Mariya Şarapova - rusiyalı tennisçi

Mariya Şarapova dünyanın ən çox qazanan qadın idmançısıdır

55
(Yenilənib 23:24 13.08.2015)
Rus tennisçi ötən bir il ərzində 29,7 milyon dollar qazanaraq 11-ci dəfə dünyanın ən çox qazanan qadın idmançısı olub.

BAKI, 13 avq-Sputnik. Rusiyalı tennisçi Mariya Şarapova iqtisadi jurnal "Forbes"in hazırladığı ilin ən çox qazanan qadın idmançıları siyahısında yenə zirvədə yer tutub.

Sputnik xəbər verir ki, 28 yaşlı tennisçi 2014-cü ilin iyunundan 2015-ci ilin iyununa qədərki döv ərzində 29,7 milyon dollar qazanc əldə edib. Beləliklə də, o, 11-ci dəfə dünyanın ən çox qazanan qadın idmançısı olub. 

55