Şeremetyevo hava limanı

"Şeremetyevo"da üzərində 1,7 mln dollar olan azərbaycanlı saxlanılıb

533
(Yenilənib 18:19 14.08.2015)
Moskvada “Şeremetyevo” aeroportunda 1,7 milyon dollar nəğd vəsait keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.

BAKI, 14 avq — Sputnik. Moskvada “Şeremetyevo” aeroportunda 1,7 milyon dollar nəğd vəsait keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.

Moskovskie novosti-nin verdiyi xəbərə görə, adı açıqlanmayan həmyerlimiz müvafiq gömrük bəyannaməsində 1 milyon dolları qeyd edib.

Baxış keçirilərkən isə çantada əlavə 700 min dollar aşkarlanıb. Müvafiq orqanlar həmyerlimizin fəaliyyətində cinayət əlamətlərinin olub-olmamasını araşdırır.

Qeyd edək ki, saxlanılan şəxs Dubay-Moskva aviareysinin sərnişini olub.

533
Teqlər:
Azərbaycanda vətəndaşı Moskvada, Azərbaycan vətəndaşı, Dubay-Moskva aviareysi, Şeremetyevo aeroportu, Moskva, Rusiya
Moskvada koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital

Rusiyada koronavirusa yoluxanların sayı 1,5 milyonu ötüb

9
(Yenilənib 13:26 25.10.2020)
Ən çox gündəlik yoluxma Moskvada qeydə alınıb - 4 455 nəfər. Son sutka ərzində ölkə üzrə 229 nəfərin koronavirusdan öldüyü bildirilib.

BAKI, 5 oktyabr - Sputnik. Rusiyada son sutka ərzində 84 bölgədə daha 16 710 nəfər COVID-19-a yoluxub. Onlardan 4 456 nəfərdə heç bir koronavirus simptomu yoxdur.

Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadla verdiyi məlumata əsasən, bununla Rusiyada koronavirusa yoluxanların sayı 1 513 877 nəfərə çatıb.

Ən çox koronavirusa yoluxma Moskvada qeydə alınıb - 4 455 nəfər.

Son sutka ərzində 229 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə Rusiyada koronavirusdan ölənlərin sayı 26 050 nəfərə çatıb.

9
Neft tankeri

"Palmali"yə məxsus tankerdə partlayışın səbəbi bilinmir

45
(Yenilənib 08:53 25.10.2020)
Tankerin sahibi Türkiyənin Palmali Shipping Agency şirkətidir, gəmi 2005-ci ildə Türkiyədə tikilib, lakin Rusiya bayrağı altında üzürmüş.

BAKI, 25 oktyabr - Sputnik. Azov dənizində Rusiya bayrağı altında üzən və qəzaya uğrayan “General Həzi Aslanov” neft tankeri batırılmayacaq.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata əsasən, artıq tankerə su dolmur və onun batması gözlənilmir. "Merkuri" gəmisi tankeri Kerç limanına doğru çəkir.

Xatırladaq ki, qəza dünən axşam saatlarında baş verib. Belə ki, gəmidə partlayış olub. Hadisə zamanı gəmidə 13 heyət üzvü var imiş. Onlardan 10 nəfəri xilas edilib. Üç nəfər isə partlayış dalğasından dənizə düşüb. Onların axtarışına ətrafdakı gəmilər və helikopter cəlb olunub.

Hadisə vaxtı tankerdə yük olmayıb.

Qeyd edək ki, tanker Kerçdəki "Qafqaz" limanından Rostov-Don marşrutu üzrə hərəkət edirmiş.

Tankerin sahibi Türkiyənin Palmali Shipping Agency şirkətidir, gəmi 2005-ci ildə Türkiyədə tikilib, lakin Rusiya bayrağı altında üzürmüş. Qeydiyyat limanı Taqanroqdur.

45
Artilleriya atəşi, arxiv şəkli

Ermənistan ordusunun atəş nöqtələri məhv edilib - VİDEO

0
(Yenilənib 18:01 25.10.2020)
Azərbaycan silahlı qüvvələri işğalçı ordunun bölmələrinin atəş nöqtələrini məhv etməkdə davam edirlər.

BAKI, 25 oktyabr — Sputnik. Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri öz üstünlüyünü qoruyub. Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Oktyabrın 25-də aparılan uğurlu döyüş əməliyyatları zamanı düşmənin 2 artilleriya qurğusu, 2 BM-21 “Qrad”, 1 komanda qərargah maşını, 1 komanda idarəetmə məntəqəsi, 2 yük maşını, 1tank və bir neçə atəş nöqtəsi məhv edilib.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə