,  ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın danışıqlar prosesində rolu barədə müzakirələr aparılması nəzərdə tutulub.

Rusiya xarici işlər nazirinin səfəri Azərbaycan və regionla bağlı məsələlərə aydınlıq gətirmək məqsədi daşıyır.

31
Teqlər:
Rusiyanın xarici işlər naziri, işgüzar səfər, Serqey Lavrov, Sergey Lavrov, Azərbaycan