Missis  Rossiya gözəllik müsabiqəsi

Altı uşaq anası "Missis Rossiya" gözəllik yarışının qalibi olub

245
(Yenilənib 22:41 10.08.2015)
Ən gözəl rus ana titulunu bu il 37 yaşlı Sankt-Peterburq sakini Yekaterina Kirmel qazanıb.

BAKI, 10 avq — Sputnik. Ən gözəl rus ana titulunu bu il 37 yaşlı Sankt-Peterburq sakini Yekaterina Kirmel qazanıb. 

İki ali təhsili olan gözəl həm də altı uşaq anasıdır. 

«Missis Rossiya» müsabiqəsi hər il xüsusi olaraq ərli və ən azı bir uşağı olan analar üçün keçirilir. Bu il finala 22 yaşdan 43 yaşadək 15 gözəl keçib. Onların arasındansa qalib peterburq gözəli Yekaterina Kirmel seçilib. 

Avqustun 8-də "Estet" zərgər evində "Missis Rossiya 2015" müsabiqəsinin təntənəli finalı keçirilib. 

İkinci yerə Krasnodar vilayətindən olan 3 uşaq anası Viktoriya Zalivçaya layiq görülüb. Üçüncü yeri isə Kemerovodan olan 4 uşaq anası Viktoriya Sarapova tutub. Müsabiqənin Qran-Prisini moskvalı 2 uşaq anası Svetlana Qaqarina alıb. Bütün iştirakçılar müxtəlif nominasiyalar və mükafatlar qazanıblar. 

245
Teqlər:
Qran-pri, Kemerovo, Moskva, Krasnodar, Viktoriya Sarapova, Viktoriya Zalivçaya, Yekaterina Kirmel, Sankt-Peterburq, Missis Rossiya, Missis Rossiya gözəllik yarışı, Estet, Yekaterina Kirmel, Rusiya
 COVİD-19-da ölən şəxs, arxiv şəkli

Rusiyada bir gündə 300-dən çox şəxs koronavirusdan öldü

7
(Yenilənib 13:26 09.03.2021)
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 4 342 474-ə çatıb. Rusiyada pandemiya yayılandan 89 809 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3 932 177- ə çatıb.

BAKI, 9 mart — Sputnik. Son bir sutka ərzində Rusiyada 9 445 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 336 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 4 342 474-ə çatıb. Rusiyada pandemiya yayılandan 89 809 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3 932 177- ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 117,1 milyonu keçib, 2,60 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

7
Rusiya İstintaq Komitəsinin avtomobili, arxiv şəkli

Rusiyada qorxunc olay: Əli bıçaqlı adam qarşısına keçənləri kəsib

17
(Yenilənib 17:36 07.03.2021)
Hadisənini şahidi: "Bıçaqlı adam qan içində idi. Təsəvvür edin ki, ona atəş açırlar, o isə dayanıb gülür. Ya narkoman idi, ya da bilmirəm kim idi".

BAKI, 7 mart — Sputnik. Bu gün Volqoqrad sakini əlində bıçaqla küçədən keçənlərin üzərinə hücum edib. Bu barədə Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir.

"Bu gün səhər saat 7 radələrində işə getmək üçün həyətə çıxdım. Blokdan çıxan kimi gördüm ki, idman geyimində, qan içində olan bir kişi qaçır. Onun bir əlində böyük burğac, digər əlində bıçaq var idi. Mənim üzərimə qaçırdı. Ardınca isə polis qaçırdı. Mən özümü itirib nə edəcəyimi bilmədim. Bir təhər yana çəkildim", - deyə hadisə şahidlərindən biri danışıb.

Onun sözlərinə görə, həmin vaxt qonşu dükandan satıcı çıxaraq kişiyə travmatik tapançadan atəş açmağa başlayıb.

"Polis əməkdaşı qışqırırdı: "Atəş aç ona, atəş aç!". Beş və ya altı atəş açıldı. Bıçaqlı adam qan içində idi. Təsəvvür edin ki, ona atəş açırlar, o isə dayanıb gülür. Ya narkoman idi, ya da bilmirəm kim idi", - şahid deyir.

Kişini yalnız polis-patrul xidməti gəldikdən sonra tutmaq mümkün olub. Lakin onu polislər yox, sakinlərdən biri başına boru ilə zərbə endirərək "sakitləşdirib".

Şahidlər bildirib ki, cinayətkar ən azı bir nəfərə xəsarət yetirib, Qan içində olan qadını təcili yardım aparıb. Polis hadisənin təfərrüatlarını aydınlaşdır.

17
Kişi uşağı ilə, arxiv şəkli

Uşaqları qohumlarının övladlığa götürməsi asanlaşdırılır

0
(Yenilənib 15:44 09.03.2021)
"Ailə Məcəllə"sinə dəyişiklik edilib. Qohumlara münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ildən çox olmayan müddətdə övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması proseduru isə qüvvədə qalır

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 9 mart — Sputnik. Azərbaycanda uşaqların qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən övladlığa götürülməsi proseduru asanlaşdırılır.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Ailə Məcəllə"sinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliklə uşağı övladlığa götürmə istəyən qohumlara aşağıdakı prosedurlar tətbiq olunmayacaq:

- övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi;

- övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi;

- övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili;

- övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi.

Qohumlara münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ildən çox olmayan müddətdə övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması proseduru isə qüvvədə qalır.

Dəyişiklik səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

0