Kasıb rus qarı

Rusiyada 22 milyon adam kasıb yaşayır

67
(Yenilənib 02:12 15.07.2015)
Rusiya Federal Statistika Xidmətinin hesabatına görə, ölkədə yoxsulluq həddində yaşayan əhalinin sayı ötən illə müqayisədə 3,1 milyon nəfər artıb.

BAKI, 14 iyul — Sputnik. Rusiyada 22 milyon nəfər kasıbləq həddində yaşayır. 

Sputnik xəbər verir ki, Rusiya baş nazirinin müavini Olqа Qolodets jurnalistlərə verdiyi açıqlamada yoxsulluq içində yaşayan əhalinin sayının 22 milyona çatmasını çox kritik rəqəm adlandırıb. 

Rusiya Federal Statistika Xidmətinin hesabatında ölkədə yoxsulluq həddində yaşayan əhalinin sayı ötən illə müqayisədə 3,1 milyon nəfər artaraq 21,9 milyon nəfərə yüksəlib. Yoxsul əhalinin sayının artmasında inflyasiya rəqəmlərinin artması və gəlirlərin azalması da rol oynayıb.

Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin ölkədə ikinci bir iqtisadi böhran dalğasının gözlənilmədiyini, ölkə iqtisadiyyatının 2016-cın ilik birinci yarısından etibarən böyüməyə başlayacağını söyləyib. Kudrinin sözlərinə görə, neftin qiyməti yenidən 40 dollar səviyyəsinə ensə, o zaman çətinliklər yaşana bilər. Sabiq nazir Rusiya ilə Qərb ölkələri arasında təzyiqin yenidən yüksəlməsinin ölkə iqtisadiyyatı üzərində mənfi təsir yaradacağı xəbərdarlığını da edib.

67

Rusiyanın koronavirus peyvəndi: hansı ölkələr onu almaq istəyir

1
(Yenilənib 14:35 22.09.2020)
Pandemiya nə vaxt bitəcək? Yəqin ki, bu sual hamını narahat edir. Koronavirus probleminə son qoymağa Rusiyanın "Sputnik V" vaksini də kömək edəcək. Hansı ölkələr Rusiya preparatını almaq niyyətindədir və daha harada vaksin yaradılır – ətraflı videoçarxımızda.

Rusiyanın COVID-19 əleyhinə vaksini yaratmasını kosmosa uçuşla müqayisə etmək olar. "Sputnik V" preparatı effektivliyini və təhlükəsizliyini sübut edib.

Rusiya dünyada koronavirus əleyhinə peyvəndi qeydiyyatdan keçirən ilk ölkə oldu >>

Rusiya peyvəndini ilk olaraq Belarus alacaq. Qazaxıstan da onun tədarükü üçün saziş imzalayıb. Vaksinini həmçinin yaxın vaxtlarda Moldova, Azərbaycan və Tacikistan əldə etməyə hazırlaşır.

1
Rusiyada tibb işçiləri, arxiv şəkli

Rusiyada vəziyyət gərginləşir, yoluxanların sayı artır

6
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 31,3 milyonu keçib, 93 mindən çox adam isə virus səbəbilə ölüb.

BAKI, 22 sentyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 6215 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 160 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1115810-a çatıb. Rusiyada pandemiya yayılandan 19649 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 914949-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 31,3 milyonu keçib, 93 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

6
DİN-in xüsusi təyinatlı polis dəstəsi, arxiv şəkli

Silahlı şəxslərə qarşı əməliyyat keçirildi

0
(Yenilənib 14:53 22.09.2020)
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Xəyyam Musazadə və Amil Tağıyev barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

BAKI, 22 sentyabr — Sputnik. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Baş İdarəyə əvvəllər məhkum olunmuş Bərdə rayon sakini Xəyyam Musazadənin yaşadığı evdə qanunsuz olaraq silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs rayon ərazisində tutulub. Onun Bərdə rayonu Şorəlli kəndində yaşadığı evə baxış zamanı 1 ədəd "Kalaşnikov" markalı avtomat, həmin silaha məxsus 1 ədəd daraq və 3 ədəd patron aşkar olunaraq götürülüb.

Həyata keçirilən daha bir tədbir zamanı isə Şamaxı rayon sakini Amil Tağıyev üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilindiyi üçün Bakı-Şamaxı yolunun 16-ci kilometrliyində Baş İdarə əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd "Makarov" markalı tapança. 1 ədəd sandıqça və 5 ədəd patron aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Xəyyam Musazadə və Amil Tağıyev barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

0