Sergey Narışkin - Rusiya Dövlət Dumasının sədri

Finlandiya Sergey Narışkinə viza verməkdən imtina edib

33
(Yenilənib 14:34 01.07.2015)
Buna səbəb Rusiya Dövlət Dumasının spikerinin Avropa İttifaqının sanksiya siyahısında olmasıdır.

BAKI, 1 iyul — 2015. Finlandiya Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkinə viza verməkdən imtina edib.

Sputnik Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Finlandiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Vesa Hyakinen deyib.

O bu addımı rusiyalı siyasətçinin Avropa İttifaqının sanksiya siyahısında olması ilə əlaqələndirib. “Yekun qərar qəbul olunanadək Aİ-nin digər ölkələri, Aİ və ATƏT rəhbərliyi ilə məsləhətləşdik” — deyə o vurğulayıb.  

Diplomat onu da əlavə edib ki, Narışkinlə yanaşı daha 5 rusiyalıya Finlandiyaya giriş yasaqlanıb.

Narışkin iyulun 5-dən 9-dək Helsinkidə keçiriləcək ATƏT Parlament Assambleyasının sessiyasında iştirak etmək niyyətində olub.

33