Rusiya səfirliyinə yenidən hücum oldu

13
(Yenilənib 21:45 21.05.2015)
Dəməşq şəhərində fəaliyyət göstərən səfirlik binası müxalif qruplar tərəfindən hücuma məruz qalıb.

BAKI, 21 may — Sputnik. Rusiyanın Suriyadakı səfirliyinə yenidən hücum olunub.

Türkiyə mediası xəbər verir ki, Dəməşq şəhərində fəaliyyət göstərən səfirlik binası müxalif qruplar tərəfindən hücuma məruz qalıb.

Binanın müdafiəsinə qalxan 1 suriyalı əsgər ölüb, 3 əsgər isə yaralanıb.

Məlumatı rus səfiri Asya Turuşiyeva təstiqləyib.

İki gün əvvəl sözügedən səfirlik binasına hücum edilmiş, ölən və yaralanan olmamışdı.

13