German Sterliqov

Qarabağda məskunlaşmış biznesmenə Rusiyada cinayət işi açılıb

298
(Yenilənib 17:07 13.07.2015)
“Adəmdən Putinədək” kitabının müəllifi German Sterliqov əmindir ki, tarixi kitablar buraxmaqla və dövlətə işləməklə amerikalılara Rusiyada çevriliş etməyə mane olur.

BAKI, 13 iyul — Sputnik. Yazdığım tarix kitabı (“Adəmdən Putinədək”-red.) yaxınlarımın və hakimiyyət strukturlarındakı dostlarımın məndən üz döndərməsinə səbəb olub. Hamı məndən küsdü və bunu düşmənlərim – yalançı kilsə ilə cadugər-alimlər — hiss etdilər.

Sputnik xəbər verir ki, bunu Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində məskunlaşan rusiyalı fermer German Sterliqov Şuşa şəhərində keçirdiyi brifinqdə deyib.

Təyyarə biletini jurnalistlərə nümayiş etdirən Sterliqov iyulun 16-da Dağlıq Qarabağdan Moskvaya qayıdacağını bildirib. 

Fermer bildirib ki, onu hədələyiblər, evini yandırıblar, uşağını oğurlamağa cəhd ediblər.

Hazırda Rusiyada baş verənləri məhkəmə orqanlarının ona böhtan atmaq cəhdi kimi qiymətləndirən Sterliqov qeyd edib ki, məhz jurnalistlərin sayəsində hamı onu millətçiləri maliyyələşdirdiyinə görə barəsində həbs-qəti imkan qərarının veriləcəyi adam kimi tanıyıb.

"Rusiyaya qayıtmaqda məqsədim odur ki, məni ədalət məhkəməsindən gizlənməkdə ittiham etməsinlər. Ailəmi burada qoyub gedirəm" — deyən fermer iddia edib ki, ona qarşı edilənlər Rusiya ilə qondarma rejimin münasibətlərinə xələl gətirir.

Sterliqov bildirib ki, o, Moskvada millətçilərlə olan hər hansı əlaqəsini təkzib edəcək. O, hətta BORN (üzvü olduğu bildirilən terror qruplaşması) abbreviaturasını ötən həftə eşitdiyini deyib: "BORN nə deməkdir? Bunu mən bir həftə əvvəl oğlumdan eşitmişəm. Bu müddət ərzində fikirləşmişəm ki, yəqin Born "Born məsələsi" filminin qəhrəmanının, ya da hansısa başqa bir zibilin adıdır."

Fermer hesab edir ki, onun izlənməsini Amerikanın xüsusi xidmət orqanları sifariş ediblər. Onun fikrincə, Rusiyada hakimiyyətin bölünməsini istəyən Qərb strukturları, biznesmeni maneə hesab edirlər. O əmindir ki, tarixi kitablar buraxmaqla və dövlətə işləməklə amerikalılara Rusiyada çevriliş etməyə mane olur.

Sterliqov hüquq-mühafizə orqanlarının suallarına cavab verdikdən sonra kəndli-fermer təsərrüfatı qurmaq üçün Qarabağa qayıdacağına ümid edir. O bildirib ki, buranın təbiəti, insanları və adət-ənənələri onu özünə cəlb edir. 

LifeNews-un müxbiri bildirib ki, Sterliqov Qarabağda 1988-ci ildə yenidən qurulmuş, elektrikin köməyi olmadan un üyüdən qədim su dəyirmanı alıb.  Sterliqovun həyat yoldaşı isə, özünə yeni Modalar evi açıb. Biznesmen Qarabağın dağlarında qeyzer müalicəxanaları açmaq, ev ərzaqları, limonad və mürəbbə istehsalı ilə məşğul olmaq  istəyir. O, bütün bu məhsulları Rusiyaya ixrac etmək niyyətindədir. 

298
Teqlər:
Sterliqov, Adəmdən Putinədək, German Sterliqov, Dağlıq Qarabağ, Azərbaycan
Sülhməramlı kontingent üçün maddi-texniki təminat vasitələrinin gətirilməsi prosesi davam edir

Sülhməramlılar üçün maddi-texniki təminat vasitələrinin gətirilməsi davam edir - VİDEO

0
Dekabrın 1-də Rusiya sülhməramlılarının maddi-texniki təminatı üçün gətirilən vasitələr müəyyən olunmuş marşrut üzrə təyinat məntəqəsinə çatdırılıb.

BAKI, 1 dekabr — Sputnik. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingenti üçün maddi-texniki təminat vasitələrinin ölkəmizə gətirilməsi prosesi davam edir. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Dekabrın 1-də Rusiya sülhməramlılarının maddi-texniki təminatı üçün gətirilən vasitələr müəyyən olunmuş marşrut üzrə təyinat məntəqəsinə çatdırılıb.

0
Rusiya Müdafiə Nazirliyinin binası, arxiv şəkli

Moskva Qarabağa dair qurulacaq Mərkəz barədə: "Türkiyə hərbçilərinin sayı..."

32
(Yenilənib 17:58 01.12.2020)
Rusiya Müdafiə Nazirliyi və Türkiyə Milli Müdafiə Nazirliyi arasında noyabrın 11-i imzalanan memoranduma uyğun olaraq, atəşkəsə və bütün hərbi fəaliyyətlərə nəzarət üzrə Rusiya-Türkiyə Ortaq Mərkəzinin yaradılması və fəaliyyətinə dair razılıq əldə olunub.

BAKI, 1 dekabr — Sputnik. Rusiya və Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Ortaq Mərkəzə dair razılığa gəlib. Mərkəzdə hər iki ölkədən olan hərbçilərin sayı bərabər olacaq. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri general-mayor İqor Konaşenikov bildirib.

"Rusiya Federasiyası Müdafiə Nazirliyi və Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi arasında noyabrın 11-i imzalanan memoranduma uyğun olaraq, atəşkəsə və bütün hərbi fəaliyyətlərə nəzarət üzrə Rusiya-Türkiyə Ortaq Mərkəzinin yaradılması və fəaliyyətinə dair razılıq əldə olunub. Mərkəz Azərbaycan ərazisində yerləşəcək. Rusiya və Türkiyə hərbçilərinin sayı bərabər olacaq", - deyə Konaşenkov bildirib.

Qeyd edək ki, bu gün Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayaraq Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair texniki detallarla bağlı müzakirələrin başa çatdığını və tərəflər arasında anlaşma imzalandığını bildirib.

"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir", - deyə məlumatda qeyd olunub.

Həmçinin qeyd olunur ki, noyabrın 11-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu Azərbaycan və Ermənistan arasında atəşkəsi müşahidə etmək və nəzarət üçün video konfrans formatında anlaşma memorandumu imzalayıb.

32