Telman İsmayılov

Telman İsmayılov Vladimir Putini devirmək cəhdində ittiham olunur

249
(Yenilənib 22:13 09.07.2015)
Soverşenno sekretno: Rusiya ilə Qərb arasında davam edən qarşıdurmada xüsusi xidmət orqanları “yatan” agent-oliqarxları aktivləşdirə bilərlər.

BAKI, 9 iyul — Sputnik. Azərbaycanlı oliqarx, məşhur biznesmen Telman  İsmayılov Rusiya prezidenti Vladimir Putinin hakimiyyətini devirməkdə ittiham olunur.

Bu barədə Rusiyanın "Soverşenno sekretno" qəzeti yazıb. 

Məqalədə qeyd olunur ki, Rusiya ilə Qərb arasında davam edən qarşıdurmada xüsusi xidmət orqanları “yatan” agent-oliqarxları aktivləşdirə bilərlər. Bunlardan biri də azərbaycanlı, İsrail vətəndaşı Telman İsmayılovdur. Qəzetin yazdığına görə, guya Qərbin xüsusi xidmət orqanları Telman İsmayılovu və digər iş adamlarını Vladimir Putini və onun hakimiyyətini devirmək üçün gizli agent kimi öz tərəflərinə çəkiblər. 

Mətbuat orqanının yazdığına görə, Qərbin xüsusi xidmət orqanları “yatmış gizli agent” axtarışına çıxıb oliqarxlar arasında namizədlər seçərkən soyuq düşüncə ilə dəqiq hesablama aparıblar. “Belə ki, hər bir namizəd seçilərkən onun Rusiyanın hakimiyyətindəki əlaqələri və hakimiyyət daxilində gedən proseslərə  təsir imkanları  öyrənilib.  Qərbin xüsusi xidmət orqanları belə oliqarx namizədləri seçərkən onları inandırmağa  çox vaxt lazım gəlməyib. Çünki bu iş adamlarının Rusiyanın indiki hakimiyyətinə qarşı mübarizəyə “dişlərini qıcamış” vəziyyətdə olduğu məlum olub.”

Qəzet  Rusiyanın əks-kəşfiyyat orqanlarını ittiham edir və onları gizli agent biznesmenlərin üzərinə yönəldir: “Niyə bu biznesmen-təxribatçılar Rusiyanın hesabına qazandıqları gəliri başqa yerə xərcləyir və banklardan götürdükləri böyük həcmli kreditlərini geri qaytarmırlar. Bəs əks-kəşfiyyat hara baxır?”

Qeyd edək ki, İsmayılovla Putinin arasını vuran iş adamının Türkiyədə 1,4 mlrd. dollara tikdirdiyi yeddiulduzlu “Mardan Palace” oteli olub.  2009-cu ildə bu otelin açılışında  Rusiya və Hollivud ulduzları iştirak edib. Rusiyanın 2008-ci il defoltundan sonra İsmayılovun  bu hərəkəti Kreml rəhbərlərinin xoşuna gəlməyib və bundan sonra İsmayılov onların gözündən düşməyə başlayıb. Ona qarşı təqiblər başlanıb. 

Nəticədə İsmayılovla münasibətinə görə Moskva meri Yuri Lujkov vəzifəsini itriməli olub. İsmayılovun Moskavada əsas gəlir mənbəyi olan  Çerkizov bazarı məhv edilib. O həmçinin Moskvada tikdirdiyi otellə vidalaşmalı olub və Arbatdakı məşhur “Praqa” restoranı ilə vidalaşmaq üzrədir.

Qeyd edək ki, İsmayılovla yanaşı çeçen Musa Bajayev və özbək əsilli iş adamı Patox Şodiyevin də adı Putin hakimiyyətini devirməkdə hallanır.

Patox Şodiyev, Telman İsmayılov və Musa Bajayev
Patox Şodiyev, Telman İsmayılov və Musa Bajayev
249
Teqlər:
əks-kəşfiyyat orqanları, özbək əsilli iş adamı, oliqarx, çevriliş, çerkizov bazarı, moskva meri, israil vətəndaşı, Yuri Lujkov, Musa Bajayev, Patox Şodiyev, Vladimir Putin, Telman İsmayılov, İsrail, Rusiya, Türkiyə
Aleksey Navalnıy, arxiv şəkli

G7 ölkələrinin Navalnı tələbi

14
G7 ölkələrinin - Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ-ın xarici işlər nazirləri Aleksey Navalnının dərhal azad edilməsini tələb ediblər

BAKI, 26 yanvar - Sputnik. G7 ölkələri Rusiya hökumətini bloger Aleksey Navalnını həbsdən azad etməyə çağırıb.

Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən məlumat verir. 

"Biz, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ-ın xarici işlər nazirləri, eləcə də AB-nin yüksək statuslu nümayəndəsi, Aleksey Navalnının saxlanılmasını və siyasi motivli həbsini qətiyyətlə pisləyirik", - nazirlərin bəyanatında deyilir.

"Biz həmçinin minlərlə dinc nümayişçinin və jurnalistlərin saxlanılmasından da narahatıq və Rusiyanı özünün beynəlxalq və daxili öhdəliklərini yerinə yetirməyə, yanvarın 23-də özlərinin sərbəst toplaşma hüququnu reallaşdırmağa cəhd etdiklərinə görə saxlanılanları azad etməyə çağırırıq. Vətəndaşların öz rəylərini ifadə etmək hüuququnu polislər vasitəsilə, güc yoluyla dəf etmək qəbuledilməzdir", - bəyanatda yazılıb.

Nazirlər həmçinin bildiriblər ki, Avropa İnsan Haqları Məhkəməsi Navalnının tutulmasına rəvac verən məhkəmə qərarını da dəstəkləməyib. 

"Rusiya hökumətini qeyri-şərtsiz və dərhal cənab Navalnını azad etməyə çağırırıq... Biz cənab Navalnının, etirazçıların və jurnalistlərin həbsdən azad olunmaları barədə beynəlxalq çağırışlara Rusiyanın necə reaksiya verəcəyini, eləcə də cənab Navalnının zəhərlənməsinə görə cinayət işinin necə araşdırılacağını nəzarətdə saxlayacağıq", - nazirlər bildiriblər. 

Qeyd edək ki, yanvarın 23-də Rusiyanın müxtəlif şəhərlərində razılaşdırılmamış etiraz aksiyaları keçirilib. İnsanları mitinqlərə Navalnının tərəfdarları səsləyiblər. Saxlanılanlara hökumət nümayəndələrinə qarşı zorakılıq, yolların bağlanması, xuliqanlıq və sanitariya qaydalarının pozulmasına görə bir neçə cinayət işi açılıb. 

Aleksey Navalnı isə yanvarın 17-də Şeremetyevo aeroportunda həbs olunub. Həmin gün o, uzun müddət Almaniyada zəhərlənmədən müalicə aldıqdan sonra vətəninə qayıtmışdı.

14
Teqlər:
Rusiya, azadlıq, tələb, nazirlər, G7, Aleksey Navalni

Putin prezident Baydenlə ilk dəfə danışdı, ABŞ-ın arzusunu yerinə yetirdi

29
(Yenilənib 23:17 26.01.2021)
Vladimir Putin Cozef Baydenlə ABŞ prezidenti qismində ilk dəfə telefonla danışıb. ABŞ-ın təşəbbüsü ilə baş tutan danışıqda Baydenin arzusunda olduğu məsələ həllini tapıb

BAKI, 26 yanvar - Sputnik. Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş dövlət başçısı Cozef Baydenlə bu gün telefonla danışıb. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Co Baydenin mətbuat katibib Cen Psakinin sözlərinə görə, telefon danışığı ABş tərəfinin təşəbbüsü ilə baş tutub.

Putin həmkarını ABŞ prezidenti postunda işə başlaması münasibətilə təbrik edib. 

Kremlin məlumatına görə, Putin dünyada təhlükəsizlik və sabitliyin qorunmasına görə məsuliyyətləri nəzərə alınmaqla Rusiya ilə ABŞ-ın münasibətlərinin normallaşmasının hər iki ölkənin, eləcə də bütün dünyanın xeyrinə olacağını vurğulayıb. 

Psakinin sözlərinə görə, ABŞ tərəfinin əsas niyyətlərindən biri Strateji Hücum Silahlarına dair Müqavilənin (SHS-3) 5 il müddətinə uzadılması olub. Prezidentlər müqavilənin uzadılması barədə razılığa gəliblər.

Həmçinin dövlət başçıları koronavirus pandemiyasına qarşı mübarizədə, eləcə də ticari-iqtisadi əlqələr daxil olmaqla digər sahələrdə də əməkdaşlıq imkanlarını müzakirə ediblər. Beynəlxalq və ikitərəfli gündəmin aktual məsələləri də müzakirə obyekti olub.

Qeyd edək ki, SHS-3 silahlanmanın məhdudlaşdırılması ilə bağlı Rusiya və ABŞ arasında qüvvədə olan yeganə müqavilədir. 5 fevral 2011-ci ildə qüvvəyə minmiş müqavilənin müddəti 5 fevral 2021-ci il tarixində başa çatacaq. Əgər müqavilə yenilənməsə, artıq dünyada bu iki böyük nüvə gücünün silah arsenallarını məhdudlaşdıran heç bir sənəd mövcud olmayacaq

29
Azay Quliyev şuranın yeni elektron xidmətlərinin tətbiqi ilə bağlı ictimai dinləmə keçirib

Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

0
(Yenilənib 11:05 27.01.2021)
Qeyri-hökumət təşkilatları (QHT) illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

BAKI, 27 yanvar — Sputnik. "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları (QHT) illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə nazirliyin QHT-lərə müraciətində bildirilir.

"Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası" Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib. Həmin qərara əsasən qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib:

1. Maliyyə vəziyyəti haqqında hesabat

2. Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat

3. Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər

Eyni zamanda, maliyyə fəaliyyəti olmayan QHT-lər üçün müvafiq qərarla "Maliyyə fəaliyyəti olmaması barədə arayış" forması təsdiq edilib.

Göstərilənləri nəzərə alaraq, WWW.QHT-HESABAT.MALİYYE.GOV.AZ sayt vasitəsilə "Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq proqramı"nda qeydiyyatdan keçməyiniz və nəzərdə tutulan formaya uyğun olaraq maliyyə hesabatlarınızı və ya maliyyə fəaliyyətinizin olmamasına dair təsdiq edilmiş arayış formasına uyğun olaraq hesabatı Maliyyə Nazirliyinə elektron qaydada təqdim etməyiniz tələb olunur.

Əlavə məlumat üçün telefon nömrələri: Tel: 404 46 99, daxili nömrələr – 129 Sevinc Məmmədova, 292 Ülkər İsmayılova, 469 Günay Mamedova.

0
Teqlər:
QHT-lərə Dövlət Dəstəyi Şurası, QHT, Maliyyə Nazirliyi