Misir prezidenti Vladimir Putinə pənah aparıb

49
(Yenilənib 14:16 27.08.2015)
Kremllə əlaqələrin gücləndirilməsini istəyən Əs-Sisi Yaxın Şərq bölgəsində iqtisadiyyatın və sosial rifahın yaxşılaşdırılması üçün Moskva ilə birgə çalışmağa hazır olduqlarını bəyan edib.

BAKI, 26 avq – Sputnik. Misir prezidenti Əbdülfəttah əs-Sisi Rusiyanın paytaxtı Moskvaya rəsmi səfərə gedib. Əs-Sisi Kremldə Rusiya dövlət başçısı Vladimir Putinlə görüşüb.

Sputnik xəbər verir ki, iki lider görüşdən sonra mətbuata açıqlama verib. Misir prezidenti Rusiya ilə tək iqtisadi deyil, hərbi sahədə də əməkdaşlıqda maraqlı olduqlarını deyib. Xüsusilə terrorla mübarizədə Kreml ilə əlaqələrin gücləndirilməsini istəyən Əs-Sisi Yaxın Şərq bölgəsində iqtisadiyyatın və sosial rifahın yaxşılaşdırılması üçün Moskva ilə birgə çalışmağa hazır olduqlarını bəyan edib. 

Misir prezidenti yeni Süveyş Kanalının açılışına qatıldığı üçün Rusiyanın baş naziri Dmitri Medvedevə də təşəkkür edib.

Əbdülfəttah əs Sisi, son iki ildə Rusiyaya üçüncü dəfədir ki səfər edir.

49