German Sterliqov

Rusiyalı biznesmen: Mən Azərbaycan qanunvericiliyinə tabe deyiləm

117
(Yenilənib 16:39 01.09.2015)
German Sterliqov: Rusiya Federasiyası hüquq-mühafizə orqanları mənə necə məsləhət verəcəksə, o şəkildə hərəkət edəcəyəm.

BAKI, 1 sent-Sputnik. Rusiyalı iş adamı German Sterliqov Azərbaycan müstəntiqlərinin onu dindirməklə bağlı niyyətindən xəbərsiz olduğunu bildirib.

Sputnik xəbər verir ki, German Sterliqov bu məsələ ilə bağlı Rusiya hüquq-mühafizə orqanları və hüquqşünasları ilə məsləhətləşmək istəyir: “Mən Azərbaycan tərəfinin bu təşəbbüsündən hələlik xəbərdar deyiləm. Rusiya Federasiyası hüquq-mühafizə orqanları mənə necə məsləhət verəcəksə, o şəkildə hərəkət edəcəyəm. Hüquqşünaslarla məsləhətləşmək lazımdır. Mən Azərbaycan qanunvericiliyinə tabe deyiləm, Rusiyada yaşayıram”.

Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu German Sterliqovun təqsirləndirilən şəxs qismində dindirilməsi üçün Moskva şəhərinə ezam olunub.

117
Teqlər:
German Sterliqov